Jül Vern

Vikisitat saytından
Jül Vern
Doğum tarixi 8 fevral 1828
Doğum yeri Nant
Vəfat tarixi 24 mart 1905
Vəfat yeri Amyen
Dəfn yeri Madlen qəbiristanlığı
Vikipediya məqaləsi
Jules Verne 1856

Jül Qabriel Vern — (fr. Jules Gabriel Verne; 8 fevral, 1828 – 24 mart, 1905) — fransız yazıçısı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biridir. O, “Yerin mərkəzinə səyahət” (1864), “Kapitan Qrantın uşaqları” (1867), “20 000 lye su altında” (1870), “80 gün dünya ətrafında” (1873) kimi dünya şöhrətli əsərlərin müəllifidir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Aclıq dünyada ən dəhşətli şeydir ...
  • Adətən, irəli gedə bilməyən geri qayıdır.
  • Adətən, oyunçu uduzmağa yox, udmaq ümidlərinin dağılmasına təəssüflənir.
  • Ah, bu qadınları, gənc qızları, bir sözlə, qadın ürəklərini başa düşmək mümkündürmü? Əgər bir qadın utancaq deyilsə, onun cəsarətinin həddi yoxdur! Qadınlarda ağıl heç bir rol oynamır…
  • Ah,dostlar! Bir özünüz fikirləşin: Hindistana gedirsiniz, amma sonda Çilidə peyda olursunuz, ispan dilini öyrənirsiniz, amma portuqaliya dilində danışırsınız!..Yox, belə olmaz! Əgər belə getsə, bir də gördünüz ki, pəncərədən siqaret əvəzinə özümü atmışam!
  • Amma, səmanın lütfü ilə böyük məyusluqların ardınca böyük sevinclər gəlir...
  • Alimin beyni ürək məsələlərini başa düşmək iqtidarında deyildi.
  • Ancaq, sən demə, sən ürəkli bir insansan! – deyə general dilləndi.

– Arabir, vaxtım olanda- deyə Fileas Foqq sakit tərzdə bildirdi.

B[redaktə]

  • Bağışlamaq heç də həmişə ədalət aktı deyildir.
  • Balıqları neçə sinfə bölmək olar?...Yeməli və yeməli olmayanlara!
  • Barıt son zamanların ixtirasıdır. Müharibə isə, çox təəssüf ki, bəşər tarixi qədər qədimdir.
  • Başqalarına kömək etməklə, özümüz üçün dəstək yaradırıq.
  • ...Benqueladakı katorqa həbsxanasında vicdanlı insanlar kimi, Amerikada da begemotlar və fillər yersizdir.
  • - Bədbəxtlik, - deyə mən ona müraciət etdim. -Yox, macəra, - o cavab verdi.
  • Bəli, fransızlar yaxşıdır; bir az vəhşi, istəsəniz, amma üzrlü sayın, çünki onlar fransızdırlar.
  • Biliyi artırmaq üçün istənilən vaxt yaxşıdır...
  • Bir adamın xəyal edə biləcəyini başqasının reallaşdırması çətin deyildir.[1]
  • Bir-birinə oxşayan iki adam arasında dostluq olmur.
  • Bir gün biz Ayı və planetləri sizin bu gün Liverpuldan Nyu-Yorka səyahət edə bildiyiniz qədər asanlıqla ziyarət edəcəyik.
  • Bir şeyə əmin deyilsənsə, hərəkət etməlisən. İki gərilmiş ipli ox-kamana malik olmaq, heç bir ipi olmayan ox-kamana malik olmaqdan daha yaxşıdır.
  • Bir vaxt gələcəkdir ki, elm xəyalı qabaqlayacaq.
  • ... bir vəkilin ədalətli bir padşah olması, padşahın ədalətli vəkil olmasından daha asandır.
  • Biz bu cür hissləri başa düşmək üçün həddindən artıq geoloq olan dayımın xəbəri olmadan nişanlandıq.
  • Bizdən yan keçən uğur son anda gələ bilər.
  • Böyük əsərlərin yaşı olmur.
  • Böyük oğrular həmişə dürüst insanlar kimi görünürlər. Bir fırıldaqçı kimi görünən şəxsin dürüst insan olmaqdan başqa çarəsi olmadığını yaxşı başa düşürsünüz; əks təqdirdə, onu dərhal həbs edəcəklər. Ona görə də ilk növbədə dürüst sifətlərə diqqət yetirmək lazımdır.
  • Böyükliyə nail olmaq üçün ümid etməyə cəsarət edin.
  • Bu dünyada həyatın filosof etdiyi adamlar bir o qədər də çox deyil.
  • - Bu nə meymundur? – mayor soruşdu.

