Mark Tven: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 11: Sətir 11:
* Allah axmaqları və uşaqları qoruyur. Bu bir həqiqətdir. Mən bunu ona görə bilirəm ki, bunu öz üzərimdə yoxlamışam.
* Allah axmaqları və uşaqları qoruyur. Bu bir həqiqətdir. Mən bunu ona görə bilirəm ki, bunu öz üzərimdə yoxlamışam.
* Allah əvvəlcə elə-belə, praktika üçün yaramazları, sonra isə məktəb müəllimlərini yaratdı.
* Allah əvvəlcə elə-belə, praktika üçün yaramazları, sonra isə məktəb müəllimlərini yaratdı.
* Allah əvvəlcə kişini, sonra isə qadını yaratdı. Sonra Allahın kişiyə yazığı gəldi və ona tütün verdi.
* Allah İtaliyanı Mikelancelonun ideyasına görə yaratdı.
* Allah İtaliyanı Mikelancelonun ideyasına görə yaratdı.
* Allahın mərhəməti ilə biz ölkəmizdə üç qiymətli xoşbəxtliyə malikik: söz azadlığı, vicdan azadlığı və ağıldan heç vaxt istifadə etməmək.
* Allahın mərhəməti ilə biz ölkəmizdə üç qiymətli xoşbəxtliyə malikik: söz azadlığı, vicdan azadlığı və ağıldan heç vaxt istifadə etməmək.

11:34, 20 yanvar 2021 versiyası

Mark Tven

Mark Tven (1835–1910), amerika yazıçısı, jurnalisti və ictimai xadimi. Onun yaradıcılığı yumor,satira, fəlsəfi fantastika, publistika və digər sahələri əhatə edir. O, bütün bu janrlarda humanist və demokratik bir mövqedən çıxış etmişdir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Aclıqdan ölmək üzrə olan bir iti qurtarın, sizi dişləməyəcək. İnsan ilə it arasındakı başlıca fərq budur.
  • Adətən, gözəl improvizasiya edilmiş nitq hazırlamaq üçün mənə üç həftə vaxt tələb olunur.
  • Adi günlərdə biz öz əxlaqımızdan çox az istifadə edirik. Bazar günü isə onun təmirə ehtiyacı olur.
  • Aforizmin düzgün nisbətləri: az söz, maksimum məna.
  • Axmaqlıq etmək haqqı – şəxsiyyətin müstəqil inkişafının təminatlarından biridir.
  • Ağzını bağlı saxlamaq və insanlara axmaq olduğunu düşünməyə icazə vermək ağzını açıb bütün bu şübhələri uzaqlaşdırmaqdan daha yaxşı olar.
  • Allah axmaqları və uşaqları qoruyur. Bu bir həqiqətdir. Mən bunu ona görə bilirəm ki, bunu öz üzərimdə yoxlamışam.
  • Allah əvvəlcə elə-belə, praktika üçün yaramazları, sonra isə məktəb müəllimlərini yaratdı.
  • Allah əvvəlcə kişini, sonra isə qadını yaratdı. Sonra Allahın kişiyə yazığı gəldi və ona tütün verdi.
  • Allah İtaliyanı Mikelancelonun ideyasına görə yaratdı.
  • Allahın mərhəməti ilə biz ölkəmizdə üç qiymətli xoşbəxtliyə malikik: söz azadlığı, vicdan azadlığı və ağıldan heç vaxt istifadə etməmək.
  • Asudə vaxtdan ağılla istifadə edilməsi, mədəniliyin ən yüksək pilləsidir.
  • Ayıq həyat tərzinə keçərkən birdən hiss edirsən ki, araq probkasının iyindən sərxoş olmusan.

