Gürcü atalar sözləri

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ac köpək yiyəsini də qapar.
  • Acdan soruşdular ki, ən ağır nədir? - Dedi: "Boş mədə".
  • Aclıq gələndə - abır gedər.
  • Aclıq gələndə utancaqlıq yox olur.
  • Adam yoxdursa, ocaqla danış.
  • Adı itirməkdənsə, başı itirmək yaxşıdır.
  • Axmaq qonşudan od da götürmə.
  • Axmaz su iylənər.
  • Aqilin "Mənə elə gəlir ki" deməsi, səfehin "Sizi inandırıram ki" deməsindən daha inandırıcıdır.
  • Ağac kökü ilə güclüdür, insan - dostları ilə.
  • Ağac kömürü ilə güclüdür, insan dostları ilə.
  • Ağac yıxılanda - baltalı, baltasız, hamı qaçır üstünə.
  • Ağacın kökü suda qurumaz.
  • Ağıllı ilə vuruşmaq, axmaqla yeyib-içməkdən yaxşıdır.
  • Ağıllı, lakin savadsız insan, əli qandallı aslan kimidir.
  • Ağılsız adam dostu ancaq özü çətinə düşəndə salar.
  • Ağlın yüngüllüyündən ayağa ağırlıq düşər.
  • Araba aşanda yol görünər.
  • Arxanı kimə söykəyirsən, dalına daş yükləyir.
  • Arvad alanda gözlərindən çox, qulaqlarına inan.
  • Atdan düşən, eşşəyə minməz.
  • Atının başı balın içindədir, yenə də bal axtarır.
  • Ayı meşəyə hirslənib, meşə onu heç görməyib.
  • Ayı min cür atılıb-düşür, ancaq cır almanın altında.
  • Ayı uşaqlarını böyütmüş, duru su içməyə vaxtı olmamış.

B[redaktə]

  • Bacı qardaşdan ötrü öldü, qardaş bacıdan ötrü yox.
  • Bal olsa, milçək Bağdaddan gələr.
  • Balığa çayda qiymət verməzlər.
  • Balığın yavası elə su bulandırar.
  • Balina həzm edə bilmədiyini udmur.
  • Barmağın ağrısını ürək bilər, ürəyin ağrısıni heç kəs.
  • Barmağın birini bükərsən, o birilər də bükülər.
  • Başqasının xoşbəxtliyinə həsəd aparacaqsan - öz xoşbəxtliyini görməyəcəksən.
  • Batan günəş, doğan aya çəpəki baxar.
  • Bazarda şamın bahalaşmağının dərdi kora qalmayıb.
  • Bərəni - keçəndən sonra tərifləyərlər.
  • Bilik puldan baha, qılıncdan iti, topdan güclüdür.
  • Bir ağacdan kürək də düzəlir, bel də.
  • Bir it iki dovşanı birlikdə tuta bilməz.
  • Bir kədər o birini unutdurar.
  • Bir kişi bir nal tapdı və dedi: "Mənə yalnız bir at və üç nal lazımdır."
  • Bir şey demək istəyirsənsə , əvvəlcə səni kimin dinləyəcəyini yoxla.
  • Borcun heç səsi çıxmaz, ancaq yatmağa da qoymaz.
  • Boş yerə oturmaqdansa, boş yerə işləmək yaxşıdır.
  • Böyük ağac güclü küləyi sevir.
  • Böyük ağrıya kiçik dərman kömək edir.
  • Böyük yelkənləri ancaq güclü küləklər aça bilər.
  • Bu dünyada bircə şey dilsiz danışır - vicdan.
  • Bu dünyada yalnız bir şey dilsiz danışır - dürüstlük.
  • Buynuzlayana - arxadan yaxınlaş, təpikləyənə - qabaqdan.
  • Bütün quyulara tüpürsən, suyu haradan içərsən?!

C[redaktə]

  • Cahilin ağlı başında yox, gözündə olar.
  • Canavar apara bilmədiklərinə heyfslənir, mal yiyəsi - aparılana.
  • Canavar canavarın dərisini cırmır.
  • Canavar itə dedi: "Hünər o deyil ki, mən qaçıram, sən isə dalımca gəlirsən; hünər odur ki, mən geri dönəndə sən quyruğunu göstərməyəsən".
  • Canavar ovlayar, canavarı da ovlayarlar.
  • Canavardan çoban edə bilmədiyin kimi, oğrudan da müqəddəs edə bilməzsən.
  • Cavanlıqda bədxərclik edən qocalıqda acından ölər.