- Bu, safqanlı avstraliyalıdır, - deyə Paqanel bildirdi.

  • Bütün böyük əməllər Allaha aiddir və Ondan da gəlir!
  • Bütün həyatım boyu bacardığım qədər yaxşılıq, zəruri hallarda isə pislik etmişəm. Düşmənlərə təhqirləri bağışlamaq, ədalətli olmaq demək deyil.
  • ...bütün insan resursları tükəndikdə, ilahi qüvvə insanlara yeni yollar göstərir.

C[redaktə]

  • Cəhalət və xəsislik zəngin təsəvvürlə pis uyğunlaşır.

Ç[redaktə]

  • Çox vaxt elə olur ki, faktlar nəzəriyyəni təkzib edir.

D[redaktə]

  • Dahinin yaşı olmur.
  • Demək lazımdır ki, əgər qayğısız amerikalılar ehtiyatlı olurlarsa, o zaman yalnız ağlı başında olmayan onlardan nümunə götürmək istəməz.
  • Dəniz əbədi hərəkət, sevgi əbədi həyatdır.
  • Dəniz yalnız fövqəltəbii və gözəl varlığın təcəssümüdür. Bu sevgi və emosiyadan başqa bir şey deyil; o, “Yaşayan Sonsuzluqdur...
  • Dəniz yer səthinin onda yeddisini əhatə edir və dəniz küləyi saf və sağlamdır. Bu geniş çöldə insan heç vaxt tək deyil; çünki o, ətrafında həyatı hiss edir; orada fövqəltəbii, ecazkar bir varlıq hərəkət edir; bu, yalnız hərəkət və sevgidir.
  • Dənizdə hər bir boş şey hadisədir.
  • - Donuzları çox sevirsən? - Donuz ətini, xüsusilə də donuzun ayaqlarını sevirəm. Donuzların dörd yox, səkkiz ayaqları olsaydı, mən onları daha da çox sevərdim.
  • Dünyada həyat dənizlə başlayıb, dənizlə də bitəcək!
  • Dünyada səbəbsiz nəticə yoxdur.Mən bütün bu izahedilməz hadisələrin səbəbini tapacağam.
  • Düşünmürəm ki, ürəyi döyünən, hərəkət etməyə qadir olan, iradəli bir insanın ümidsizliyə qapılması mümkün olsun
  • Düzənlikdə bir pələng sıx və hündür otlar arasındakı ilandan daha yaxşıdır.
  • - Düzünü desəm, mən sahibim kimi belə canlı qoçaqları yalnız madam Tüssoda görmüşəm!- deyə Paspartu bir qədər təşvişə düşmüş halda bildirdi.

E[redaktə]

  • Ehtiyac bütün müəllimlər arasında ən çox dinlənilən və ən yaxşı dərs deyəndir.
  • Elə bir vaxt gələcək elm insanın fantaziyasını üstələyəcək.[2]
  • Elə dəqiqələr olur ki, hansısa haqq-hesab çəkmək adamı maraqlandırmır, amma heç nəyə baxmayaraq, irəli getmək lazımdır.
  • Elm yaxşıdır, amma bəzən səhv gedir, amma instinkt heç vaxt səhv getmir.
  • Elmi nəzəriyyələr səhvlərlə doludur, amma onları etmək lazımdır. Çünki, sonda məhz bu səhvlər həqiqətə gətirib çıxaracaq.
  • Elmin uğurları mənəviyyətin mükəlləşməsini üstələməməlidir. İnkişaf kəskin çevirilişlərlə yox, tədricən getməlidir. Bir sözlə, hər şeyin öz vaxtı var! Məsələn, əgər mən bu gün tez gəlsəydim, insanların ziddiyyətli, mənfəət güdən maraqlarını yoluna qoya bilməzdim. Çünki, xalqalar buna hələ hazır deyillər...
  • Ey xəyal, inam səni gücləndirəndə hər şeyə qadirsən!