B

  • Bankçılar, sizə hava tərtəmizkən zorla çətirini verən amma iki damla yağış düşdüyündə də çətiri zorla əlinizdən alan insanlardır.
  • Bankir- bu, günəşli havada sizə çətir verən, ən zəruru halda, yağışlı havada isə alan adamdır.
  • Baş ağrısını qiymətləndirməmək olmaz. Ağrı baş verəndə onunla heç nə qazana bilməyəcəyin hissiyyatı yaranır, ağrı keçəndə isə xərclənməmiş qalığın dəqiqədə dörd dollar qiyməti olur.
  • Başdan çıxaran şeylərdən uzaq olmağa çalışma. Zamanla onlar səndən uzaq olacaqlar.
  • Başımızı dərdə salan pis şeylərin qaynağında bilmədiyimiz şeylər deyil, başımıza əsla gəlməyəcəyindən əmin olduqlarımız vardır.
  • Başqa insana, millətə, dinə nifrət etməyən çox az adam sona qədər xoşbəxt ola bilər...
  • Bazar günü həftədə yalnız bir gün olur və bu barədə təəssüflənirəm. İnsan elə qurulub ki, o, iki bazar gününə də dözə bilər. Mən bunun necə asan olduğunu, bu imkanın əldən verilməsini tez-tez düşünürəm. Dünyanı altı gündə yox, üç gündə yaratmaq qüdrətli Yaradan üçün heç nə idi və buradan sizin üçün həftədə iki bazar günü alınardı. Amma mən kiməm ki, Yaradanın müdrikliyini tənqid edəm?..
  • Bədbəxt olanlar və pis yatanlar bununla fəxr etməyə öyrəşiblər.
  • Bəzən mənə elə gəlir ki, Nuh və onun komandası gəmiyə geciksələr daha yaxşı olardı.
  • Bəzən sözsüz musiqi kədər gətitir. Musiqisiz musiqi isə daha çox kədərləndirir.
  • Bəzi alman sözləri o qədər uzundur ki, onları perspektivdə müşhaidə etmək olar. Sonda sözün uzunluğu dəmir yol relsləri kimi daralır.
  • Bill Stayls konqresdə bir adamın senatora namizədliyinin kuluar kampaniyasını aparır. O, şikayət edir ki, qanunvericilərin mənəvi səviyyəsi çox aşağıdır: “Sadəcə olaraq adamın əli-qolu boşalır. Elə bir yüksək əxlaqlı adam yoxdur ki, bir dəfə satıldıqdan sonra, heç nəyə baxmayaraq eləcə satılmış kimi də qalsın”.
  • Bir adamla münasibəti korlamaq üçün ən yaxşı üsul ona: “Yox, siz bu lətifəni düzgün danışmırsınız” demək və sonra lətifəni öz bildiyin kimi danışmaq.
  • 1 Apreldə üç yüz altmış dörd gün ərzində kim olmağımızı bizə xatırladırlar.
  • Bir il qabaq fəzilətli bir adam idim. İndi isə Nyu-York adətləri ilə tanış olduqdan sonra milyonerin vicdanından çox olmayan vicdanım qalıb.
  • Bir klassik hər kəsin oxumuş olmaq istədiyi, ancaq kimsənin oxumağı istəmədiyi əsərdir.
  • Bir uşaq kifayətdir ki, bütün evi və həyəti doldursun.
  • Birjada oynamaq üçün ən təhlükəli ay oktyabr ayıdır. Sonrakı təhlükəli aylar bunlardır: iyul, yanvar, sentyabr, aprel, noyabr, may, mart, iyun, dekabr, avqust və fevral.
  • Birjadakı möhtəkirlikdən iki halda çəkinmək lazımdır: vəsaitiniz olmayanda və vəsaitiniz olanda.
  • Biz iki dəfə ikinin dörd etməsindən, yerin kürə şəklində olmasından söhbət edəndə inam haqqında danışmırıq. Biz yalnız sübutu hissiyyətlə dəyişmək istəyəndə inamdan danışırıq.
  • Biz istənilən dəfn mərasimini bəzəyərdik, amma daha şən təntənələr üçün yaramırdıq.
  • Biz, Napoleonun jurnal redaktorunu güllələyərkən çaşıb naşiri öldürməsi hadisəsini tez-tez, təəssüflə xatırlayırıq. Biz onun xoş niyyətini qiymətləndiririk.
  • Biz skeptik ruhlu demokrat olsaq da, hersoq bizi görəndə xoşbəxtlikdən az qala boğuluruq. Bizi monarx görəndə ömrümüzün sonuna kimi beynimizin yumşalmasından əziyyət çəkirik.
  • Bizim duyğularımız biliklərimizə tərs mütənasibdir.Nə qədər az biliriksə, bir o qədər çox həyəcanlanırıq.
  • Bizim ətrafımızda gülməli insanlar həddən artıq çoxdur. Onlardan ən gülməlisi- ağ adamın digər vəhşilərə nisbətən özünü daha az təhlükəli hesab etmiş olmasıdır...
  • Bizim haqqımızda nə qədər çox danışırlarsa, istəyirik ki, daha çox danışsınlar. Ölümə məhkum edilmiş qatilə qəzetlərdə məhkəmə prosesinin hesabatını oxumağa icazə verilir. Əgər məlum olsa ki, hansısa qəzet onun işinə az yer verib, o çox qəzəblənər... Bu, siyasətçilərə və ədəbiyyatçılara da eyni cür aiddir.
  • Bizlərdən çox az adam zənginliyin yükünü çəkə bilər.
  • Boş yerə yalan danışma. Kim bilir, bəlkə nə vaxtsa o sənə lazım ola bilər!
  • Bu insan haqqında yalnız o məlumdur ki, o, həbsxanada yatmayıb, amma niyə yatmayıb, o məlum deyil.
  • Bundan iyirmi il sonra etmədiyiniz şeylərdən ötəri, etdiklərinizdən daha çox peşman olacaqsınız. Dəmir alın və etibarlı limanlardan çıxın artıq...
  • Bütün siyasi partiyalar sonda öz yalanlarında boğulub ölürlər.

C

  • Cənnət ilə cəhənnəmlə əlaqədar artıq-əskik danışmaq istəmərəm, çünki hər ikisində də dostlarım var.
  • Cənnətə getmək üçün komanda yığın və kömür götürmək üçün cəhənnəmdə iki saat yarım dayanmağa cəhd edin. Əgər hansısa bir it oğlu sahildə qalmaycaqsa, mənə lənət olsun.
  • Cənnətə xidmətlərə görə yox, tanışlığa görə qəbul edirlər. Əks təqdirdə sizin itinizi cənnətə buraxardılar, sizi isə yox.
  • Cəsarət qorxunun yoxluğu deyil, qorxuya müqavimət göstərmək, qorxuya hökm etməkdir.