Ç[redaktə]

  • Çağrılmamış qonaq taundan pisdir.
  • Çay öz yatağını itirməz.
  • Çərənçilikdən baş ağrıyar, qarınqululuqdan - mədə.
  • Çiçəyin yaxşısı haradasa, arı da ora uşur.
  • Çinar çəkib boy verər, bar verməz.
  • Çınqıdan - qığılcımdan böyük ağaclar yanar.

D[redaktə]

  • Dahi vaxtından qabaq qaçar, müdrik onun ardınca gedər, axmaq çaşar.
  • Dartılan ip tez qırılar.
  • Daş nə qədər ki, yerindədir - ağırdır, tərpətdin - yüngül gələcək.
  • Deyən eləmir, eləyən deyir.
  • Dələ getdi ova - dərisiz qayıtdı.
  • Dəli dağıdar, ağıllı yığar.
  • Dəmir od içində bərkiyər, insan ehtiyac içində.
  • Dəniz döndü xəşil oldu - uğursuza qaşıq çatmadı.
  • Dəvə oğurlayan da oğrudur, iynə oğurlayan da.
  • Dəvədən soruşdular: ərəb atı xoşuna gəlirmi? Dedi: "Qozbel olsaydı, lap yaxşı olardı".
  • Dəyməmiş meyvəni dərmə; yetişər, özü düşər.
  • Dilin sümüyü yoxdur.
  • Dişlər dilin qəsridir.
  • Dişsiz qonağı xoşlayıram.
  • Doğru danışan, öz qatilidir.
  • Dostu üzünə qınayarlar, düşməni - arxada
  • Dövlətli ölüyə ağladı, kasıb xərcin dərdini çəkdi.
  • Döyürlər, ağlamağa da qoymurlar.
  • Dözəninki gətirir.
  • Dünyada ən çətin iş - yaxşı ad qazanmaqdır.
  • Düşmənimin düşməni dostumdur mənim.

E[redaktə]

  • El gedirsə - sən də tələs, dayanırsa - dayan.
  • Eşitdiyini deyil, gördüklərini danış.
  • Eşşəkdən yıxılmaqdansa, atdan yıxılmaq yaxşıdır.
  • Eşşəyin qulağını mişar ilə kəsirmişlər, bu nə səsdi deyirmiş.
  • Ev yiyəsi şad olmayanda, qonaq da bikef olar.
  • Evi tikən Allah deyilsə, bünövrəni bəzəməyin nə faydası var?
  • Eyibsiz dost axtaran tək qalar.

Ə[redaktə]

  • Ədalət ölünü dirildər.
  • Əgər canavar səni dəvət etsə, onun yanına get, amma itini də özünlə apar.
  • Əgər pis qonşudan xilas olmaq istəyirsənsə, ona borc ver.
  • Əldə cəmi beş barmaq var, hətta onlar da bərabər deyil.
  • Ən ağır daşı su damcı-damcı damıb dələr.
  • Ən uzaq yolu adam addım-addım gedib gələr.

F[redaktə]

  • Fənd ilə mığmığalar şirə üstün gəlib.
  • Fırçalasan da qara qarğa ağarmaz.

G[redaktə]

  • Gecə oğrusunu gündüz tutarlar.
  • Gəlmək - qonağa baxır, getmək - ev sahibinə.
  • Gəncliyi təzə paltar kimi qorumaq lazımdır.
  • Göz neyləsə qaşdan yuxarı çıxa bilməz.
  • Gözlə bir dəfə görülən (şey) yüz dəfə eşitdiyindən yaxşıdır.
  • Gözlər ürəyin aynasıdır.
  • Gözlərini yumsan belə, əl ağzın harada olduğunu tapacaq.
  • Gözün içinə tərifləyən adam - şeytanın göndərməsidir.
  • Güclü qəhqəhə çəkir, zəif şikayətlənir.
  • Gül zibillikdə də bitər.
  • Günəş vahiddir, amma hərəni bir cür isidir.
  • Günəş yeri, dostluq qəlbi isidər.
  • Günəşə kim çirkab atsa, öz başına düşər.
  • Günəşsiz gün gecə kimidir.

