Nizami Gəncəvi: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 121: | Sətir 121: | ||
* Sözündə çoxluğa qoyma yer olsun,
Birin yüz olmasın, yüzün bir olsun.
Çox söyləmək sənə bəlkə asandır,
Çox oldu desələr böyük nöqsandır. |
* Sözündə çoxluğa qoyma yer olsun,
Birin yüz olmasın, yüzün bir olsun.
Çox söyləmək sənə bəlkə asandır,
Çox oldu desələr böyük nöqsandır. |

* Sükut çox yaxşıdır pis danışmaqdan,
Sükutdan olmayıb heç kəs peşiman. |
* Sükut çox yaxşıdır pis danışmaqdan,
Sükutdan olmayıb heç kəs peşiman. |

* Süleyman mülkünü axtarma ki, o, hardadır,
Mülk elə həmin mülkdür, bəs Süleyman hardadır? |

== T == |
== T == |
10:22, 4 iyun 2021 tarixindəki versiya
Nizami Gəncəvi | |||
Doğum tarixi | 1141 | ||
Doğum yeri | Gəncə | ||
Vəfat tarixi | 1209 | ||
Vəfat yeri | Gəncə | ||
Dəfn yeri | Gəncə | ||

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Adam yüksələndə əhdini pozmaz.
- Axmağa nəsihət eyləyən hər kəs,
Toxumu boş yerə səpir, bil, əbəs. - Ağıllı adamla dost olsan əgər,
Elmi, mərifəti sənə də keçər. - Ağılsız adamla mey içmə zinhar,
Çirkin işlər ilə qəlbini qırar. - Amandır ağlını unutma ki, sən
Gülünü tikana deyişməyəsən. - Az sözün incitək mənası solmaz,
Çox sözün kərpictək qiyməti olmaz. - Az yeməkdən kimsə qızdırmaz, ancaq,
Çox yeməkdən gündə yüzü ölür, bax.
B
- Bağlama qapını dostun üzünə.
- Belə məsəl çəkmiş aqil bir insan:
Qurd girməz sürüyə yatmasa çoban. - Bilik öyrənməyi ar bilən hər kəs,
Dünyada mərifət qazana bilməz. [1] - Bir neçə gün hicran dağıyla tək qalsan
ayrılıqdan sonra xoş olar vüsal.. [2] - Bir ürəkdə olmaz iki sevgili,
İki ürəklinin düz olmaz dili. - Bütün tarix boyu şahlara baxsan,
Görərsən qazanmış daim cəld olan.
Ç
- Çalış ki, kipriyin olsun almaz tək,
Ayıq ol, ölkənin keşiyini çək! - Çalış öz xalqının işinə yara,
Geysin əməlindən dünya zərxara. - Çox gözəl olsa da eybi gizləmək,
Dost dostun eybini örtməsin gərək. - Çox iti zehinlər yatan oldular
Axırda saxsı qab satan oldular.
D
- Darılma sənə üz verdikcə kədər,
Ondan da böyük bir dərddən oıl həzər. - Deyilməyən sözü demə əğyara,
Deyil tək əğyara, hətta dostlara.
Sirrini bilməsin evdə divarlar,
Divar dalında da çünki qulaq var. - Dənizə min çay axar, o yenə sakit durar,
Arxa bir sel gələndə çalxanıb ləngər vurar. - Dilin bəlasıdır uzunçu olmaq,
Ariflər işidir sükuta dalmaq. - Doğruluq edən kəs doğru işlərindən ziyan görməz.[3]
- Dost rahatlıq verən bir məlhəmdir.
- Dostluq, mehribanlıq göstərsən ey yar,
Gəlib qulun olar azad adamlar.[4] - Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət
Yer üzünün fatehi ədalətdir, ədalət! - Düşməninlə dost olana sən də bax bir düşmən kimi,
İlan üstə qonan milçək zəhərlidir ilan kimi.
E
- Elm öyrənməyi ar bilən hər kəs,
Dünyada mərifət qazana bilməz. - Eşşəyin qızıldan olsa da yükü,
Yenə də eşşəkdir parıldar tükü.
Ə
- Ədalət mülkündən kim üz çevirsə,
Ona aqil deməz ağıllı kimsə. - Əlində yumşalsa dəmir, bunu bil,
Tədbirlə yumşalar, hiddətlə deyil.
G
- Gecəni, gündüzü çox vermə bada,
Yaxşı ad uğrunda çalış dünyada. - Gənclikdir insana gözəllik verən,
gözəllik sönərsə, qəlb olurmu şən? - Günəşi örtsə də qara buludlar,
Yenə günəş adlı bir qüdrəti var.
H
- Hər çətin düyünün bir əlacı var,
Səbirlə, tədriclə açılar onlar. - Hər uca rütbədən biliniz,fəqət
Alimin rütbəsi ucadır, əlbət!. - Hər ümidsiz işdə bir çox ümid var,
Qaranlıq gecədən ağ səhər doğar. - Hünər ardınca qoş, xalqa hünər saç,
Qapılar bağlama, ər ol, qapı aç. - Hər kim öyrənməyi bilməyirsə ar
Sudan dürr, daşdan da gövhər çıxardar.
Ancaq, öyrənməyi ar bilən insan
Məhrumdur dünyada bilik almaqdan.
X
- Xəzinə kəşf etmək istəsən əgər,
Hər bir çətinliyə tab et, sinə gər.
İ
- İncitək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin. - İnsafla yaşayan mərddir, kişidir,
