Uorren Baffett: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 40: Sətir 40:
== U ==
== U ==
* Uşaq oyunlarını sevirəm; vedrədəki balığı ovlamağı sevirəm, ancaq vedrədəki su boşaldıqdan sonra.
* Uşaq oyunlarını sevirəm; vedrədəki balığı ovlamağı sevirəm, ancaq vedrədəki su boşaldıqdan sonra.
* Uğurun 6 qaydasına riayət edin:
# Kredit kartlarından uzaq olun.
# Kapitalı özünüzə qoyun, unutmayın ki, pullar insanı yox, insanlar pulları yaradır.
# Bacardığınız qədər sadə həyat tərzi sürün.
# Başqalarının məsləhət verdiklərini etməyin. Sadəcə onları dinləyin və düz bildiyiniz kimi edin, hətta etdikləriniz heç bir məsləhətə uyğun gəlməsə belə.
# Brendlərin dalınca qaçmayın. Özünüzü rahat hiss etdiyiniz paltarları geyinin.
# Öz həyatınızı özünüz idarə edin. Bu sizin həyatınızdır, başqalarının yox!

== Y ==
== Y ==
* Yaxşı işləyənlərə malik olan şirkət qurun.
* Yaxşı işləyənlərə malik olan şirkət qurun.

03:09, 23 sentyabr 2020 tarixindəki versiya

Uorren Baffett

Uorren Edvard Baffett (ing. Warren Edward Buffett [ˈbʌfɨt]; 30 avqust 1930, Omaha, Nebraska — Amerikalı sahibkar, dünyanın ən böyük və ən tanınmış investorlarından biri. Sərvəti 2018-ci ilin sentyabrında 108,4 milyard dollar 12 fevral 2019-cu ildə isə 84,9 milyard dollar qiymətləndirilərək onu dünyanın dördüncü ən varlı adamı etdi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Ancaq qabarma-çəkilmə başa çatdıqdan sonra kimin çılpaq üzdüyünü anlaya bilərsiniz.

B

  • Başım çıxmayan işlərə sərmayə qoymaram.
  • Bir balığa quruda gəzməyin nə olduğunu öyrədə bilərsinizmi? Quruda bir günlük gəzinti onun haqqında min il danışmaqdan daha gözəldir. Biznes də belədir.
  • Bir nəfər bu gün kölgədə oturursa, uzaq keçmişdə başqa birisi ağac əkdiyinə görədir.

C

  • Corab da olsa, aksiya da olsa, qiyməti enəndə alaram. Bəlkə də bacardığım yeganə şey budur.

Ç

  • Çayın dərinliyini iki ayağınızla birdən ölçməyə çalışmayın.
  • Çox istedadlı olsanız da, var gücünüzü sərf etsəniz də bəzi nəticələr əldə etmək üçün vaxt lazımdır.

D

  • Daim özündən daha yaxşı mövqedə olan insanlarla birlikdə olmaq yaxşıdır, çalışın sizdən daha yaxşı tərzə malik olan insanlarla vaxt keçirin. Tədricən onlara bənzədiyinizi görəcəksiniz.
  • Dürüstlük çox bahalı bir hədiyyədir, onu ucuz insanlardan gözləməyin.

E

  • Etibar qazanmaq 20 il çəkər, itirmək 5 dəqiqə.

Ə

  • Əgər ehtiyacınız olmayan şeylər satın alsanız, bir müddət sonra ehtiyacınız olan şeyləri satmağa məcbur olarsınız.

H

  • Hətta siz çox bacarıqlı olsanız və böyük səy göstərsəniz belə bəzi nəticələr üçün zaman lazımdır. Siz 9 qadını hamilə qoysanız belə heç vaxt bir aya uşaq dünyaya gətirə bilməzsiniz.

X

  • Xərclədikdən sonra yerdə qalanı yığmayın, yığacağınızı kənara ayırdıqdan sonra yerdə qalanı xərcləyin.

Q

  • Qiymət - ödədiyiniz; dəyər - isə əldə etdiyinizdir.

İ

  • İşə «rəqs edərək» getmirsinizsə o işi tərk edin. Böyük ehtimalla pul qazanmayacaq, sərvət yaratmayacaqsınız.

P

  • Pul insanın əsas xarakterik xüsusiyyəti nədirsə onu üzə çıxarır.

S

  • Sadə olun! Elə danışın ki, 7 yaşındakı da, 77 yaşındakı da anlasın.
  • Sizə necə varlı olmağı deyəcəm. Qapıları bağlayın. Digərləri hirslənəndə bitərəf olun, digərləri bitərəf ikən hirsli.

U

  • Uşaq oyunlarını sevirəm; vedrədəki balığı ovlamağı sevirəm, ancaq vedrədəki su boşaldıqdan sonra.
  • Uğurun 6 qaydasına riayət edin:
  1. Kredit kartlarından uzaq olun.
  2. Kapitalı özünüzə qoyun, unutmayın ki, pullar insanı yox, insanlar pulları yaradır.
  3. Bacardığınız qədər sadə həyat tərzi sürün.
  4. Başqalarının məsləhət verdiklərini etməyin. Sadəcə onları dinləyin və düz bildiyiniz kimi edin, hətta etdikləriniz heç bir məsləhətə uyğun gəlməsə belə.
  5. Brendlərin dalınca qaçmayın. Özünüzü rahat hiss etdiyiniz paltarları geyinin.
  6. Öz həyatınızı özünüz idarə edin. Bu sizin həyatınızdır, başqalarının yox!

Y

  • Yaxşı işləyənlərə malik olan şirkət qurun.