H[redaktə]

  • Haqq ağacını daşda da əksən qurumaz.
  • Haqqı itirən öz ömrünü qısaldar.
  • Haray-həşirdən düşmən qorxmaz.
  • Havayı oturmaqdansa, havayı işləmək yaxşıdır.
  • Həddindən artıq müqəddəslik Yunanıstanı məhv etdi.
  • Həm döyürlər, həm də ağlamağa qoymurlar.
  • Hər quş öz yuvasını tanıyır.
  • Hər tülkü öz quyruğu ilə fəxr edir.
  • Hətta Yerusəlimdə də itlər hürür.

X[redaktə]

  • Xəstə sağalır - həkimi görmək də istəmir.

İ[redaktə]

  • İblisə barmağını göstər, yapışsın biləyindən.
  • İki dayəli uşaq acından ölər.
  • İki nəfər desə ki, korsan, gözünü yum.
  • İlan qabığını dəyişər, ürəyini yox.
  • İlanın çölü ala-buladır, insanın - içərisi.
  • İnək duza aldanar, insan sözə.
  • İnsan dünyaya gələndə ağlayır, dünyadan gedəndə ah çəkir.
  • İnsan etiqadını dəyişər, adətini yox.
  • İnsan insana can atar, heyvan meşəyə.
  • İnsan nə qədər ki, ölməyib işi gözə görünmür.
  • İnsan üçün ən çətin iş - özünü öyrənməkdir.
  • İnsanın bütün xoşbəxtliyi yaxşı at, daha yaxşı it və əla şahin sahibi olmaqdan ibarətdir.
  • İnsanın gücü ürəyində, ağacın gücü kökündədir.
  • İstiot yeməmisən ağzın niyə yanır?
  • işi bir ay fikirləş, bircə anda gör.
  • İt də duz-çörəyi yadda saxlayır.
  • İt olmayan vilayətdə pişiklər hürər.
  • İtin quyruğu yeddi il qəlibdə qaldı, düzəlmədi ki düzəlmədi.
  • İtlər savaşdı - dilənçininki gətirdi.

K[redaktə]

  • Karlar üçün zənglər iki dəfə çalınmır.
  • Kasıb gündə on dəfə ölür.
  • Keçəl gileyləndi ki, daraq bahalaşıb.
  • Keçiyə arxadan, ata qabaqdan, insana hər tərəfdən yanaş.
  • Kəl ilə kəlləyə gələn buğa buynuzsuz qalar.
  • Kəndin alt başında yalandır dedim, üst başına gəldim mən də inandım.
  • Kəndirin uzunu yaxşıdır, sözün qısası.
  • Kim haqqı sevməzsə, haqqa nifrət edər.
  • Kişi ev tikdi, arvad dağıtdı; arvad tikdi - şeytan da dağıda bilmədi.
  • Kişi fəhlədir, arvad bənna; kişi kərpic daşıyır, arvad tikir.
  • Köhnə dostla köhnə yolu tez itirmək olar.
  • Köhnənin cırılması bitməz, qoca inləməyi bitirməz.
  • Külək gətirdiyini külək aparar.

Q[redaktə]

  • Qabaqda duran düşmən, dalda duran dostdan yaxşıdır.
  • Qaçan da Allaha yalvarır, tutan da.
  • Qadın var ki, ağıllı kişidə nöqsan axtarar, axmaq kişidə - ləyaqət.
  • Qala içəridən ələ keçirilir.
  • Qanı qanla yumaq olmaz.
  • Qapmayan it uzaqdan hürər.
  • Qar da ağdır, amma bütün aləm onu tapdalayır.
  • Qaranlığı görməmisinizsə, işığın qədrini bilməyəcəksiniz.
  • Qardaşına da inanma, özünün çəp gözlərinə inan.
  • Qarışqanın gözü yox idi, allahdan kiprik diləyirdi.
  • Qarğanı xanım kimi böyütdülər, ancaq o, qarıldamağından qalmadı ki, qalmadı.
  • Qarışqanı ayağa qoy, başa çıxacaq.
  • Qartalın balası ikidən çox olmur.
  • Qəfil rasta çıxan kötük, araba çevirər.
  • Qılınc kömək etməyən yerdə, dil də gücsüzdür.
  • Qırıq qanadla qartal da uça bilməz.
  • Qırmaqdan qaçan balıq böyük görünər.
  • Qız ərə getmək istəyəndə evdəkilərlə çətin yola gedər.
  • Qızılın əli yoxdur, amma hər işi görür.
  • Qocalar xatirəylə yaşayır, cavanlar ümidlə.
  • Qocalıq Rüstəmi də yendirdi.(Rüstəm - xalq eposunun qəhrəmanı, pəhləvan).
  • Qonaq qonağı dəvət etdi, ev sahibi ikisini də qovdu.
  • Qonşu qonşunun aynasıdır.
  • Qonşun səndən duz istəyəndə, duzun olmasa belə, heç olmasa ona duzlu bir söz de.
  • Qorxaq gedəndə öyünər, cəsarətli - qayıdanda.
  • Qorxmuş it doqquz il ağaca hürər.
  • Qoyunu olmayanın bıçağı küt olar.
  • Qozbeli qəbir düzəldər, ancaq bəzən o da bacarmaz.
  • Qul olmaq asandır, insan olmaq çətin.
  • Quduz iti harada öldürsələr, orada da basdırarlar.
  • Qurd qonaq çağırsa get, amma köpəyi də özünlə apar.
  • Qurd ölür, minlərlə qurd balası qoyub gedir.
  • Qurd sürüyə cumanda vay o adamın halına ki, qoyunu təkdir.
  • Qurda dedilər: "Səni qoyunun yanına, oğlunu da quzunun yanına göndərək", qurd dedi: "Quzunun da yanına, qoyunun da yanına özüm gedərəm".
  • Qurda "İncil" oxuyurlar, amma onun ürəyindən meşə keçir.
  • Qurdla canavar kimi, tülkü ilə tülkü kimi görüş.
  • Qurdu ayaqları yedirər.
  • Qurdu - qurd kimi, tülkünü - tülkü kimi qarşıla.
  • Quş qanadıyla öyünər, qadın - əriylə.