Ç

  • Çox az sayda günahkar insan duanın ilk iyirmi dəqiqəsində xilas ola bilir.
  • Çox təəssüf ki, dünya belə qurulub: kütbeyinlər özlərinə möhkəm əmindirlər, ağıllılar isə özlərinə şübhə ilə yanaşırlar.

D

  • Demokratiyada axmaqlar səs vermə, diktaturada isə hökm etmə hüququna malikdirlər.
  • Dini dözümlük ona görə əldə edilib ki, əvvəlki kimi dinə əhəmiyyət verilmir.
  • Doğruları söyləsəniz, heç bir şeyi xatırlamaq zorunda qalmazsınız.
  • Dostluq elə bir müqəddəs, şirin, möhkəm və daimi bir hisdir ki, əgər pul borc almağı xahiş etməyə cəhd etməsən, onu bütün ömrü boyu saxlamaq olar.
  • Dostluq qüvvətli bir bağdır. Pula ehtiyac olanda müraciət edilməzsə, ömür boyu sürər.
  • Dua edəndə heç kim yalan danışmır.
  • Duanın da verə bilməyəcəyi yüngülləşməni kafirlik verir.
  • Dünyada bizə yaxşı tərcümənin verəcəyi sıxıntı ilə müqayisə ediləcək başqa şey ola bilməz.
  • Dünyada ən yaxşı qılıncoynadan, ikinci yaxşı qılıncoynadandan qorxmamalıdır. Əlində heç vaxt qılınc tutmayan, ondan gözlənilən şeyi etməyən nadandan qorxmaq lazımdır. Ona görə də hər şeyi bilən adam onun qarşısında köməksizdir.
  • Dünyada tək zərər verməyən qadın, anadır.
  • Dünyanın sizə sanki borcu var kimi fikirlər düşünməyin, o sizdən əvvəl movcüd olmuşdur və sizə heç nə verə bilməz.
  • Düşmənlərə nifrət etmək, dostları sevməkdən asan və maraqlıdır.
  • Düşüncə güc və hazırlıq tələb edir. Siyasətçilər fikirləşmək üçün həddindən artıq nitq tərtib etməklə məşğuldurlar.
  • Düşündüklərini cəsarətlə deyən insanlardan xoşumuz gəlir: bir şərtlə ki, onlar da bizim kimi düşünsün.
  • “Düzgün yaşamaq” ikiüzlülüyü, “düzgün fikirləşmək” isə axmaqlığı bildirir.

E

  • Elə şəkildə yaşamalısan ki, öldüyün zaman tabutçu belə matəm tutsun.
  • Elm - bu, bizim bildiyimiz, fəlsəfə isə bilmədiyimizdir.
  • Etika - bizim bəzi istəklərimizə ümumi əhəmiyyət vermək cəhdidir.
  • Eyni yolu birlikdə getdiyimizi sandığımız insanlar, əslində bizə sadəcə gedəcəkləri yerə qədər yoldaşlıq edir.

Ə

  • Ədəbiyyatda oxşarlığı kopiyalamaqla əldə etmirlər.
  • Ədəbsizlik - bu, yaşlı insanı və cahil hakimi dəhşətə gətirən bir şeydir.
  • Əgər o vaxta qədər onu asmasalar, o, prezident ola bilər!
  • Əgər sizə böyük bir ziyanı yoxdursa, xeyirxahlıq etmək imkanını əldən verməyin. İçki içmək imkanınını isə heç bir halda əldən verməyin.
  • Əgər vicdan kimi zəhlətökən itim olsaydı, onu zəhərləyərdim. Çox yer tutur, amma heç bir faydası olmur.
  • Əxlaq mövzusunda ən əhəmiyyətli dərslər kitablardan deyil, yaşanan təcrübələrdən alınar.
  • Əlbəttə elə olur ki, insan həqiqəti əldən verir. Ancaq zəif, axmaq, yöndəmsiz bir yalan heç iki il də tab gətirə bilməz. Böhtan isə istisna təşkil edir. O, praktiki olaraq əlçatmazdır.
  • Əlində dörd tuz olan xaçpərəstin sarsılmaz inamı.
  • Əlli adam optimist olmadan eşşək ola bilər, amma eşşək olmadan artıq optimist ola bilməz.
  • Əlverişli peyğəmbərlik, yaxşı bir məqsəd üçün edilən müharibələrə oxşayır. Bu cür müharibələr o qədər nadir hallarda baş verir ki, onları hesaba almaq lazım deyil.
  • Əsl ekspromt qabaqcadan fikirləşmələrdən pis və solğundur.

F

  • Fəlsəfə - bu, barəsində danışmağa belə dəyməyən, son dərəcə sadə olan bir şeyi götürüb elə bir paradoksal nəticəyə gəlməkdir ki, buna sadəcə olaraq inanmaq olmur.
  • Fəlsəfənin mənası ən aşkar olandan başlayıb ən paradoksalla qurtarmaqdır.
  • Fransada qış, yay və əxlaq yoxdur. Bu nöqsanları hesaba almasaq, Fransa çox gözəl ölkədir.

G

  • Gələcəklə bağlı peyğəmbərlik çox çətindir.
  • Gəlin elə yaşayaq ki, tabut düzəldən də ölümümüzə heyfsilənsin.
  • Gəlin nə qədər ki, vaxtımız var, bir-birimizi söyək. Cənnətdə buna icazə verməyəcəklər.

