Mərmər

Vikisitat saytından
Mərmər
Mərmərdən hazırlanmış əşyalar

Mərmər (yun. Μάρμαρο — "parlaq daş") — metamorfiq dağ suxuru. Yalnız kalsiumdan CaCO3 ibarətdir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bir mərmər bloku üçün heykəltəraşlıq nədirsə, ruh üçün təhsil odur. Jozef Addison

Ç[redaktə]

  • ...Çünki o, tarixin şəklini dəyişən liderdir. Amma Atatürkün həyatına dair ən böyük abidə heç vaxt daşdan və ya mərmərdən tikilə bilməz. Onun ən böyük mirası Türkiyənin canlı, dünyəvi demokratiyasıdır. Və bu Məclis bunun bu gün də davamını təmin edir. (Atatürk haqqında) Barak Obama

Ə[redaktə]

  • Ən qalıcı xatirələr mərmər və qranitdə deyil, insanların qəlbindədir. Jül Vern

F[redaktə]

  • Fil dişi, mərmər, etrüsk heykəlcikləri, şəkilləri, gümüş əşyalar... Çoxu məhrumdur bunlardan və bəzləri heç axtarmaz bunları. Horatsi

G[redaktə]

  • Gələcəyə sadiq olan və onun gözəl olması üçün həyatını qurban verən hər kəs mərmərdən yonulmuş heykələ bənzəyir.Yulius Fuçik

H[redaktə]

  • Heykəltəraş fikirlərini mərmərə çevirməyə çalışmır: o, birbaşa mərmərdə düşünür. Oskar Uayld
  • Heykəltəraş mərmər üçün hansı rolu oynayırsa, müəllim də uşağın həyatında həmin rolu oynayır. Jozef Addison
  • Hər bir mərmər parçasında hətta Praksitelin həkkak qələminə layiq başlar yerləşir. Düzəldilən heykəl artıq daxildədir. Mark Tulli Siseron

İ[redaktə]

  • İnciklikləri quma, yaxşılıqları isə mərmərə yazın.Pyer Büast

Q[redaktə]

M[redaktə]

  • Mən mərmər parçasında mələyi gördüm. Və onu azad edənə kimi daşı yondum. Mikelancelo
  • Mərmər - yaxşı daşdan; Yaxşılıq iki başdan. Türk atalar sözləri

P[redaktə]

  • Pedaqogika sənətlərin birincisi və ən ucasıdır, çünki o, mükəmməlliyi kətanda, mərmərdə deyil, insanın təbiətində ifadə etməyə çalışır. Konstantin Uşinski

R[redaktə]

Ş[redaktə]

  • Şəhərin ətraf yerlərində ağ mərmər hazırlayan böyük karxanlar var. Orada şəffaf ağ mərmər növü var. Deyilənlərə görə, şəffaf ağ mərmər yavaş-yavaş donan mineral bulaqların suyundan əmələ gəlir. Həmçinin Təbrizin lap yaxınlığında iki böyük mədən – duz və qızıl mədənləri var. Çoxdandır ki, qızıl mədəni işləmir, çünki onun verdiyi gəlir çəkilən xərci zorla ödəyir… Burada xeyli mineral sular var. Kükürdlü sular daha çoxdur. Onların arasında soyuq və qaynar olanları var. Jan Şarden

İstinadlar[redaktə]