İnsaflı olmamaq namərd işidir. - İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı. - İnsandan insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər. [5]
- İnsanı sarsıdır göz yaşı, nalə,
Ah çəkib, uf deyən yetməz kəmalə. - İnsanlardan başqa bütün canlılar,
Qənaət evində tutmuşlar qərar. - İradəsiz olma, iradəsizlər
Ayaqsız qurd kimi yerdə sürünər. - İstəyə gənclikdə mümkündür çatmaq,
Qocalıq gəldimi, axtar bir bucaq.
K
- Kimin ki, alnının aynası bərkdir,
Dünyada xoş günü o görəcəkdir. - Kim ki, ad qoymuşdur qoca dünyada,
Onu öz dostları vermişdir bada.
Ay üzlü Yusifi yad edin barı,
Ona quyu qazdı öz qardaşları.
Əzəldən dünyanın bir qaydası var:
Bal tutan barmağı arılar sancar. - Kitab elə bir zəmidir ki, ondan hamı yesə də qurtarmaz.
Q
- Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.[6] - Quyuya salsan da yaxşılığı bil,
Yenə qayıdacaq, o itən deyil. - Qəlbini çalmasın bu mal, bu dövlət,
Azı bir zillətdir,çoxu fəlakət.
Göydə ol, yerdə ol, fərqi yox bunun,
Torpaqsan, yenə də torpaqdır sonun.
M
- Meymun da yamsılar, bu deyil hünər,
Bulanlıq suda da ulduz görünər. - Məhəbbət odur ki, odu sönməsin,
İnsan yaşadıqca üzü dönməsin. - Məmləkətin dayağıədalətdir hər zaman,
Ədalətlə nəsibin səadətdir hər zaman. - Misə qızıl vurmaq nəyə gərəkdir,
Mis yenə özünü göstərəcəkdir.
O
- Onunçün oyrətdim ki əlimi bir sənətə,
Bir gün sənə əl açıb düşməyim xəcalətə.
Ö
- Ölüm yatağında olsa da bir şəxs,
Ümidini əsla həyatdan üzməz. - Ömrünü ah-vayla vermə sən bada,
Acizlər ah-vayla yaşar dünyada. - Öz adına layiq işlər gör ki, sən,
Axırda utanma xəcalətindən - Öz qəbiləsinə asi olan şəxs
Onunla bir yerdə yaşaya bilməz. - Öylə bir ixtiyar olsaydı məndə,
Qoymazdım bəndəyə möhtac bir bəndə. - Özündən hər kim ki, deyil xəbərdar,
Bir qapıdan girər, birindən çıxar. - Özünə, özgəyə olmaz mehriban,
Dilinə gələni söyləyən insan.
P
- Pis,yaxşı nəyin var ,demək malındır,
Lakin sənə vacib öz kamalındır.
S
- Səadət qapını açmasa bu gün,
Kəsmə ümidini ondan büsbütün. - Səadət kamalla yetişir başa,
Xalqa hörmət elə, ədəblə yaşa. - Səbr etməklə kişi zindandan çıxar,
Səbr ilə açılar bağlı qapılar. - Səbri, hövsələni unudan insan,
Ağıldan, şüurdan açmasın dastan. - Sənə nə eyləsə övladın, inan,
Onu görəcəkdir öz övladından. - Sirrini bilməsin evdə divarlar,
Divar dalında da çünki qulaq var. - Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə. - Sözündə çoxluğa qoyma yer olsun,
Birin yüz olmasın, yüzün bir olsun.
Çox söyləmək sənə bəlkə asandır,
Çox oldu desələr böyük nöqsandır. - Sükut çox yaxşıdır pis danışmaqdan,
Sükutdan olmayıb heç kəs peşiman. - Süleyman mülkünü axtarma ki, o, hardadır,
Mülk elə həmin mülkdür, bəs Süleyman hardadır?
T
- Təmkinli oturmağı etdiyiçin dağ peşə,
Mötəbərdir yerində varlığı ilə həmişə. - Toxum olmasa, dirilməz.
- Torpağa mərhəmət xeyirdir inan,
Lütf etsən gül verər, zülm etsən tikan - Tutar qarınqulu çox əziz hər an,
Xingal yarpağını gül yarpağından.
Ü
- Ürəkdən gələn söz həmişə ürəklərə yol tapar.
Y
- Yamanlıq etməkdən uzaq ol, uzaq,
Pisliyin əvəzi pislik olacaq. - Yalnız həqiqətdə ölməz qüvvə var.
- Yaşa ki, dünyaya işıq verəsən,
Torpağa göz dikmə ilan kimi sən. - Yaxşılıq etməsən əgər insana,,
Böyüklük şərəfi verilməz sana. - Yer üzündə iki qüvvət vardır: biri qılınc, digəri zəka.
Çox zaman qılınc zəkaya məğlub olmuşdur. - Yüksəklik yaşla deyil, elmlə, ağılla, şərəflədir.
- Yeri yaradanın öz yeri olmaz.
Z
- Zülm ilə bu dünyanı almaq deyildir mümkün,
Ancaq ədalət ilə alarsan dünya mülkün. - Zülmün toxumundan göyərməz nəbat.
Mənbə
- S.Vəhdət, Az.EA nəşriyyatı, Bakı, 1966 il.
- Aforizmlər və hikmətli sözlər. Bakı,2005.
Həmçinin bax
İstinadlar
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.43
- ↑ Aforizmlər. Bakı, 2013. səh.18
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 86
- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.