H

  • Hakimiyyət bir insana yaxşılıq etmək istəyəndə, mütləq başqasına ziyan vurur.
  • Hal-hazırda cənnət imarətləri cəhənnəmlə birləşdirilmiş radiatorlarla qızdırılır. Günahkarları yandıran odun eyni zamanda dindarların rahatlığını təmin etməsi günahkarların əzablarını daha da ağırlaşdırır.
  • Havanadakı muzeydə Xristofor Kolumbun iki kəlləsi saxlanılır- uşaq Kolumb və kişi Kolumb.
  • Heç bir tutarlı əsas olmadan fərziyyənin düzgün olmasına inanmaq arzuedilməzdir.
  • Heç bir zaman məktəbinizin təhsilinizə maneə törətməsinə icazə verməyin.
  • Heç kim başqa adamların gizli fəzilətlərindən qeybət etməz.
  • Heç olmasa bir uşaq arzusu nə vaxtsa həyata keçibmi? Şübhə edirəm. Brander Mattüzaya baxın. O, kovboy olmaq istəyirdi. Və kimdi o bu gün? Adicə bir universitet professoru. O nə vaxtsa kovboy olacaqmı? Son dərəcə ağlabatan deyil.
  • Heç vaxt biri gün edə biləcəyin şeyi sabaha saxlama.
  • Hesab edirəm ki, ölməyincə, daha dəqiqi, illərlə torpaq altında yatmayınca əsl özümüz və sona qədər səmimi olmaq gücündə deyilik. Əgər insanlar öldükləri yerdən başlasaydılar, daha tez səmimi olardılar.
  • Həddindən artıq nərmə-nazik insandan kobud insan yoxdur.
  • Həddindən artıq vasvası olmayaq. Heç nəyin olmamasındansa, köhnə brilliyantlara malik olmaq daha yaxşıdır..
  • Həqiqət - bizim hər birimizin polisə danışmağa borclu olduğumuz bir şeydir.
  • Həqiqət, bizim üçün ən qiymətli dəyərdir. Gəlin onu qoruyaq.
  • Həqiqət, uydurmadan qeyr-adidir. Çünki, uydurma, həqiqətə uyğunluq çərçivəsində yer alır, həqiqət isə yox.
  • Həqiqi nüfuza malik olan adam səhvini etiraf etməkdən qorxmur.
  • Həmişə düzgün hərəkət et. Bu, bəzi insanları sevindirər, digərlərini isə təəccübləndirər.
  • Həmişə həqiqəti deyən insanla heç kim yaşaya bilməzdi. Allaha şükür ki, bizim heç birimizi bu təhlükə gözləmir.
  • Hər bir oğlan uşağının həyatında basdırılmış xəzinə tapmaq kimi şiddətli bir arzu olur.
  • Hər bir paralel əmindir ki, əgər onun hüquqlarını sıxışdırmasalar, o tamamilə ekvator ola bilər.
  • Hər kəs aya bənzər. Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.
  • Hər kəs özünə görədir. Müqəddıs Fransisk Assizski demişdi: “Hər bir müqəddəs möcüzə yarada bilər, amma hər bir adam mehmanxana idarə edə bilməz”.
  • Hər günə həyatının ən gözəl günü olması üçün şans ver.
  • Hər şeydən əvvəl faktlar lazımdır. Sonra onları dolaşıq salmaq olar.
  • Hər zaman doğrunu söylə; nə dediyini xatırlamaq məcburiyyətində qalmazsan.
  • Hərbi nazir o qədər qənaətlə yaşayır ki, maaşı səkkiz min dollar olsa da, bir il ərzində on iki min dollar toplaya bilib.
  • Hətta ən aydın və vasitəli dəlillər sonda səhv ola bilər. Ona görə də onlardan çox ehtiyatla istifadə etmək lazımdır. Məsələn, götürək bir qadın tərəfindən qəddənmiş karandaşı. Əgər siz şahidlərdən soruşsanız, onlar qadının karandaşı bıçaqla qəddədiyini deyəcəklər. Əgər karandaşa baxıb özünüz bir nəticəyə gəlmək istəsəniz, qadının karandaşı dişi ilə gəmirdiyini deyəcəksiniz.
  • Hətta şöhrət də həddindən artıq ola bilər. Romaya gələndə Mikelancelonun öldüyünə çox heyfsilənirsən, amma sonra heyfsilənirsən ki, bunu görmək həzzinə malik deyilsən.
  • Həyatda ehtiyac duyulanlar; bilməməzlik və özünə inam bax o zaman müvəffəqiyyət şübhəsizdir.
  • Həyatda hər bir insanın qapısını Fortuna bir dəfə döyür. Amma insan həmin vaxt yaxınlıqdakı pivəxanada əyləşdiyindən, heç nə eşitmir. Dünyada ən miskin şey kütlədir. Ordu da kütlədir. Onlar döyüşə cəsarətli olduqlarına görə getmirlər. Onlara cəsarət verən çox olmaları və onlara əmr verilməsidir.
  • Həyatda nəyə isə nail olmaq imanızı qırmağa çalışan adamlardan qaçın.
  • Həyatımda bir çox problem vardı və çoxu əsla var olmadı.
  • Hindistanda iki milyon allah var və onların hamısına hörmət edirlər. Dini cəhətdən bütün ölkələr kasıbdır, yalnız Hindistan milyonerdir.

