Oğul

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Arvadın hörməti ərinə görə, oğlun izzəti atasına görə, şagirdin biliyi müəlliminə görə, ordunun gücü sərkərdəsinə görə müəyyən edilir. Kəlilə və Dimnə

B[redaktə]

  • Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib... Şeyx Ədabali
  • Bu yolda nəzərlərimizi əbədiyyətə dikib böyük yaşamalı, böyük ölməliyik. Bu yolda hərislik tikan, mənəm-mənəmlik və təkəbbür isə çəpərdir, oğul! Şeyx Ədabali

G[redaktə]

  • Gözünü əbədiyyətlərə dik, oğul! Bir də unutma ki, hər şeyin öz vaxtı var. Vaxtsız banlayan xoruzun başı kəsilər. Şeyx Ədabali
  • Güclüsən, ağıllısan. Ancaq bütün bunlardan harada, necə istifadə edəcəyini bilməsən, tez məhv olarsan. Vaxt gələr, bir yumruğunla dağları aşırarsan, vaxt da gələr, yerdəki qarışqaya məğlub olarsan. Güc heyvanda da var. Ağıl isə yalnız açardır. Bu açarla açacağın qapıları yaxşı tanı. O qapıların arxasında xəzinələr, o qapıların arxasında sirlər var. O sirlər ki, qoynunda əbədi müjdələr yatır. O sirlər ki, insanı əbədiyyətə qovuşdurur. Dünyada ikən cənnətin qapılarını aç, oğul! Şeyx Ədabali

Q[redaktə]

  • Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır, oğul! İnsanoğlu dağları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik olan yerdə iradə çəkilib gedər. İradəsiz insanın isə ruhu ölüdür. Şeyx Ədabali

O[redaktə]

  • O yerdə ki, hökmdar hökmdardır, təbəə təbəədir, ata atadır, oğul oğuldur, orda qayda qanun var, əmin-amanlıq var. Konfutsi
  • Oğlum, ağlama, müdrik ol, həyatı dərk et... “Öz Yaradanının yanına qayıt” hökmü verilib... İlk andan dönə-dönə yoğrulmuş, diqqətlə düzəldilmiş və əmanət verilmiş maddi insan libası geri alınan gün yetişib... Əcəl çatdıqda onun bir an belə geci-tezi ola bilməz... Bu gün hökm hamıdan qüdrətli və tək olan Allahın hökmüdür... Nəsirəddin Tusi
  • Oğlum, biz pul ilə adam olmadıq. Hər pulu olanı da adam yerinə qoymadıq..! Yılmaz Güney -
  • Oğlum, hamı axmaqdır - mən xaric. Homer Simpson
  • Oğul! İnsanlar var ki, gün doğanda doğulur, gün batanda ölürlər. Unutma ki, dünya güman etdiyin qədər böyük deyil. Dünyanı bizə böyük göstərən bizim kiçikliyimizdir. Şeyx Ədabali
  • Oğul, qadınlar pivə kimidir. Yaxşı qoxuları olur, yaxşı görünürlər. Bir dənə əldə edə bilmək üçün anana qarşı çıxarsan. Amma bir dənə ilə doymazsan, başqa bir qadın içmək istəyərsən. Homer Simpson

S[redaktə]

  • Səbirsiz mənzilbaşına çatmaq olmaz, oğul! Səbir qara bir tikanı udmaq, tikan içini parçalayıb keçdikcə səsini çıxarmamaqdır. İnsan ocaq kimi yanmalı və yandığını heç kimə bildirməməlidir. Şeyx Ədabali
  • Sən bizim duamızsan, oğul. Başını həmişə dik tut. Qoy əbədiyyətə qədər üzün ağ, yolun açıq olsun. Şeyx Ədabali

V[redaktə]

  • Vəzifən çətin, yükün ağırdır, oğul! Xidmətdə birinci, mükafatda sonuncu ol. Vəzifənin çətinindən qaçma. Vəzifənin çətinliyi Yaradanın qullarına lütfüdür. Şeyx Ədabali

Y[redaktə]

İstinadlar[redaktə]