Ə[redaktə]

  • Ədəbli insan səhv davranışını unutmur və buna görə də vasvası olur.
  • Əgər adada həkim yoxdursa, biz niyə xəstələnməliyik?
  • Əgər biz hər dəqiqə ölə biləriksə, eyni zamanda xilas da ola bilərik. Ona görə də ən kiçik əlverişli şəraitdən istifadə etməyə hazır olmalıyıq.
  • - Əgər boğulmasaq, yaxud zədələnməsək, acından ölməsək, həmişə diri-diri yanmaq fürsətimiz olacaqdır.
  • Əgər insanların bildikləri bütün şeyləri qələmə alsanız, qalın kitablar, hələ də bilmədiklərini yazsanız, daha qalın kitablar alınar.
  • ... Əgər insanların bilikləri varsa, onlar başqalarını mənasız həyat sürmə və ya labüd ölüm gözlədiyi yerlərdə qalib gələcəklər.
  • Əgər mənim heç bir çatışmazlığım olmasa, onda mən adi bir insan olacağam!
  • Ən doğru şey hər şeyi olduğu kimi qəbul etməkdir.
  • Ən qalıcı xatirələr mərmər və qranitdə deyil, insanların qəlbindədir.
  • Ən qüsursuz qadının qüsurları var.
  • Ən pis şeylərə əvvəlcədən hazır olmaq lazımdır ki, sonra peşman olmayasan.
  • Ən pis bir nəticə gözləmək və taleyi gözlənilməzliyin və ya təsadüfün ixtiyarına buraxmaq daha ağıllıdır.
  • - Ən pis şeyləri ehtimal etmək, ehtiyatda xoş gözlənilməzlikləri saxlamaq lazımdır – deyə mühəndis bildirdi.
  • Əsl ingilis mərc kimi ciddi şeylərdə heç vaxt zarafat etmir.

F[redaktə]

  • Fanatizm tərəfindən təlqin edilmiş ehtiraslardan daha kor və daha mənasız şey yoxdur.
  • Fəaliyyətləri pislənsə də, tarix cəsarətli dəlisovları sevir.

G[redaktə]

  • Gələcək məni narahat etmir; Bəzən çətin olan indikidir.
  • Gizli şəkildə, xeyirxahlıq göstərilən şəxslərdən hər hansı bir minnətdarlıq gözləmədən comərdliklə edilən köməkdə müəyyən bir lovğalıq hissi var.
  • Gözlənilməz mövcud deyil.
  • Güclü iztirablar bizim hər birimizi poliqlot edir.

H[redaktə]

  • Haqqında heç vaxt eşitmədiyiniz şeyləri inkar etməyin.
  • Heç bir şey vaxtından əvvəl yetişməməlidir, o cümlədən tərəqqi.
  • Heç bir şeyi yarımçıq etmək lazım deyil.
  • Heç kim mehriban və sevən insanlardan yaxşı ola bilməz.
  • Heç kimi səninlə istəyin arasına girməyə qoyma!
  • Həqiqət hər kəs üçün həqiqət olaraq qalır!
  • Həqiqətən, qadın qəlbinin dərinlikləri ölçüyəgəlməzdir.
  • Hər bir şöhrətpərəstliyin bir həddi olmalıdır. Mümkün olmayan şeyə qarşı mübarizə aparmaq olmaz.
  • Hər şeyi izah etmək insan xarakterinə xas olan əlamətdir.
  • Həyatda elə anlar olur ki, vəziyyətin azacıq da olsa yaxşılaşması əvəzsiz xoşbəxtlik kimi görünür.
  • Həyatda elə dəqiqələr olur ki, hər kəs at çapmağı bacarır. Elə deyilmi?