X

  • Xəyallarınızı itirdiyiniz an həyatınızın sonu gəlmiş deməkdir.
  • Xoş iqlim üçün cənnətə, söhbət üçün cəhənnəmə gedin.
  • Xoşbəxt həyat əhəmiyyətli dərəcədə sakit həyatdan ibarət olmalıdır. Çünki, həqiqi sevinc yalnız sakit mühitdə mövcud ola bilər.

İ

  • İngilis dilində danışan bələdçilərin bilikləri hər bir izahı tam anlaşılmaz dərəcəyə çatdırmaq üçün kifayət qədərdir.
  • İngilis elə adamdır ki, əvvəllər olan, edilmiş, halları təkrar edir, amerikalı- əvvəllər olmayan, edilməmiş halları etmək üçün çalışır.
  • İnsan bütün ömrü boyu yuxular görür. Düzdür, bəzən o bir dəqiqəliyə oyanır, süst halda dünyaya baxır, sonra yenidən şirin yuxuya gedir.
  • insan əxlaqı kitablardan yox, təcrübələrdən öyrənir. Uğurun sirri işi bayrama çevirməkdir.
  • İnsan nəsli - bu səhvdir. Kainat onsuz daha gözəl olardı.
  • İnsan heyvandan üstünlüyünü zəhlətökənlik qabiliyyətinə malik olması ilə sübut edir.
  • İnsan sadəlövh varlıqdır. O, yaxşı şeyə olmasa da, pis şeyə inanmalıdır.
  • İnsan 80 yaşında doğulub 18 yaşına qədər yavaş-yavaş yaşasaydı, daha xoşbəxt olardı.
  • İnsani hər şey kədərlidir. Yumorun gizli mənbəyi sevinc yox, kədərdir. Göylərdə yumor yoxdur.
  • İnsanoğlunun tək bir təsirli silahı vardır. Qəhqəhə…
  • İstər yalan, istərsə də həqiqətdən ibarət sözləri tam dəyəri ilə qəbul edən adamlara həqiqəti söyləmə.
  • İş - bu, insanın etməyə, oyun isə etməməyə borclu olduğu şeydir. Ona görə süni güllər düzəltmək, xəlbirdə su daşımaq işdir, keqli vurmaq, yaxud Monblanı fəth etmək isə əyləncədir.
  • İşinizin qeyri-adi dərəcədə vacib olduğuna əminlik, yaxınlaşan əsəb pozuntusunun ən doğru əlamətidir.
  • İt döyüşündə davranış qaydaları: qoy sizin gizli acımanız zəifin tərəfində olsun. Çünki, bu, comərdlikdir. Amma pulunuzu güclüyə qoyun. Çünki, bu sizin biznesinizdir.
  • İtirdiklərim arasında ən çox ağılım üçün darixıram.
  • İtlik- bu, toya qədər tanış olmayan iki ideyanın gözlənilmədən nikah bağlamasıdır.

K

  • Kainat mənə bir həyat borcludur, deyərək ortalıqlarda gəzməyin. O, sizə heç bir şey borclu deyil.
  • Kainatda xaçpərəstlərin yeganə həqiqi və əhəmiyyətli icması olan məkan cəhənnəmdir.
  • Kədər gələndə özü-özünün qayğısına qalır.Sevincin bütün dərinliyini yaşamaq üçünsə gərək onu kimləsə bölüşəsən.
  • Kədər özü–özlüyündə çox böyük olur. Ondan əsl həzz almaq üçün başqaları ilə bölüşmək lazımdır.
  • Kitab oxumayan bir kimsənin, oxuma bilməyənə qarşı bir üstünlüyü yoxdur.
  • Kitablar başqa aləmləri seyr etmək istəyənlər üçündür.
  • Küləkləri arxanıza alın, araşdırın, xəyal edin və kəşf edin.

Q

  • Qatırlar, meymunlar və dəvələr aclıqlarının qarşısını istənilən şeylə ala bilirlər, amma heç nə ilə doya bilmirlər.
  • Qədim bir müdriklikdə deyilir: “Uşaqlar və axmaqlar həmişə həqiqəti söyləyirlər. Nəticə aydındır: yaşlılar və müdriklər heç vaxt həqiqəti söyləmirlər.
  • Qədim insanların malik olmadıqları məlumatlar çox əhatəli olub.
  • Qəhrəman qız: birlikdə ideal xoşbəxt həyat yaşamaq üçün qız- kitabda.
  • Qərarsızlıqdan üzücü və faydasız şey yoxdur.
  • Qəzadan qabaq qorxu hissi qəzanın baş vermə ehtimalını artırır. Mən həşəratlar istisna olmaqla insanlar qədər öz səhvlərindən nəticə çıxara bilməyən başqa bir canlı məxluq tanımıram.
  • Qırışlar yalnız keçmiş təbəssümlərin izi olmalıdır.
  • Qoca optimist istisna olmaqla, gənc pessimistin vəziyyətindən kədərli mənzərə yoxdur.
  • Qoca rəssamların şəkillərində şahə qalxmış atlar kenquruya oxşayır.
  • Qorxu - qabaqcadan yanlış fikirdə olmanın və qəddarlığın əsas mənbələrindən biridir.

