Menandr

Vikisitat saytından
Menandr
Doğum tarixi e.ə. 340 illər
Doğum yeri Kephisia
Vəfat tarixi e.ə. 290 illər
Vəfat yeri Freattyda
Vikipediya məqaləsi
Menandr

Menandr (bizim eradan əvvəl 343-291)- Qədim yunan dramaturqu və şairi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bəzən susmaq ən dəhşətli ittiham ola bilər.
  • Bizdən çox sevən bizdən tez də inciyir.

Ç[redaktə]

  • Çoxları dostluğun deyil, yeməyin dostudur.

D[redaktə]

  • Davaçı və davakar olmayın, belə insanlar heç vaxt dilənçilikdən çıxmazlar.
  • Dərddə olan dostdan qaçma.
  • Dostlara xidmət etmək üçün nəciblik lazımdır.
  • Dostunu tərifləyəndə özünü tərifləyirsən.
  • Düşmənçilikdə dost düşməndən heç fərqlənmir.

E[redaktə]

  • Evdə mehriban qadın qarışqa kimidir, pis qadın isə deşilmiş çəllək kimidir.
  • Evdəki yaxşı arvad qarışqa kimidir, pis arvad isə sızan çəlləyə bənzəyir.
  • Evlənmək qərarına gəldikdə, artıq evli olan bir qonşudan soruşun.

Ə[redaktə]

  • Ədalətli insanın əxlaqi keyfiyyətləri qanunları tamamilə əvəz edir.
  • Əgər evlənmək fikrindəsinizsə, o zaman ilk olaraq həyat yoldaşınız olmaq üçün seçdiyiniz qadının dilinin nə olduğunu öyrənin. Dilli arvad cəhənnəmdir.

G[redaktə]

  • Gənc olanda böyüklərə itaət et.
  • Gözəllik özündən razı olmayan hikmətdir.
  • Güc sözlərə həqiqət izi verir.
  • Gücün hökm etdiyi yerdə qanun gücsüzdür.

H[redaktə]

  • Harada güc hökm sürürsə, qanun orada gücsüzdür.
  • Heç vaxt həyat yoldaşınızı yalandan ittiham etməyin.
  • Heç vaxt keçmiş ağrıları xatırlama.
  • Hər bir adamın allahı onun vicdanıdır.
  • Hər bir evdə bir qul var - ev sahibinin özü.
  • Hər insanın Allahı onun vicdanıdır.

X[redaktə]

  • Xoşbəxt o kəsdir ki, həqiqi dostla şanslıdır.

K[redaktə]

  • Kədərsiz yaşamaq istəyirsənsə, evlənmə.

Q[redaktə]

  • Qadınların davranışlarına baxın, amma onları təqlid etməyin.
  • Qarşılıqlı sevgi uşaqlarla möhkəmlənir.
  • Qəzəbli olsan belə, dostunun sirlərini açma.

M[redaktə]

  • Məsləhət verməkdə hamımız ağıllıyıq, amma səhvlərdən qaçmağa gəldikdə, uşaqdan başqa bir şey deyilik.
  • Minnətdarlıq doğru zamanda gözəldir.

N[redaktə]

  • Nəfsinin hakimi olan dünyanın ağası olar.

P[redaktə]

  • Pis arvad əbədi kədərdir.
  • Pis ər ölümdən də pisdir. [1]

T[redaktə]

  • Təkəbbürdən daha iyrənc bir pislik yoxdur.

U[redaktə]

  • Uşağa yaradan yox, tərbiyə verən atadır. [2]

V[redaktə]

  • Vaxt - zaman bütün yaraları sağaldar.
  • Valideynlərinizə həmişə Allaha bərabər hörmət edin.

Y[redaktə]

  • Yalnız özü üçün yaşayan insan həqiqətən yaşamır.

Z[redaktə]

  • Zaman bütün yaraları sağaldır.
  • Zamanla həqiqət üzə çıxacaq.

İstinadlar[redaktə]

  1. [1] Цитаты и афоризмы.
  2. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005