İ[redaktə]

  • İnam şalvar kimi korlana bilər.
  • İnama söykənən fantaziyanın sərhədi olmur.
  • İngilis bankı öz müştərilərinin ləyaqətini ciddi şəkildə qoruyur. Ona görə də onun nə mühafizəsi, nə də dəmir barmaqlıqları var. Qızıl, gümüş, bank biletləri açıq şəkildə, hər yerdə “səpələnib” və necə deyərlər, hər yoldan ötənin “insafına” buraxılıb.
  • İnsan bütün həyatı boyu nə qədər əmək, nə qədər bilik sərf edir. Nə üçün? Təbiətin heç bir plan və çertyoj olmadan yarada bildiyinin zəif bir oxşarını yaratmaq üçün!..
  • İnsan elə yaradılmışdır ki, o, onun özündən də çox yaşaya biləcək möhkəm, uzunömürlü şeylər yaratmaq istəyir və bu da onun bütün başqa şeylər üzərində hökmranlığını sübut edir.
  • İnsan inkişafı həqiqətən çox yavaşdır.
  • İnsan qanunlarına qarşı çıxa bilərsiniz, ancaq təbiət qanunlarına qarşı çıxa bilməzsiniz.
  • İnsan qanunlarını rədd etmək, onlara əməl etməmək olar, amma təbiət qanunlarına qarşı çıxa bilməzsiniz!
  • İnsan qeyri-mükəmməl bir varlıqdır. Onu heç nə və heç vaxt qane etmir.
  • İnsan, maşın onu yeyənə qədər maşın icad edəcək.
  • İnsan tək deyil, cəmiyyətdə yaşamaq üçün yaradılmışdır. Təklik ümidsizlik yaradır. Bu yalnız vaxt məsələsidir. Ola bilsin ki, yenicə dənizin dalğalarından xilas olmuş bədbəxt insanı ilk anlar avadanlıqlar, həyat ehtiyaclarını ödəmək kimi fikirlər əsas fikirlərdən yayındıracaq və onun başı real həyata qarışacaq və o, qeyri-müəyyən gələcək barədə düşünməyəcək. Ancaq vaxt gələcək ki, o, özünü insanlardan uzaqda, vətənini, sevdiyi insanları görməyə heç bir ümidi olmayan tənha insan kimi hiss edəcək. Bu halda o nə cür düşünməli, hansı iztirablara məruz qalmalıdır? Onun adası onun üçün bütöv bir dünya, bütün bəşəriyyət isə onun özü olacaq... Və bu tənhalıqda dəhşətli ölüm anı gələndə o özünü dünyanın sonundakı ən axırıncı insan hiss edəcək...
  • İnsan ümidsizliyin anası olan tənhalıq üçün deyil, yoldaşlıq üçün yaradılmışdır.
  • İnsanlar ildırımsız tufandan çox qorxmurlar. Təhlükəli olan isə ildırım yox, şimşəkdir.
  • İsti yaxşıdır, xüsusən qışda, yayda o, bizim nəyimizə lazımdır?
  • İş mənim həyat funksiyamdır. İşləməyəndə içimdə heç bir həyat hiss etmirəm.

K[redaktə]

  • Keçmiş arxada qaldı, gələcək isə öz əllərimizdədir.
  • Kifayətdir! Əgər elm öz hökmünü diktə edirsə, susmaq lazımdır.
  • Kim hələ uşaqlıqdan bilirsə ki, əmək həyatın qanunudur, kim hələ gənclikdən başa düşmüşdür ki, çörək yalnız alın təri ilə qazanılır, o igidlik göstərməyə qadirdir, bunun üçün o özündə həmişə iradə və qüvvə tapa bilər.

Q[redaktə]

  • - Qatı alçaqlar... Hansı ölkədənsiniz?

- Alçaqlar ölkəsindən!

  • Qeyri-müəyyənlikdənsə acı həqiqət yaxşıdır.
  • Qismətinə edam edilmək düşənin suda boğulmaq təhlükəsi yoxdur.
  • ... qızılla zəngin ölkələr heç vaxt xoşbəxt olmamışlar. Belə ölkələr güclü və zəhmətkeş insanlar deyil, tənbəl insanlar yetişdirir.. ... firavan yaşayan, xoşbəxt olan qızıl ölkələri yox, dəmir ölkələridir.
  • Qoçaq, zəhmətkeş, çalışqan insan uğur qazanar.
  • Qoxu, çiçəyin ruhudur.