L[redaktə]

  • Lazımsızı alsan, çox çəkməz ki, lazımlını satarsan.

M[redaktə]

  • May yağışı qızıldır, iyun yağışı - gümüş, iyul yağışı - od.
  • Məhəbbət gül axtarar, qısqanclıq - tikan.
  • Məhəbbət utancaqlıq bilməz.
  • Məhəbbəti, odu və öskürəyi camaatdan gizlədə bilməzsən.
  • Mənim amanımı kəsən vicdanımdır.

N[redaktə]

O[redaktə]

  • O qədər yağış yağmadı, nə qədər ki, göy guruldadı.
  • Odla oynamaq olmaz, suya - inanmaq.
  • Odu elə söndür ki, tüstüsü çıxmasın.
  • Odunu çox-çox yandıran meşəyə tez-tez gedər.
  • Oğru özü varlanmaz, özgəni var-yoxdan çıxarar.
  • Oğrunu üç gün dərə gizlədi, üç yüz gün - dağ, ancaq axır ki, tapdılar.
  • Oğrunun dilədiyi qaranlıq gecə olar.
  • Oğrunun əlinə heç nə keçmədi, öz papağını oğurladı.
  • Oğul özümün, ağıl özünün.
  • Oğurluq malı saxlayanın günahı oğrudan çox olur.
  • On beş atlını qonaq saxlamaq asandır, nəinki bir döş uşağını.
  • On dərviş bir həsir üstə yatar, amma iki şah bir səltənətə sığmaz.
  • On qadının ağlı bir qoz qabığına sığar və hələ də yer qalar.
  • Otuz iki dişin dibindən çıxan söz otuz iki dağ aşar.

Ö[redaktə]

  • Ölü aslandansa diri it yaxşıdır.
  • Ölüm məni qətiyyən qorxutmur, kaş utanc məndən uzaqlaşsaydı.
  • Öyrənmək bilik toxumudur, bilik isə xoşbəxtlik toxumudur.
  • Öz fikrini gizləyə bilməyəndən hökmdar olmaz.
  • Özgə eləyir - ürəyim ağrıyır, özüm eləyirəm - kürəyim.
  • Özgənin səadətinə qısqanan, özü səadət görməz.

P[redaktə]

  • Paxıllar ölür, paxıllıq qalır.
  • Peyinlikdə nə qədər dərin qazsan, bir o qədər çox iy verər.
  • Pis dil torpaqdakı ilanı öldürür.
  • Pis gözətçi oğrudan da pisdir.
  • Pis insan bütün insanların onun kimi olduğuna inanır.
  • Pişiyin başına kolbasa gurultayla düşdü, dedi: "İlahi, məni həmişə belə ildırımlar vursun".
  • Pulun dəyərini kasıbdan soruş.

