Adolf Hitler: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 24: | Sətir 24: | ||
* [[İslam]] xalqı bizə, məsələn [[Fransa]]dan həmişə yaxın olacaq. |
* [[İslam]] xalqı bizə, məsələn [[Fransa]]dan həmişə yaxın olacaq. |
||
== Q == |
== Q == |
||
* Qalibdən heç kəs soruşmur ki, o doğru danışırdı, yoxsa yalan. |
|||
* Qalibləri sorğu-sual eləmirlər. |
* Qalibləri sorğu-sual eləmirlər. |
||
* Qərar sahibi silahlar deyil, onların arxasındakı insanlardır. |
* Qərar sahibi silahlar deyil, onların arxasındakı insanlardır. |
||
* Qüvvətli, tək qalınca daha qüvvətlidir. |
* Qüvvətli, tək qalınca daha qüvvətlidir. |
||
== M == |
== M == |
||
* Mən xristianlığı rədd edirəm, çünki o iudaizmin törəməsidir, çünki o beynəlmiləldir və Yer üzündə sülhü təbliğ edir. |
* Mən xristianlığı rədd edirəm, çünki o iudaizmin törəməsidir, çünki o beynəlmiləldir və Yer üzündə sülhü təbliğ edir. |
15:51, 16 may 2021 tarixindəki versiya
Adolf Hitler (20 aprel 1889, Braunau am İnn, Avstriya-Macarıstan – 30 aprel 1945, Berlin, Almaniya) — nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). Adolf Hitler tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında beşinci sıraya daxil edilib.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Ağlın bitdiyi və susduğu yerdə son qərar şiddətindir.
D
- Dünyanın istilası haqqında danışanda, torpağın 1/6 hissəsini unutmamalıyıq. (SSRİ haqqında)
- Düşüncə azadlığı bütün pisliklərin anasıdır.
Ə
- Əgər bir millət azad olacaqsa: qürura, iradə gücünə, meydan oxumağa, nifrətə, nifrətə və yenə də nifrətə ehtiyac duyacaq.
- Əgər döyüş itirilmişdirsə bu mənim vecimə belə deyil. İnsanlar pərişan olursa olsunlar. Bir tək gözyaşı belə tökmərəm onlar üçün. Onlar heç bir şeyə layiq ola bilmədilər.
G
- Gələcək bizə məxsusdur.
H
- Heç kimi sevməmək səni məğlubedilməz edən böyük bir vergidir, heç kimi sevməməklə sən ən qorxulu ağrıdan azad olursan.
X
- Xalqın özünə başçı seçə biləcəyi bir respublikanı götürsək pul, reklam və buna bənzər vasitələrlə dövlətin başında təlxəyi də oturtmaq olar.
İ
- İnsanları daha yaxşı tanıdıqca itləri daha çox sevməyə başlayıram.
- İnsanları tanıdıqca heyvanlardan xoşum gəlir!
- İntellegentlər cəmiyyətin tullantısıdır.
- İslam xalqı bizə, məsələn Fransadan həmişə yaxın olacaq.
Q
- Qalibdən heç kəs soruşmur ki, o doğru danışırdı, yoxsa yalan.
- Qalibləri sorğu-sual eləmirlər.
- Qərar sahibi silahlar deyil, onların arxasındakı insanlardır.
- Qüvvətli, tək qalınca daha qüvvətlidir.
M
- Mən xristianlığı rədd edirəm, çünki o iudaizmin törəməsidir, çünki o beynəlmiləldir və Yer üzündə sülhü təbliğ edir.
- Mən sizi vicdan adlanan xülyadan azad edirəm.
N
- Nə qədər ki, mən partiyaya rəhbərlik edirəm o, nəcabətsiz ədəbiyyatçılar və qeyri-ciddi bolşeviklər üçün diskussiya klubu olmayacaq.
- Nə təxəyyül, təsəvvür, nə də istedad olmayan yerdə internasionalist olmaqdan başqa çarə qalmır.
O
- Otu yaşıl, səmanı mavi çəkən hər bir rəssamı sterilizasiya eləmək lazımdır.
R
- Rəhbərin sənəti - verdiyi sözlə işi arasında dəqiqlik; Rəhbərin qisməti - sadəlik; Rəhbərin istedadı - millətinin böyüklüyünü subut etmək.
S
- Siyasi quruluşlar bir-birləri ilə qarşılıqlı mənfəətlərindən ötəri saxta razılaşarlar. Mənim fəlsəfi doktrinam dünyanı təkrar xoşbəxt bir şəkildə yaşadacaq gücə malikdir. Belə bir idealda əlbəttə ki, keçici razılaşmalara yer yoxdur.
Ş
- Şərəf və namusdan məhrum millətlər gec-tez azadlıq və müstəqilliklərini itirərlər.
Y
- Yalan böyük olduqca onu demək asanlaşır.
- Yalan nə qədər möhtəşəmdirsə, ona inanmaq da bir o qədər asan olur.
- Yaşamaq istəyən mübarizə aparmağa məcburdur, kim əbədi mübarizə olan bu dünyada müqavimət göstərmək istəmirsə o, yaşamaq haqqına malik deyil.
Z
- Zəifə acımaq təbiətə xəyanətdir.
Hitler haqqında sitatlar
- Əgər Hitler cəhənnəmə getsə, mən şeytanın şərəfinə mədhiyyə oxuyaram. Uinston Çörçill