Ceyn Ostin: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 22: Sətir 22:


== E ==
== E ==
* Eqoist insanları bağışlamalıyıq. Onlar sağalmaz xəstələrdir.
* Evliliyi çıxsaq, hər xanımın ən çox xoşladığı şey vaxtaşırı uğursuz məhəbbətdən əzab çəkməkdir. Bu onun fikirlərini məşğul edir və rəfiqələrinin gözündə ona maraq qatır.
* Evliliyi çıxsaq, hər xanımın ən çox xoşladığı şey vaxtaşırı uğursuz məhəbbətdən əzab çəkməkdir. Bu onun fikirlərini məşğul edir və rəfiqələrinin gözündə ona maraq qatır.



03:36, 26 sentyabr 2020 versiyası

Ceyn Ostin
Fayl:Jane Austen coloured version.jpg
Doğum tarixi 16 dekabr 1775
Doğum yeri Stiventon
Vəfat tarixi 18 iyul 1817
Vəfat yeri Uinçester
Dəfn yeri Vinçester kafedralı
Vikipediya məqaləsi

Ceyn Ostin - 16 dekabr 1775 — 18 iyul 1817) - İngiltərə yazıçısı, satirik



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B

  • Bir adama görə dürüstlük və ləyaqətə olan baxışlarınızı dəyişmək olmaz.
  • Bu dünyada məhəbbətimdən faydalanan az adam var. Həqiqətən hörmət etdiklərim isə ondan da azdır. Dünyanı müşahidə etdikcə, ondan daha az xoşum gəlir.

D

  • Dağlar da insanlar da dağıla bilər. Hərçənd insanlar öz lovğalığı və axmaqlığı ucbatından…

E

  • Eqoist insanları bağışlamalıyıq. Onlar sağalmaz xəstələrdir.
  • Evliliyi çıxsaq, hər xanımın ən çox xoşladığı şey vaxtaşırı uğursuz məhəbbətdən əzab çəkməkdir. Bu onun fikirlərini məşğul edir və rəfiqələrinin gözündə ona maraq qatır.

Ə

  • Əlbəttə, əsl məziyyətlərimin nədən ibarət olduğu heç ağlınıza da gəlməyib. Zira aşiq olanda onlar haqda heç düşünmürlər də!
  • Əsl zəkaya sahib kəs qüruru həmişə lazım olan sərhəddə saxlaya bilir.
  • Əzabların ən böyüyü, özünü günahkar görmə duyğusudur.

H

  • Heç bir şirnikləndirmə olmadan sevən, ürəyiaçıq adamlar çıraqla axtarılan qədərdir. On haldan doqquzunda qadın həqiqətdə olduğundan daha çox sevdiyini göstərir.

X

  • Xanımlar vaxtaşırı öz qəlblərini sındırmağı xoşlayırlar – demək olar, ərə getmək kimi.
  • Xoşbəxtliyə ən doğru yol sağlam düşüncəyə etinasızlıqdır. [1]

İ

  • İnsan qürurlu olub şöhrətpərəst olmaya bilər. Qürur daha çox bizim özümüz haqda fikirlərimiz, şöhrətpərəstlik isə başqalarının bizim haqda olan, daha doğrusu olmasını istədiyimiz fikirləri ilə bağlıdır.

K

  • Kişini cəzb etmək üçün qadının istifadə etdiyi hər üsul iyrəncdir. Hiyləgərliklə yoğrulan hər şey iyrəncdir.

Q

  • Qadın təxəyyülü necə sürətlidir! O bir dəqiqənin içində adi təqdir edilmədən məhəbbətə, məhəbbətdən evliliyə tullanır.
  • Qarşında müəyyən məqsəd olanda məsafəyə fikir vermirsən.

N

  • Nə demək olar, o, xoşagəlimlidir. Bununla belə, qəlb rahatlığımı pozmaq üçün kifayət qədər yaxşı deyil.
  • Nifrət etməyə hazırlaşdığın insanı xoşagəlimli hesab etmək – bu, bəlkə də ən böyük bədbəxtlik olardı.

O

  • Onun qürurunu həvəslə bağışlayardım, əgər mənimkinə toxunmasaydı.

S

  • “Siz onunla yaxından tanışsınız?

- Daha yaxından tanış olmaq istəməyəcək qədər”.

  • Süni təvazökarlıqdan aldadıcı heç nə yoxdur. Onun altında çox vaxt başqalarının fikirlərinə laqeydlik və bəzən də maskalanmış lovğalıq gizlənir.

Məncə mən heç vaxt müdriklik və xeyirxahlığa lağ etməmişəm. Axmaqlıq və ədabazlıq, şıltaqlıq və məntiqsizlik mənə gülünc görünür. Və buna müyəssər olanda onlara gülürəm də.

T

  • Təkəbbür zəifliyi gizlədir.

Y

  • Yalnız dərin hisslər məni mehraba sürükləyə bilər, bu səbəbdən qarıyıb qalacam.

İstinadlar

  1. [1]Ceyn Ostinin “Qürur və qərəz” əsərindən seçmələr