Jan de Labrüyer: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 97: Sətir 97:
* Yalançı yalançıdan ehtiyatlanar.
* Yalançı yalançıdan ehtiyatlanar.
* Yaltaq nə özü, nə də özgələri haqqında yüksək fikirdə olmadığı üçün yaltaqlıq edir.
* Yaltaq nə özü, nə də özgələri haqqında yüksək fikirdə olmadığı üçün yaltaqlıq edir.
* Yoxsul ola-ola paxıl olmayan şəxslər şərəfli insanlardır.
* Yüksək əxlaq yüksək nəcabət göstərir.
* Yüksək əxlaq yüksək nəcabət göstərir.
* Yüksək yerlər yüksək insanları daha da yüksək, alçaq insanları isə daha da alçaq edir.
* Yüksək yerlər yüksək insanları daha da yüksək, alçaq insanları isə daha da alçaq edir.

04:15, 10 may 2021 versiyası

Jan de Labrüyer - (Fransız dilində: Jean de La Bruyère); 16 avqust 1645, Paris, Fransa — 10 may 1696, Versal, Fransa) - Fransız yazıçısı və filosofu



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Ağıllı adamlara gülmək axmaqlara xas olan imtiyazdır. Kral sarayında bu cür imtiyaza təlxəklər malik idi.
  • Ancaq o adamlar həqiqi dost ola bilərlər ki, kiçik çatışmazlıqları bağışlaya bilsinlər.

B

  • Bəzi adamlarda əzəməti təkəbbür, möhkəmliyi zalımlıq, ağlı isə hiyləgərlik əvəz edir.
  • Bir adamı unutmağa çalışmaq daima onu xatırlamaq deməkdir.
  • bir müddət siyasi intiriqa ilə məşğul olan şəxs daha onsuz yaşaya bilmir: qalan bütün şeylər onun üçün maraqsız görünür.
  • Biri ölüb biri ölməsəydi, ölmək çox acı olardı.

C

  • Can sıxıntısı dünyaya tənbəlliklə birllikdə gəlmişdir.
  • Cəzalandırılmış cinayətkar bütün canilər üçün ibrət dərsidir, günahsız məhkum edilmiş şəxs isə bütün namuslu adamlar üçün vicdan tənəsidir.
  • Comərdlik çox verməkdən savayı, yerində və zamanında verməkdir.

D

  • Dostlar bir-birinin nöqsanlarına göz yummasalar, dostluqları uzun sürməz.
  • Dostluğun birinci şərti etibardır.[1]
  • Dünyada gözəl sifətdən gözəl mənzərə və sevilən səsdən gözəl musiqi yoxdur.

E

  • Elm həyatı öyrənməyə kömək edir, amma yaxşı yaşaya bilmək ayrı hikmətdir.

Ə

  • Əgər qadın tənbəldirsə, onun bu mərəzini yalnız sevgi sağalda bilər.

H

  • Həya hissini ititrmiş qorxaq adam istənilən rəzilliyi etməyə qadirdir.
  • Həyat duyğularla yaşayanlar üçün faciə, düşünənlər üçün isə məzhəkədir.
  • Həyat əvvəldən axıradək öyrənməkdir.
  • Həyatda uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan.
  • Hökmdarın cavanlığı bir çoxları üçün varlanmaq mənbəyidir.

X

  • Xalq təlatümə gələndə heç kəs deyə bilməz ki, əmin-amanlığı necə bərpa etmək olar; xalq dinc olanda, heç kəs bilmir ki, onun bu dincliyini nə poza bilər.[2]

İ

  • İnsan öz-özündən həya edə bilsəydi, təkcə gizli qalmış yox, hətta hər kəsin içində açıq şəkildə törədilmiş nə qədər cinayət törədilməmiş olardı.
  • İnsan yalnız iki yolla varlana bilər- ya öz diribaşlığı ilə, ya da başqasının maymaqlığı sayəsində.
  • İnsan yaranışdan gözəldir, sevəndə isə daha da gözəlləşir.
  • İnsanın həyatında cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir, insan kimi yaşamağı yadından çıxarır və əzablar içində ölür.
  • İnsanın kimdənsə tam razı qalması necə də çətindir.
  • İnsanlar özləri ilə elə məşğuldurlar ki, ətrafdakılara diqqətlə nəzər yetirib, onları ədalətlə qiymətləndirməyə macal tapmırlar. Elə buna görə də ədalətli və təmkinli adamlar çox vaxt kölgədə qalır.
  • İstər dostla, istərsə də düşmənlə münasibətdə ehtiyatlı ol.
  • İşgüzar qadın tənbəlləşdikdə bu, onun sevməyinə işarədir.

