Brijit Bardo
|
|
Doğum tarixi |
28 sentyabr 1934
|
Doğum yeri |
XV arondisman (Paris)
|
|
Brijit Bardo - (1934) - fransız aktrisası, müğənni və foto-model
- De Qoll Fransanın özü olduğunu iddia edərkən - o, həqiqəti deyir. Amma o, məni unudur. Mən də başqa cür olsam da, Fransayam.
- Etiket - qapalı ağızla əsnəmək bacarığıdır.
- Əslində kinoya marağım yoxdur, altı il əvvəl kinoya başlayanda nifrət edirdim, indi də sevmirəm.
- Gənc deyilsinizsə, gənc görünmək mümkün deyil.
- Hamiləliyin böyük sevinc olduğunu düşünmürəm.
- Heç kameralar qarşısında yaxşı evlilik olduğunu eşitmisiniz.
- Hər sevgi layiq olduğu qədər davam edər.
- Həyatımda ən gözəl gün hansı olub? Gündüz deyildi, gecə idi.
- İnsanlar həmişə sizdə nəyinsə səhv olduğunu görürlər.
- İnsanlarla tanış olandan bəri yalnız heyvanları sevirəm.
- Kişilərlə təcrübələrim: bəziləri çox uzun müddət tərəddüd edir, başlanğıc tapmır və sona çatmır. Digərləri dərhal başlamaq istəyir.
- Mən dəbdəbədən nifrət edirəm və ona xor baxıram.
- Mən evliliyin əleyhinəyəm və cəmiyyətin nə dediyi məni maraqlandırmır.
- Mən niyə həkimin qarşısında soyunmağa utanmalıyam? Axı o, hamı kimi eyni adamdır.
- Mənim heç bir şəxsi həyatım yoxdur, mən ovçuluq edən qadınam və mühasirəyə alınmadan heç bir addım ata bilmərəm.
- Öz iradəsinə qarşı sadiq olmaqdansa, xəyanət etmək daha yaxşıdır.
- Ruhun tənhalığı dünyanın ən çətin işidir.
- Sevgi üçün insanların bir-birinə uyğun olması deyil, birlikdə xoşbəxt olmaları önəmlidir.
- Səhər tezdən gecə yarısınadək gözəl görünmək üçün çalışmaqdan ağır iş ola bilməz.
- Uşaqlığımın və təhsilimin Fransası öldü. Yad əraziyə çevrilmiş öz ölkəmdə özümü mühacir kimi hiss edirəm.
- Yalnız axmaqlar fikirlərini dəyişməkdən imtina edirlər.
- Yaşamaq üçün səbəb lazımdırmı?
- Yaşlı, ağ saçlı, illərlə təcrübəsi olan və həyatından bir çox maraqlı hekayələr danışa bilən bir xanımdan daha yaxşı nə ola bilər?
- Yaşlı olmaq ölməkdən yaxşıdır.