Hədiyyə

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağlımız tanrının bir hədiyyəsi isə və inancımız haqqında eynisini fərz etsək, tanrı bizə uzlaşmayan, zidd iki hədiyyə vermişdir demək. Deni Didro
  • Amma sənə bir hədiyyə oğurlayacaqdım. Homer Simpson
  • Azad olacaq şəxs özü özünü azad etməlidi.Azadlıq insanın qucağına düşən sehrli hədiyyə deyil.Azadlıq nədir?Azadlıq birinin özünə qarşı məsuliyyət ixtiyarıdır. Maks Ştirner
  • Azadlıq mədəniyyətin insana bir hədiyyəsi deyil. Heç mədəniyyət yox ikən insanoğlu çox daha azad idi. Ziqmund Freyd

B[redaktə]

  • Bir əmirin hədiyyə qəbul etməsi haramdır, hakimin rüşvət alması kafirlikdir. Məhəmməd peyğəmbər
  • Bir gün ki o gün heç gəlməyə bilər səndən bir yaxşılıq istəyəcəyəm, o zamana qədər bunu bir hədiyyə olaraq qəbul et. Xaç atası (film, 1972)

D[redaktə]

  • Daha sadə düşüncə çox vaxt Allahın dəyərli hədiyyəsidir. Konrad Adenauer

E[redaktə]

  • Ehtiras: bütün azad ürəklər üçün günahsız və sərbəst, yerin xoşbəxtlik bağı, bayram bolluğu və gələcəyin hədiyyəsidir. Fridrix Nitsşe

Ə[redaktə]

  • Əgər yeni doğulmuş körpəyə hədiyyə vermək imkanım olsaydı, mən yalnız bir şeyi seçərdim – Yaxşı xəsiyyət. Aqata Kristi

G[redaktə]

  • Gözəllik - qadınlara verilən ilk hədiyyə, eyni zamanda geri aldığı ilk şeydir.Çili atalar sözləri

H[redaktə]

  • Hətta hədiyyə gətirən danaylılardan da qorxuram. Vergili
  • Həyatın müxtəlif çətinliklərinə qarşı bu üç şey hədiyyə edilmişdir: ümid, yuxu və gülmək. İmmanuel Kant

M[redaktə]

  • Müdriklikdən sonra insanlara edilmiş ən gözəl hədiyyə – məhz dostluqdur. Fransua de Laroşfuko

Ö[redaktə]

  • Ölüm, bəzən cəza, bəzən bir hədiyyə, çox vaxt da bir lütfdür. Seneka

İstinadlar[redaktə]