Gözəllik

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıl gözəlliyi ona deyilir ki, istər mübahisə, istər tədqiqat, istərsə kəşfdə həqiqət necədirsə, həmin hədd və həmin kəmiyyətdə qorunub saxlanılsın, nə daxili ehtimala, nə də xarici təsirə yol verilməsin. Nəsirəddin Tusi
  • Ailə həyatının gözəlliyi kimi heç bir şey yoxdur. Oskar Uayld

B[redaktə]

  • Bir sənətkar özünü müstəqil mənəvi dünyanın yaradıcısı kimi görür; o, bu dünyanı yaratmaq, onu insanlarla təmin etmək və onun üçün hərtərəfli məsuliyyət daşımaq vəzifəsini çiyinlərinə qaldırır; amma onun altında əzilir, çünki fani bir dahi belə bir yükü daşımağa qadir deyil. Necə ki, insan ümumilikdə özünü varlığın mərkəzi elan edərək, tarazlaşdırılmış mənəvi sistem yaratmağa müvəffəq olmayıb. Əgər ona bədbəxtlik gəlsə, o, günahı dünyanın əsrlər boyu davam edən disharmoniyasına, bugünkü parçalanmış ruhun mürəkkəbliyinə və ya ictimaiyyətin axmaqlığına atır. Başqa bir rəssam, yuxarıda daha yüksək bir gücü tanıyaraq, Allah cənnətinin altında təvazökar bir şagird kimi məmnuniyyətlə çalışır; o zaman yazılan və ya çəkilən hər şeyə, onun işini dərk edən ruhlara görə onun məsuliyyəti həmişəkindən daha tələbkardır. Amma bunun müqabilində bu dünyanı yaradan deyil, onu idarə edən də deyil, onun əsaslarına şübhə yoxdur; Sənətkar sadəcə olaraq dünyanın harmoniyasını, ona bəşəriyyətin töhfəsinin gözəllik və çirkinliyini başqalarından daha dərindən dərk etməli və bunu öz həmkarlarına kəskin şəkildə çatdırmalıdır. Bədbəxtlikdə və hətta varlığın dərinliklərində - yoxsulluqda, həbsxanada, xəstəlikdə - sabit harmoniya hissi onu heç vaxt tərk etmir. Ancaq sənətin bütün irrasionallığı, onun göz qamaşdıran dönüşləri, gözlənilməz kəşfləri, insana sarsıdıcı təsiri - onlar çox sehrlə doludur ki, bu sənətkarın dünyaya baxışı, bədii konsepsiyası və ya layiq olmayan əsərinin işi ilə yorulmaq olmaz. Aleksandr Soljenitsın
  • Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var. Anton Çexov

D[redaktə]

  • Duman qəlbdəki məhəbbətə bənzər; təpələrin arasında oynaşıb, onlarda gözlənilməz gözəlliklər yaradır. Rabindranat Taqor

Ə[redaktə]

  • Əgər bir qadın gözəlliyi ilə sizi heyrətləndirib və valeh edibsə, amma siz onun nə geyindiyini heç cür xatırlaya bilmirsinizsə, deməli o, qüsursuz geyinib. Koko Şanel

G[redaktə]

  • Gözəllik – Allahın fəzilət ayəsidir. Hər bir təbii addım gözəldir. Ralf Uold Emerson
  • Gözəllik baxdığın şeydə deyil, baxışda olmalı. Üz, gözün gördüyü deyil, könül gözüylə gördüyündür gözəl olan. Mövlana Cəlaləddin Rumi
  • Gözəllik bizə ona görə lazımdır ki, kişilər bizi sevsin. Axmaqlıq bizə ona görə lazımdır ki, biz kişiləri sevək. Koko Şanel
  • Gözəllik duyğusu aşılamadan mükəmməl insan yetişdirmək olmaz. Rabindranat Taqor
  • Gözəllik duyğusu təbiətin insanı yenidən öz ağuşuna almaq əzmidir. Əbu Turxan
  • Gözəllik əxlaqi xeyirin rəmzidir. İmmanuel Kant
  • Gözəllik əxlaqi ləyaqəti yüksəldir; bunsuz gözəllik ürək üçün yox, ancaq göz üçündür. Vissarion Belinski
  • Gözəllik gedir, yaxşılıq qalır. Alman atalar sözləri
  • Gözəllik hakimiyyəti çox da uzun çəkməyən kraliçadır. Sokrat
  • Gözəllik hər yerdə xoş qarşılanan qonaqdır. Yohann Volfqanq Göte
  • Gözəllik öz sahibinə ziyan, başqalarına zövq verir. Sokrat
  • Gözəllik özlüyündə təbiətin gizlin qanunlarının təzahürüdür. Höte
  • Gözəllikdən əvvəl yaş. Alman atalar sözləri
  • Gözəlliyi görən ruh bəzən tək gəzə bilər. Yohann Volfqanq Göte
  • Gözəlliyin qayğısına qaldıqda ilk öncə qəlb və ürəkdən başlamaq lazımdır. Yoxsa heç bir kosmetika kömək etməz. Koko Şanel
  • Gözəlliyin meyarı bütöv təbiətdir. Ralf Uold Emerson

