Cordano Bruno

Vikisitat saytından
Cordano Bruno
Doğum tarixi yanvar 1548
Doğum yeri Nola
Vəfat tarixi 17 fevral 1600
Vəfat yeri Roma
Vikipediya məqaləsi

Cordano Bruno - (1548-1600) - filosofu və şairi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bəlkə siz, məni qınayanlar, məhkum olunan məndən daha çox qorxursunuz.
  • Bizim dərk edə bildiyimizdən kənarda başqa varlıqların, şüurlu canlıların mövcud olmadığını düşünməkdən axmaq və gülünc nə ola bilər?!. Başqa dünyalar da bizim dünya kimi məskunlaşıb.[1]

E[redaktə]

  • Elmin zirvəsini fəth etmək mütləq deyil, hamının dərk etməyə can atması kifayətdir.

H[redaktə]

  • Həqiqət yolu çətin yoldur. Çox az adam bu yolla gedə bilir, amma bu yolu sonuna çatanların qarşısında qeyri-adi mənzərələr açılır.
  • Həqiqətən yalnız aşağı, kobud və çirkli ağıl daima özünü məşğul edə bilər və özünün maraqlanmaq fikrini qadın bədəninin gözəlliyi ətrafına fırlanmağa göndərər.

İ[redaktə]

  • İnsanı zor tətbiq etməklə deyil, mütaliə ilə ağıllandırmaq olar.

K[redaktə]

  • Köynəyin ilk düyməsi səhv düymələnsə digərləri də səhv gedər.

Q[redaktə]

  • Qəhrəmanlıqla ölmək insana əbədi həyat qazandırar.
  • Qısqanclıq bəzən yalnız sevgilinin ölümü və məhv edilməsi deyil, tez-tez sevginin özünü öldürür.
  • Qısqanclıq gözəl və sevgi içində olan hər şeyi sarsıdır və zəhərləyir.

M[redaktə]

  • Məhəbbətin qısqanclıqdan daha yaxın dostu olmadığı kimi, daha böyük bir düşməni də yoxdur: eyni şəkildə, özündən doğan pasdan daha dəmir üçün heç bir şey düşmən deyil.
  • Məhəbbətin ən yaxın rəfiqəsi də, ən böyük düşməni də qısqanclıqdır.
  • Mən həqiqətə oxşayanı deyil, həqiqətin özünü təsdiq edirəm.
  • Məni tonqalda yandırmaq söylədiyim həqiqəti təkzib edə bilmək deyil.

Ö[redaktə]

  • Öz varlığında universal substansiyadır: kainat bu substansiyanın sayəsində mövcuddur. O, mahiyyətdir - bütün mahiyyətlərin mənbəyidir, varlıq da bu mənbədən doğur. O, hər cür təbiətin dərindən də dərin təməlidir.

T[redaktə]

  • Tonqalda yandırmaq hələ təkzib etmək deyil.

Z[redaktə]

  • Zəhmətin üstün gəlmədiyi heç bir şey yoxdur.

Mənbə[redaktə]

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005

İstinadlar[redaktə]

  1. Xəzinə. Bakı, 1997. səh.40