K

  • Kişi özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini saxlaya bilir.
  • Kişilər əmindilər ki, qadınlar zəif cinsdilər, ancaq nədənsə, özləri həmişə qadınlar qarşısında zəif vəziyyətdə qalmış olurlar.[3]
  • Kişilər özgələrinin sirrini daha yaxşı saxlayırlar, nəinki öz sirrlərini. Qadınlar öz sirrlərini daha yaxşı saxlayırlar, nəinki özgə sirrlərini.
  • Kömək edəcəyin adama heç nə demədən yardım göstər.
  • Kübar və zəngin qadınlar üçün bağban yalnız bağban, bənna isə yalnız bənnadır. Nisbətən yoxsul və sadə yaşayan qadınlar üçün isə bağban da, bənna da əsl kişilərdilər.

Q

  • Qadın ürəyi elə bir uçurumdur ki, onun dərinliyini ölçmək qeyri-mümkündür.
  • Qadınlar kişilərin əksəriyyətindən güclü sevirlər, amma kişilərdə həqiqi dostluq daha möhkəmdir. Qadınlar bir-birlərini sevmirlər və bunun səbəbi kişilərdir.
  • Qadınlar öz hisslərindən danışanda asanlıqla yalan deyirlər, kişilər isə daha asanlıqla sözün düzünü deyirlər.
  • Qadınlarda orta hədd yoxdur: ya kişilərdən qat-qat pisdirlər, ya da qat-qat yaxşıdırlar.
  • Qadınların əksəriyyətində prinsipiallıq yoxdur-onlar ağlın deyil, qəlbin səsinə qulaq asırlar və onların davranışı, özünü aparmağı bütün hallarda sevdikləri kişilərdən asılıdır.
  • Qarınqululuq ömrün qorunması üçün nəzərdə tutulmuş qidanı zəhərə çevirir.
  • Qaynata öz kürəkənini istəmir, lakin gəlinini çox istəyir: qaynana öz kürəkənini çox istəyir, lakin gəlinini istəmir, dünyada hər şey tənzimlənir.

L

  • Lüzumsuz təvazökarlıq lovğalığın bir növüdür.

N

  • Nəfsinin müəllimi, vicdanının şagirdi ol.

Ö

  • Ölüm bir dəfə gəlir, amma biz onu ömrü boyu gözləyirik: ölüm qorxusu ölümün özündən də əzablıdır.
  • Özünə qarşı səhlənkarlıq və güzəşt , başqalarına qarşı amansızlıq və günahın ayrı-ayrı tərəfləridi.

P

  • Pis adamlar səninlə xeyir işlərdə deyil, şər işlərdə ünsiyyətə girirlər.
  • Pis adamlarla oturub-durmayın, onlar sizi peşman etməsələr də, xoşbəxt də edə bilməzlər.

S

  • Sevdiyin adamın həsrətini çəkmək nifrət etdiyin adamla yaşamaqdan qat-qat asandır.
  • Səmimiyyətlə deyilən söz ürəklərə tez yol tapar.
  • Səni əyyaşlığa və hoqqabazlığa sövq edən və çalışmaq əzmi səninkindən az olan adamla ünsiyyət saxlama.

T

  • Tarixi yaratmaqda bütün insanlar iştirak edir, deməli bizim hər birimiz lap cüzi miqdarda olsa datarixin gözəlliyinə kömək etməyə, onun eybəcərləşdirilməsinə imkan verməməyə borcluyuq.
  • Tərəzinin bir gözünə anamı, digər gözünə dünyanı qoysalar da, anamın olduğu tərəf ağır gələr.

U

  • Uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan.
  • Uğur qazanmağın ən qısa və ən yaxşı yolu - insanlara başa düşməyə şərait yaratmaqdır ki, sizin irəliləyişinizə kömək etmək elə onların özlərinin maraqlarına uyğundur.

Ü

  • Üç adama həqiqətən də yazıq demək olar: nadanın əlinə düşmüş bilikli adama, miskinə möhtac olmuş güclü adama, xəsislə dostluq etməyə məhkum olmuş səxavətli adama.

V

  • Vaxtdan istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından gileylənir.

Y

  • Yaxşı iş gördüyün zaman mükafat gözləmə, Etdiyin yaxşılıq sənin üçün elə ən böyük mükafatdır.
  • Yalançı yalançıdan ehtiyatlanar.
  • Yaltaq nə özü, nə də özgələri haqqında yüksək fikirdə olmadığı üçün yaltaqlıq edir.
  • Yoxsul ola-ola paxıl olmayan şəxslər şərəfli insanlardır.
  • Yüksək əxlaq yüksək nəcabət göstərir.
  • Yüksək yerlər yüksək insanları daha da yüksək, alçaq insanları isə daha da alçaq edir.
  • Yüksəlmək istəyən insan üçün hər hansı bir şöhrət heç tanınmamaqdan yaxşıdır.

Z

  • Zaman dostluğu möhkəmlədir, amma, sevgini zəiflədir.
  • Zəka düşüncənin mikroskopudur.

Mənbə

  • Aforizmlər və hikmətli sözlər. Bakı,2005
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

İstinadlar

  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.79
  2. Xəzinə.Bakı,1997. səh.150
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014