R[redaktə]

S[redaktə]

  • Sarı qızıl - qara gün üçündür.
  • Sarımsağın iyi sirkədə də üç il qalar.
  • Sevgi olmayan yerdə sevinc də yoxdur.
  • Səadər qapını üç dəfə döyür, açmasan gedir başqa qapıya.
  • Səbr gümüş, səbirsizlik isə oddur.
  • Sərvətin qiymətini qazananda bilərlər, dostun qiymətini ... itirəndə.
  • Sirr olar iki nəfər arasında, üçüncü bildi - aləm bildi.
  • Sovqata sovqat gərəkdir.
  • Söz nə qədər çox olsa, iş o qədər az olar.
  • Sözü deməmiş, gör qulaq asan kimdir.
  • Sözün düzü xoşa gəlməz, xoşa gələn də təkdənbir düz olar.
  • Su axıb gedər, qum qalar.
  • Su ilə hər şey yuyulur, namusdan başqa.
  • Süd daşdı, nənənin xəbəri yox.
  • Sünbülün dolusu aşağı baxar, boşu yuxarı.

Ş[redaktə]

  • Şadlığa gecik, ehtiyaca tələs.
  • Şahın qəzəbinə gəlsən - xalqa üz tut, xalğın qəzəbinə gəlsən - qaç.
  • Şahlığı dövran edir, şahlar yox.
  • Şalvar geyinən hər kəs kişi adlanmağa layiqdirmi?
  • Şamsız yatsan, heç olmasa yuxudan borcsuz duracaqsan.
  • Şanslı adamın arvadı ölər, şanssız adamın atı ölər.
  • Şeytanlar öz aralarında didişirlər, insanlarla vuruşanda birləşirlər.
  • Şərab ağlı da alır, xeyirxahlığı da.
  • Şiri caynağından tanıyarlar.
  • Şirin dillə dağ maralını da sağmaq olar.
  • Şirin söz dəmir qapını da açar.

T[redaktə]

  • Taleyə tabe olan qul ölür.
  • Tənbəl çoban sürünü uzaqdan qaytarar.
  • Tənbəllik - kasıblığın açarıdır.
  • Tənbəllik - yamanlığın anasıdır.
  • Təzə dost qazan, köhnəni də unutma.
  • Tox qırğı ələ qonmaz.
  • Tox molla ac qurddan pisdir.
  • Tülkü öləndə də başını toyuq hininə çevirdi.
  • Tülkü öz quyruğunu şahid apardı.
  • Tülkü özü hara, quyruğu da ora.

U[redaktə]

  • Ulağa yüklənən hər şey onun özünə verilmir.
  • Ulağı toya çağırdılar - su daşıtdırmağa.
  • Uşaqla dəlini mühakimə etməzlər.
  • Uşağa demə kökə verəcəksən, deyibsən, ver.
  • Uşağınızı cəzalandırırsınızsa, axmaqsınız.

Ü[redaktə]

  • Üzü küləyə tüpürən adam öz üzünə tüpürər.

V[redaktə]

  • Var-dövlət Allah yanında günahdır, kasıblıq - camaat yanında.
  • Var-dövlət milçək kimidir: gah peyinə qonar, gah gülə.
  • Vicdan əzabı qamçıdan güclüdür.
  • Vicdanın dişi yoxdur, amma dişləyib-didir.
  • Vurağan öküzə allah buynuz verməz.

Y[redaktə]

  • Yaxşı atın arpasını artırarlar, pis atın qamçısını.
  • Yaxşı bir iş görsən - daş qoyursan, yeriməyə davam et - qarşında ona rast gələcəksən.
  • Yaxşı danışan yaxşı dinləyici istəyir.
  • Yaxşı qonşunu gündən qabaq görmək gərək.
  • Yaxşı ovçunun tüfəngi pas atmaz.
  • Yaxşı səndən qaçırsa, dalına düş; yaman sənə tərəf gəlirsə, kənara çəkil.
  • Yaxşıyla - yaxşı, yamanla - yaman.
  • Yatanı ilan da çalmaz.
  • Yel gətirəni yel də aparar.
  • Yemək yeyəndə it də susur.
  • Yiyəsiz qoyunu qışda da qırxarlar.
  • Yıxılanı döyməzlər.
  • Yuyulmamış üzlə hətta bacı da qardaşa görünməz.

Z[redaktə]

  • Zibillikdə göbələk tez yetişər, amma tez də qopub düşər.
  • Zorla almaq olar, zorla bağışlamaq olmaz.

Mənbə[redaktə]

  • Dünya xalqlarının atalar sözləri. Bakı,2015.