M[redaktə]

  • - Maneələr onları aradan qaldırmaq üçün mövcuddur - Ferguson ciddi bir şəkildə cavab verdi. - Təhlükələrə gəldikdə isə, ümumiyyətlə, heç kim onlardan sığortalanmayıb. Həyatda hər addımda təhlükə var. Masanın arxasında oturmaq, başınıza papaq qoymaq da təhlükəli ola bilər... Olacağa çarə yoxdur. İndiki zamanı gələcəkdə görmək lazımdır. Çünki, gələcək daha uzaqda olan indiki zamandır.
  • Məgər, gələcək, günbəgün yenilənən indiki zaman deyilmi?
  • Mən çox həssaslıqla onları iri kalibrli qurğuşuna qonaq edəcəm.
  • Mən pişiklərin yer üzünə gələn ruhlar olduğuna inanıram. Bir pişik, mən əminəm, buludda gəzə bilər.
  • Mən tam bir ümidlə, tərəddüt etmədən, heç bir seçimi olmayan insan kimi gedirdim.
  • Məni dünyaya bağlayan yeganə şey kitablardır.
  • Mənim oğlum, biləsən ki, qızıl yox, dəmir ölkəsi xoşbəxt yaşayır.
  • Müdrikliyin heç vaxt, xüsusi ilə də qocalıqda heç bir ziyanı yoxdur.
  • Mühakimə etmək üçün Allahın ixtiyarında min cür üsul var. O, ən kiçik alətdən belə istifadə edə bilər.

O[redaktə]

  • O bilirdi ki, həyatda, insanlar arasında, necə deyərlər, sürtünməyə məcbur olursan. Sürtünmə isə hərəkəti ləngitdiyindən, o hər şeydən kənarda dururdu.
  • O, gəmi xronometrindən çox da hərəkətli görünmürdü.
  • Onun mühazirələri alman fəlsəfəsinin ifadəsinə görə “subyektiv” xarakter daşıyırdı: o, başqaları üçün deyil, özü üçün oxuyurdu.

Ö[redaktə]

  • Ölüm insanı məhv etmir, yalnız onu görünməz edir!
  • Özlərini ifşa edən insanlar həmişə həqiqəti söyləyirlər.

P[redaktə]

  • Pasportlar vicdanlı insanlara mane olmaq, fırıldaqçılara kömək etmək üçün yaradılıb.

R[redaktə]

  • Rahatlıq nə qədər az olarsa, tələbat da bir o qədər az olar.Tələbat az olanda isə insan daha xoşbəxt olur.
  • Rəqəmlərlə istənilən əməliyyat etmək olar!

S[redaktə]

  • Sevincdən ölmürlər.
  • Səhv etmək insana xas olan bir əlamətdir. Yalnız ağılsız insan səhvini etiraf etməkdə inadkarlıq göstərir.
  • Sərvəti saxlamaq qazanmaqdan daha çətindir.
  • Sivilizasiya hava və ya su kimidir. Harada keçid, hətta çat tapsa, nüfuz edib ölkədəki şəraiti dəyişir.
  • Son möcüzə həmişə ən təəccüblüdür.
  • Sonsuz genişlik təsəvvürə zəngin qida verir.
  • Söhbət siyasətdən getsə belə, yumruq yumruq olaraq qalır!
  • “Spiro spero” (lat.)- “Nə qədər ki, nəfəs alıram, deməli, ümid edirəm”.
  • Sualtı səyahət üçün peşman deyiləm. Bunu məmnuniyyətlə xatırlayacağam, amma bunun üçün o sona çatmalıdır.

Ş[redaktə]

  • Şair üçün mirvari dənəsi - dənizin gözyaşı, şərq xalqları üçün daşa dönmüş şeh damcısı; qadınlar üçün sədəf rəngli qiymətli bəzək daşı, kimyaçı üçün fosfor duzlarının kalium –karbonatla birləşməsi, nəhayət, naturalist üçün yumşaq mantiya toxumasının içərisində sədəfin kürəcikli axınlarından ibarət ağrılı şişdir.
  • … şairlər, atalar sözləri kimi, yalnız bir-birini təkzib etmək üçün mövcuddur...

T[redaktə]

  • Təbiət məqsədsiz heç nə yaratmır.
  • Təbiətin yaradıcı gücü insanın dağıdıcı instinktlərini üstələyir.
  • Tək qalmaq böyük bədbəxtlikdir, dostlar; və inanmaq lazımdır ki, tənhalıq ağılı tez məhv edə bilər.