L

  • Layiq olmayan insanlara heç vaxt həqiqəti söyləmə.

M

  • Mafusail 969 il yaşadı. Siz ey əziz oğlanlar və qızlar! On ildən sonra siz Mafusailin bütün ömrü boyu gördüyü şeylərdən çox şeylər görəcəksiniz.
  • Məqaləni başlamağın ən əlverişli vaxtı siz onu qurtarandan sonra baş verir. Həmin vaxta kimi siz nə demək istədiyiniz artıq bilirsiniz.
  • Məlumdur ki, üzvi həyat bir hüceyrəli orqanizmdən filosofa qədər inkişaf yolu keçib. Bizi inandırırlar ki, bu inkişaf, sözsüz ki, proqressivdir. Pis şey olan odur ki, bizi buna birhüceyrəli yox, filosof inandırır.
  • Mən Çində olarkən tənbəlliyi insanın ən başlıca ləyaqətlərindən biri hesab etdim.
  • Mən çox səyahət etdim və belə nəticəyə gəldim ki, hətta məlakələr də ingilis dilində ləhcə ilə danışırlar.
  • Mən duelleri ümumiyyətlə qəbul etmirəm. Əgər hər-hansı kişi məni duelə çağırmağa cəhd edərsə sadəcə onun qolundan tutub, onu sakit yerə apararaq, sakitcə öldürərəm.
  • Mən əbədiliyə inamı, eləcə də ona olan hər cür marağı çoxdan itirmişəm.
  • Mən heç vaxt məktəb məşğələlərinin təhsilimə əngəl olmasına imkan vermədim.
  • Mən həmişə mötəbər insanları alçaq hesab edirdim. İndi hər səhər həyəcanla güzgüdə özümə baxıram ki, orada alçaqlığın əlaməti var, yoxsa yox.
  • Mən həyatım boyu bir sıra təhlükəli pillələrdən keçə bildim, onların bir hissəsi həqiqətən həyatımda olmalı idi, mən özümü tapmış oldum.
  • Mən nə göylərlə, nə də cəhənnəmlə münasibətimi korlamaq fikrində deyiləm. Çünki, mənim həmin yerlərdə dostlarım var.
  • Mən o qədər məşğulam ki, ölüm günümü başqa vaxta keçirməyə məcburam.
  • Mən onun dəfnində iştirak etməkdən imtina etdim, ancaq bu tədbiri çox bəyəndiyim barədə çox nəzakətli məktub göndərdim.
  • Mən otuz il ərzində demək olar ki, dəyişilməyən kişiləri və onların qoca qarılara çevrilən arvadlarını görmuşəm. Bu qadınların hamısı fəzilətli olublar. Fəzilət isə insanı çox qocaldır.
  • Mən özüm üçün eyni vaxtda bir siqardan başqa siqar çəkməyəcəyim barədə qayda müəyyən etdim.
  • Mən riyaziyyatı ona görə sevirəm ki, onda insani deyilən heç nə yoxdur. Bir də ona görə ki, onun planetimizlə, Kainatla heç bir əlaqəsi yoxdur və ona olan sevgi cavabsızdır.
  • Mən siyasətə qarışmıram. Bizdə siyasi şöbənin redaktoru var. O, çox qabiliyyətli adamdır. Əgər o, bir-iki il türmədə olsa, müsbət dərəcədə əvəzolunmaz bir insan olar.
  • Mən zehni və fiziki əməyi sınaqdan keçirdim. Kainatda olan bütün pulları mənə versələr belə, otuz gün dalbadal bellə işləməyə razı olmazdım. Amma hər cür, hətta ən ağır zehni əməklə pulsuz məşğul olar və çox razı qalardım.
  • Məni çox tərifləyiblər və mən həmişə də narazı qalmışam ki, niyə məni az təriflədilər.
  • Məni Fəxri Legion ordeni ilə təltif etdilər. Ancaq çox az adam bu fərqlənmədən qaça bilib.
  • Məni yarı yolda buraxdığını sanıb, o yolda qaçarkən təngnəfəs qalanlar.. Yolun sonunda sizi gözləyirəm..
  • Mənim 14 yaşım olanda, atam o qədər küt idi ki, ona güclə dözürdüm. 21 yaşım tamam olandda mən heyrətlə gördüm ki, ötən 7 il ərzində bu qoca nə qədər ağıllanıb. [1]
  • Mənim ölkəmin hökuməti sadəlövh düzgünlüyə nifrət edir, rüşvətxorluğu isə mükafatlandırır. Mənə elə gəlir ki,dövlət qulluğunda bir-iki il xidmət etsəm, məndən yaxşı cib oğrusu çıxar.
  • Mənim ölümüm barədə şayiələr həddindən artıq şişirdilib ( Xəbərlər agentliyinin teleqramında).
  • Münhendə bir alman qadını mənə dedi ki, Vaqneri ilk andan sevə bilməzsən, gərək onu sevməyi sistematik olaraq öyrənəsən.

N

  • Nelson on min birədən qorxa bilər, amma bir birə on min Nelsondan yox.