H[redaktə]

  • Hansısa qadın sizi gözəlliyi ilə valeh edibsə, amma heç cür onun nə geyindiyini xatırlaya bilmirsinizsə – deməli o, qüsursuz geyinibmiş. Koko Şanel
  • Hər bir insanın ilahi ruhdan payı və deməli, özünəməxsus gözəlliyi var. Sadəcə olaraq, cismani yetkinlik dövründəki ideyadan sapmalar bu ilkin gözəlliyi pərdələdiyindən, onu adi gözlə görmək mümkün olmur. Əbu Turxan
  • Hər hansı bir şeyin gözəlliyi onun öz ideyasına uyğunluğu ilə ölçülür. Əbu Turxan
  • Hər qadın gözəl doğulmur, amma 30 yaşına qədər özünü gözəlləşdirə bilməyibsə, bu onun öz axmaqlığıdır. Koko Şanel
  • Həyatın qəlbinə çatanda sən gözəlliyi hər şeydə görəcəksən, hətta gözəlliyə kor olan gözlərdə belə. Cübran Xəlil Cübran

İ[redaktə]

  • İnsanlar gözəlliyin təsirindən daha xeyirxah olurlar. M.M.Prişvin

Q[redaktə]

  • Qadınlara gözəllik ona görə lazımdır ki, kişilər onları sevsin. Axmaqlıq ona görə lazımdır ki, qadınlar kişiləri sevsin. Koko Şanel

M[redaktə]

  • Mütləq gözəllik həm də mütləq varlığın ifadəsidir, nisbi gözəllik varlığın da nisbiliyinə dəlalət edir. Əbu Turxan

S[redaktə]

  • Sən ağlını itirdin və yanlış yola getdin. Sən yalanı həqiqətə, iyrəncliyi gözəlliyə çevirdin. Birdən-birə hansısa qəribə hadisələr nəticəsində alma və portağal ağaclarında meyvə əvəzinə qurbağalar və kərtənkələlər bitsə, yaxud qızılgüllər tərləyən at kimi qoxusa, heyrətlənərdiniz; Mən sizə heyrətlənirəm ki, göyləri yerlə əvəz edirsiniz. Mən səni başa düşmək istəmirəm. Anton Çexov
  • Səndən yuxarıda duran adam üzərində qələbədən çəkin. Qələbə kin, ədavət oyatmaq deməkdir. Öz ağana qalib gəlmək isə ağılsızlıqdır, bəzən isə təhlükəlidir. Üstünlüyünü nümayiş etdirmək hamıda, xüsusən də, zat-alilərində nifrət oyadır. Gözəlliyi səliqəsiz geyimlə gizlətmək olduğu kimi, cəh etsən öz üstünlüyünü də gizlədə bilərsən. Çoxları, xüsusən də başçılar ağıldan başqa hər hansı qabiliyyətdə başqalarına güzəştə gedə bilərlər, çünki ağıl bütün qabiliyyətlərin üzərində hökmranlıq edir. Yüksək mərtəbədə duranlar köməyi qəbul edirlər, amma üstünlüyü yox. Ona görə də onlar istəyirlər ki, verilən məsləhət yalnız unutduqları nəyi isə yada salmaq məqsədi daha başa düşmədikləri bir şey haqqında izahat olmasın. Baltazar Qrasian
  • Sizinkindən daha çox sərvəti və gözəlliyi olan adamı görəndə sizdən kasıb və çirkin olanlar haqqında düşünün. Məhəmməd

T[redaktə]

  • Təbiətində gözəllik olmayan heç nə yoxdur. Əbu Turxan

Z[redaktə]

  • Zahiri gözəllik və paklıq, əslində, daxili gözəlliyin və paklığın gözlə görünən ifadəsidir. Vissarion Belinski

İstinadlar[redaktə]