Dərman

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Aclıq dərmanların padşahıdır. Aclığı canla könüllə mənimsə, onu xor görmə. Mövlana Cəlaləddin Rumi
  • Afrikaya dərman göndərməyə qərar vermişdik; lakin hamısının üzərində "tox qarınla" yazırdı. Çarlz Bukovski
  • Alkaqol ağılla istifadə olunsa bir dərman kimidir. Həftə ərzində bir-birlərini bezdirmiş kişilər romun qoxusunu duyan kimi bir-biriləri ilə əla dost olurlar və səyahətlərinə davam edirlər. Rual Amundsen

B[redaktə]

  • Bir dərdin varsa, dərman tapmağa çalış tapa bilmirsənsə də, onu dərd etmə. Qautama Budda

C[redaktə]

  • Cəmiyyət üçün üsyan, təbiət üçün ildırımdan daha az faydalı deyil. Bu, hökumətin sağlamlığı üçün lazım olan dərmandır. Tomas Cefferson
  • Cəza uşaqlara verilən bir dərman sayılmalı və həmin düşüncə ilə verilməlidir. Mişel de Monten

D[redaktə]

E[redaktə]

  • Eşqdən müalicə edən bir çox dərman vardır, amma yaxşılaşdıracağı qəti olanı yoxdur. Fransua de Laroşfuko

Ə[redaktə]

  • Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
  • Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir. Bencamin Franklin

S[redaktə]

  • Səbr hər yerdə dərmandır, amma səbrə dərman yoxdur. Ərəb atalar sözləri
  • Söz dərman kimidir, azı xeyirli, çoxu zərərlidir” (Hz. Əli).
  • Söz dərman kimidir- qədərində olsa, müalicə edər; qədərini aşsa, öldürər. Viktor Kambon

İstinadlar[redaktə]