O

  • O, centlmen deyil: çox yaxşı geyinir.
  • O düzdür ki, insan səy göstərəndə çox şeyə nail olur. Amma əsas məsələ odur ki, nail olunan bu “çox şeylər” hansısa bir dəyərə malik olurmu?
  • O, müharibələr və aclıq barəsində qabaqcadan xəbər verə bilirdi. Bu isə çətin bir şey deyil. Həmişə haradasa vuruşurlar, həmişə haradasa aclıq çəkirlər.
  • O ölkədə hamı bir nəfər kimi yalançı idi. Hətta “Necəsən?” salamlaşması da yalan idi. Çünki, sizin necə olmağınız tabutçu olmayan soruşanı qətiyyən maraqlandırmır.
  • O, yalan danışa bilər, ya yox? Bizim hər birimiz kimi, onun da mənəvi möhkəmliyi sonsuz deyil. O, doqquz sentə görə bir dəfə də olsun yalan danışmaz, amma bir dollara səkkiz dəfə yalan danışar.
  • Onlar içki içməmək haqqında mühazirə oxudular, amma əvəzində aldıqları qəpik- quruş içkiyə bəs etmədi.
  • Onun güzgü qarşısında keçirmədiyi vaxt öz vəzifəsinin laqeydliyinə sərf edilir.
  • Onun tərbiyəsizliyi yorğan kimi bütün Yer kürəsini bürümüşdü və siz onda bir dənə də nöqsan tapa bilməzdiniz.

Ö

  • Öpüş üçün iki əl lazımdır. Belə çıxır ki, Adəm və Həvva üçün söhbət etmək o qədər də asan deyildi. Onlar üçün qeybətni etmək istədikləri başqa heç kim yox idi.
  • Öz məsləki uğrunda ölmək, deməli, fərziyyələrə çox böyük qiymət vermək.
  • Öz-özünə öyrənmiş adam nadir halda bir şeyi bilir və adətən müəllimlə birlikdə öyrənə biləcəyindən on dəfə az bilir
  • Öz üzərimizdə işləyərkən xoşagəlməzliklərə fikir verməməyi öyrənirik. Aydındır ki, özgələrin.
  • Özünü ruhlandırmağın ən yaxşı üsulu başqasına yaxşılıq etməkdir.
  • Özünüzə inamınızı qırmaq istəyən insanlardan uzaq olun. Bu, yalnız kiçik adama xas xüsusiyyətdir. Böyük insan isə, əksinə, təlqin etmək istəyəcək ki, siz də böyük işlər görə bilərsiniz.

P

  • Paltar meydana gələndə təvazökarlıq öldü.
  • Pis filosoflar cəmiyyətdə müəyyən təsirə malik ola bilərlər, yaxşılar isə heç vaxt.
  • Pozğun kitablar və İncil qədər gəlir gətirən başqa bir kitab yoxdur.

R

  • Ruh üçün məskən yalnız sonsuz ümidsizliyin möhkəm təməli üzərində qurula bilər.
  • Ruhlanmanın ən yaxşı üsulu başqasını ruhlandırmaqdır.
  • Ruhun ölməzliyinə sübutlardan biri o idi ki, milyonlarla insan buna inanırdı. Milyonlar həm də yerin yastı olmasına inanırdılar.

S

  • Sabah geridə qalan həyatımızın ilk günüdür.
  • Sabaha iki gündən sonra elə bildiyin şeyi planlaşdırma.
  • Sabın köpüyü - təbiətdə ən mükəmməl, ən gözəl olan şeydir.
  • Sadəlövhlükdən başqa möcüzə qədər bizi təəccübləndirən başqa şey yoxdur. Biz bu sadəlövhlüyü möcüzə ilə birlikdə bir inam kimi qəbul edirik.
  • Senator- cəza çəkmədiyi müddət arasında qanunlar qəbul edən insandır.
  • Sən haqlı olmayanda əsl dost sənin yanındadır. Sən haqlı olanda isə hər kəs sənin yanında olacaq.
  • Sifətlər haqqında. Əgər şübhələnirsənsə, üstündən xətt çək.
  • Siqareti tərgitməkdən asan şey yoxdur. Mənim özüm siqareti düz otuz dəfə tərgitmişəm.
  • “Siyasi fəlsəfə” adlandırılan xurafatlar bir şərtlə faydalı ola bilər ki, onları “fəlsəfə” adlandırmasınlar.
  • Sizi tanıdıqları yerdə, xüsusi ilə də bu balığı tanıyanların yanında tutduğunuz balıqdan danışmayın.
  • Sizin etibarınızı qazanmaq üçün düşməninzlə dostunuz əlbir işləyir. Biri sizin barədə iyrənc sözlər danışır, o biri isə o sözləri sizə çatdırır.
  • Sıxıntı- moralist üçün ciddi problemdir. Çünki, bəşəriyyətin bütün günahlarının yarısı məhz sıxıntının təsirindən törədilir.

Ş

  • Şahidlərin yanında heç vaxt pis hərəkət etmək lazım deyil.
  • Şəfqət və mərhəmət elə bir dildir ki, onu karlar da eşidir, korlar da oxuya bilir.
  • Şöhrətpərəstlik – qeyr-adi gücün dəlilidir. “Mənə bax” - ən əsas insan stimullarından biridir.
  • Şöhrətpərəstliyin ölçüsü yoxdur, yalnız onu gizlətmək bacarığının ölçüsü var.