U[redaktə]

  • Uçurumdan daha cəlbedici bir şey yoxdur.
  • Uğursuzluq! Cəsarətli insanın qəlbində cavab tapmayan kədərli bir söz.
  • Uşaqlıqdan əməyin həyat qanunu olduğunu bilən, çörəyin yalnız alın təri ilə əldə edildiyini başa düşən (bəşəriyyət üçün qayda olan İncilin tövsiyyəsi) hər kəs böyük işlər üçün yaradılmışdır. Çünki lazımi gündə və lazımi saatda onun bu işləri görmək üçün iradəsi və gücü olacaqdır.
  • Uzun müddət təhlükə içində olan bir insan, sonda təhlükəni çağırmağa başlayır. Çünki qaçılmaz bir fəlakəti gözləmək, fəlakətin özündən daha pisdir.
  • Uzun sürən aclıq müvəqqəti dəlilikdir! Beyin lazımi qida olmadan işləyir və zehni ən fantastik anlayışlar doldurur. İndiyə qədər mən heç vaxt aclığın nə demək olduğunu bilmirdim. Çox güman ki, indi başa düşəcəkdim.

Ü[redaktə]

  • Ümumiyyətlə, alimlər bir-birini çox pis qəbul edirlər.
  • Ürəklə mübarizə aparan ağıl nadir hallarda qalib gəlir.

V[redaktə]

  • Vergilin “Audaces fortina juvat ...” (“Fortuna cəsarətlilərə kömək edir ...”) yarımçıq şeirindən üç sözü tez-tez sitat gətirirlər, amma sitat səhvdir. Şair deyir: “Audentes fortuna juvat ...”(“Fortuna özünə əmin olan cəsarətlilərə kömək edir ...”). Tale, sadəcə olaraq cəsarətli olmaqdan başqa, həm də özünə əmin olanın üzünə gülür. Yalnız cəsarətli olan düşünmədən hərəkət edər, özünə əmin olan isə əvvəlcə düşünür, sonra hərəkət edir. Əsas fərq məhz bundadır.
  • Vətəndə yaşayıb ölən insan necə də xoşbəxtdir!
  • Vəziyyətlərlə barışmağı bacarmaq lazımdır: əgər onlar yaxşıdırlarsa, çox gözəl, pisdirlərsə, fikir vermək lazım deyil.

Y[redaktə]

  • Yaxşı ingilis heç vaxt mərc kimi ciddi bir şeyə gəldikdə zarafat etmir.
  • Yaxşı istifadə olunan minimum tamamilə kifayətdir.
  • Yalqızlıq, insanlardan təcrid edilmə - kədərli, çox ağır taledir... Mən elə bilirdim ki, tək yaşamaq olar, amma mən indi ölürəm.
  • Yalnız təbiətə dərindən biganə olan bir insan üçün dəniz monoton görünə bilər.
  • Yaşamaq təkcə orqanizmin maddi tələbatını ödəmək deyil, əsasən öz insani ləyaqətini dərk etmək deməkdir.
  • Yeni Zellandiyalılar insanları yalnız qızardılmış və ya hisə verilmiş halda yeyirlər. Onlar tərbiyəli və böyük qurmandırlar.
  • Yerin yeni qitələrə deyil, yeni insanlara ehtiyacı var!
  • Yollar minlərlə, məqsəd isə bir !

Z[redaktə]

  • ...zərurət, həyatın bütün hallarında ən yaxşı müəllimdir.

Xarici keçidlər[redaktə]

  • Jül Vern. İyirmi min lye su altında /Tərcümə edənləri: M. Təhmasib, M.Mustafayev.- Bakı: Şərq-Qərb, 2006.- 416 s.
  • Jül Vern. Arxipelaq alovlanır /Rus dilindən tərcümə ed. və ön sözün müəll. Ə. Ağayev.- Bakı: Şərq-Qərb, 2006.- 416 s.
  • Jül Vern. Kapitan Qrantın uşaqları /Tərcümə edəni: Cabbar Məcnunbəyov; Ön sözün müəllifi: Əziz Gözəlov..- B.: Öndər , 2004.-552 s.
  • Jül Vern. Sirli ada /tərc. ed. İ. Nəfisi, Z. Adbullayev, Ə. Məmmədxanlı; ön söz. C. Nağiyev.- B.: Şərq-Qərb, 2007.- 528 s.

İstinadlar[redaktə]

  1. Ə.Əliyev. Müvəffəqiyyətə gedən yol. Bakı, 2006. səh.25
  2. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.