Şarl de Qoll: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 55: Sətir 55:
* O xalq ki, öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq üçün poetik nitqlər, şüarlar söyləməklə kifayətlənir, onun uğrunda şəhid olmağa qüdrəti çatmır, o xalq haqlı olaraq kölə olmağa məhkumdur. <ref>Mehman Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış. Bakı, 2017.səh.194</ref>
* O xalq ki, öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq üçün poetik nitqlər, şüarlar söyləməklə kifayətlənir, onun uğrunda şəhid olmağa qüdrəti çatmır, o xalq haqlı olaraq kölə olmağa məhkumdur. <ref>Mehman Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış. Bakı, 2017.səh.194</ref>
* On dini hökm yalnız ona görə yığcam, aydın və anlaşılandır ki, məsləhətçilərin və ekspertlərin köməyi olmadan yazılmışdır.
* On dini hökm yalnız ona görə yığcam, aydın və anlaşılandır ki, məsləhətçilərin və ekspertlərin köməyi olmadan yazılmışdır.
* Ordulara olduğu kimi, xalqlara da yaxşı rəhbər lazımdır. Bu olarsa, qalan məsələlər düzələr.


== R ==
== R ==

04:02, 25 fevral 2021 versiyası

Şarl de Qoll (fr. Charles André Joseph Marie de Gaulle; 1890-1970) — fransız generalı və siyasətçisi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Adətən, mən haqlı olanda hirslənirəm. Çörçill isə haqlı olmayanda hirslənir. Nəticədə biz biri-birimizə tez-tez hirslənirdik.
  • Atom bombası olmayan ölkənin özünü müstəqil hesab etməyə əsası yoxdur.
  • Az da olsa mənim özüm də qollist oldum.
  • Azadlıq dərk olunmuş həqiqətdir. İnsan üçün, xalq üçün həqiqəti dərk etməkdən böyük sərvət, müstəqillik və azadlıq ola bilməz.

B

  • Bir yığın jurnalistlə görüşmək ləzzət, az bir miqdarı ilə görüşmək kiçik bir xoşagəlməzlik, biri ilə görüşmək isə işgəncədir.
  • Böyük insanlar olmadan böyük işlər görmək mümkün deyil. Böyük insanlar isə qətiyyətli olduqlarına görə böyükdürlər.
  • Bütün fransızlar qollist olublar, qollistdirlər və qollist olacaqlar.

C

  • Cənab jurnalistlər, xoşbəxtlikdən, nə düşündüyümü bilmək üçün sizin qəzetlərinizi oxuyuram.

Ç

  • Çətin anlarda iradəli insan yalnız özünə güvənir. O özünün düzgün hesab etdiyi tərzdə hərəkət edir və məsuliyyəti öz boynuna götürür.

D

  • Diplomatlar yalnız yaxşı havada faydalıdırlar. Yağış yağan kimi kiçicik bir yağış damlasında boğulurlar.
  • Dövlət xadimi üçün ən vacib şey, vacib olmayan şeyləri vacib hesab etməməsidir.

F

  • Fransa döyüşü uduzdu, amma müharibəni yox.
  • Fransanın nə fikirləşdiyini bilmək istəyəndə özüm-özümdən soruşurdum.

G

  • Gənc yaşlarımdan Fransanın böyük sınaqlardan keçəcəyinə, həyatımın mənasının ona nə vaxtsa xidmət etməkdən ibarət və bunun üçün imkanlarımın olacağına əmin idim.
  • Güclünün böyüklüyü, zəifin sığınacağı olan susmaq qədər nüfuzu qaldıran başqa heç nə ola bilməz.

H

  • Hər bir işdə olduğu kimi, ədəbiyyatda da istedad məsuliyyət rəmzidir.
  • Hökumət təklif yox, sərəncam verməlidir.

İ

  • İdarə etmək, deməli pis qərarlar içindən daima seçmək deməkdir.
  • İnsanların dostları ola bilər, dövlət xadimlərinin isə yox.

Q

  • Qələbə, möhtəşəm plan quranın yox, az səhv edənin olur.

L

  • “Lakin” sözünün köməyi ilə idarə etmək mümkün deyil.

M

  • Məhz Atlantikadan Urala qədər bütün Avropa dünyanın taleyini müəyyən edir!
  • Mən Fransa dövlətinin və Fransa xalqının mənafeyini bütün qanunlardan üstün tuturam.
  • Mən yalnız mənimlə mübarizə aparanlara hörmət edirəm, amma onlara dözmək fikrində deyiləm.
  • Mənə müqavimət göstərənlərə hörmət edirəm, amma onlara dözə bilmirəm.
  • Məni Fransanın şöhrəti maraqlandırır, bu şarlatan fransızlar yox.

N

  • Nazir qəzetlərdən şikayət etməməli, hətta oxumamalı, onları yazmalıdır.

O

  • O xalq ki, öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq üçün poetik nitqlər, şüarlar söyləməklə kifayətlənir, onun uğrunda şəhid olmağa qüdrəti çatmır, o xalq haqlı olaraq kölə olmağa məhkumdur. [1]
  • On dini hökm yalnız ona görə yığcam, aydın və anlaşılandır ki, məsləhətçilərin və ekspertlərin köməyi olmadan yazılmışdır.
  • Ordulara olduğu kimi, xalqlara da yaxşı rəhbər lazımdır. Bu olarsa, qalan məsələlər düzələr.

R

  • Rəhbərlik etmək istəyənin ümumi mədəni səviyyəsi olmalıdır. Beləcə, Makedoniyalı İsgəndərin bütün qələbələrinin özülündə Aristoteli tapırıq.

S

  • Səyahət edərkən ən çox sevdiyim şey ibadətə qulaq asmaqdır. Kilsə yeganə yerdir ki, kimsə səninlə danışır, sən isə cavab verməyə məcbur deyilsən.
  • Siyasət, onu siyasətçilərə etibar etmək üçün həddindən artıq vacib bir şeydir.
  • Siyasətçi ağa olmaq üçün xidmətçi roluna girir.
  • Siyasətçi dediyi sözlərə o dərəcədə inanmır ki, başqalarının onu başa düşməsinə həmişə təəccüblənir.
  • Siyasətdə bəzən öz ölkəni və seçicilərini satmaq lazım gəlir. Mən üstünlüyü ikinciyə verirəm.
  • Siyasətdə ya öz ölkənə, ya da seçicilərinə xəyanət etmək lazım gəlir. Mən ikincini üstün tuturam.
  • Susmaq güclülərin gücü, zəiflərin sığınacağıdır.
  • Susmaq- hakimiyyətin mütləq silahıdır.

Ş

  • Sizin nöqteyi- nəzərlərinizi dinlədim. Onlar mənim nöqteyi nəzərimlə üst-üstə düşmür. Qərar yekdilliklə qəbul edilir.
  • Şöhrəti yalnız onu daima arzulayanlar qazanır.

T

  • Tez hərəkət etmək və uyğunlaşa bilmək lazımdır – başqa cür istənilən strategiya faydasızdır.

Ü

  • Üç yol məhvə aparır: qumar oyunları-ən qısası, qadınlar- ən xoşu və mütəxəssis məsləhətinin ardınca getmək-ən etibarlısı.

Mənbə

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014

Xarici keçidlər

Wikipedia logo
Wikipedia logo
Şarl de Qoll haqqında Vikipediyada məqalə var.

İstinadlar

  1. Mehman Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış. Bakı, 2017.səh.194