T

  • Tale insanın qapısını bir dəfə döyür. Həmin vaxt isə insan yaxınlıqdakı pivəxanada oturur və heç bir səs eşitmir.
  • Tanrı, dünyanı yaradıb razı qaldığını etiraf etdi. Mən də ilk yaratdığımdan çox razıyam. Amma zaman bu qədər tələsik nəticələri alt-üst edir. Belə zənn etmək olar ki, o indi öz işini mənim “Sadəlövhlər xaricdə” əsərimdən yüksək qiymətləndirmir. Bu bir faktdır ki, orada da, burada da həddindən artıq su var.
  • Təəssüflər olsun ki,bəzən insanı çaşdırmağın bir yolu-ona həqiqəti olduğu kimi söyləməkdir.
  • Təcrübə istisna olmaqla, heç vaxt yalan danışma.
  • Təhqiredici həqiqət təhqiredici yalandan heç də üstün deyil.
  • Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir sahəsinin xaricində qala bilməz. Pis əxlaqları yaxşıya çevirə bilər; pis qanunları yuyar və yerinə yenilərini qoyar; insanları mələklər səviyyəsinə çıxara bilər.
  • Tək qalmaq istəyirsənsə, fəzilətli ol.
  • Təmiz olmayan vicdan ağızda tük kimidir.
  • Təmiz riyaziyyat elə bir predmetdir ki, orada nə haqda danışdığımızı, danışdığımızın isə həqiqi olub-olmadığını bilmirik.
  • Təmiz vicdanın qəddarlıqla uyğunluğu moralistlər arzularının son həddidir. Ona görə də onlar cəhənnəmi uydurdular.
  • Tərbiyə hər şeydi. Şaftalı keçmişdə acı badam idi. Rəngli kələm isə ali təhsilli adi kələmdən başqa bir şey deyildi.
  • Tövbə etmək əxlaqı təmir etmək kimi bir şeydir.

Ü

  • Ümumiyyətlə, mən milyonerlərə qarşıyam. Amma mənə milyonçu olmağı təklif etsələr...

U

  • Uğursuzluq üçün minlərlə bəhanə olduğu halda, bircə dənə də real səbəb yoxdur.
  • Uzunömürlü olmaq üçün əcdadları diqqətlə seçmək lazımdır.

Y

  • Yad vərdişlər qədər düzəlməli başqa heç nə yoxdur.
  • Yaxşı kitab oxumayan adam cahil qalacaq.
  • Yaxşı niyyətlərin istintaqının yarısı pis, pis niyyətlər istintaqının yarısı isə yaxşı olur.
  • Yaxşı nümunə kimi qıcıqlandıran başqa şey yoxdur.
  • Yağış duasına çıxmadan əvvəl meteorologiyanın qeydlərini qarışdırmaq hər vaxt faydalıdır.
  • Yağış haqqında dua etməzdən qabaq havanın necə olacağını bilmək pis olmazdı.
  • Yalanla pişik arasındakı fərq ondan ibarətdir ki, pişiyin yalnız doqquz canı var.
  • Yalnız bir xaçpərəst var idi, Onu da tutub çarmıxa çəkdilər.
  • Yalnız öz yerini bilən qorxudan azad ola bilər. Yalnız özünün heç bir əhəmiyyətə malik olmadığını görən adam böyüklüyə çata bilər.
  • Yaşamaq üçün qazanmağı mümkünsüz edən fikir azad deyil.
  • Yoxsullar milyonerlərə yox, daha çox köməklik edilən başqa yoxsullara həsəd aparırlar.

V

  • Vaqnerin musiqisi eşidildiyi səsdən daha yaxşıdır.
  • Vaşinqton, sadəcə olaraq yalan danışmağı bacarmırdı. Mən isə bacararam, amma çəkinirəm.
  • Vərdiş, elə vərdişdir və onu pəncərədən ata bilməzsən. Onu gərək nəzakətlə, pilləkan pilləkan endirəsən.
  • Vətənpərvər o insandır ki, həmişə mən vətənpərvərəm deyə qışqırır, lakin bu qışqırıq nə üçündür?-onu anlamır.
  • Vətənpərvərlər həmişə vətən uğrunda ölməyə hazır olduqlarını deyirlər, öldürməyə isə heç vaxt.
  • Vətənpərvərlik - ən bayağı səbəblərdən öldürməyə və öldürülməyə hazır olmaqdır.
  • Vəzifə hissi işdə lazımdır, amma bir çox münasibətlərdə o təhqiredicidir. İnsanlar onlara dözümlülük göstərilməsini yox, sevilmələrini istəyirlər.

Z

  • Zəngin adam istənilən prinsiplərə malik ola bilər.
  • Zənginlər özlərindən başqa heç kimin qayğısını çəkmirlər, yalnız yoxsullar yoxsullara mərhəmət göstərir və kömək edirlər.
  • Zənginlik yalnız bir dəfə hər bir insanın qapısını döyür, lakin insanlar tez-tez qonşu salonda oturur və heç bir tıqqıltı eşitmir.

Vikianbarda Mark Tven ilə əlaqəli mediafayllar var.

Vikipediyada Mark Tven haqqında məqalə var.

Istinadlar

  1. Xəzinə. Bakı.1997, səh.50.