Qapı

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Qapı

B[redaktə]

  • Bağlama qapını dostun üzünə. Nizami Gəncəvi
  • Bələdçisi pul olana hər qapı açıqdır. Uilyam Şekspir
  • Bərk ayaqda qorxağa qapı açmaq lazım deyil. Kürd atalar sözləri
  • Bəzi insanlar, ev itləri kimi, yamandıqları qapıdan ayrılmazlar. Fyodor Dostoyevski
  • Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılar. Ancaq biz bağlanan qapıya o qədər uzun baxarıq ki, bizim üçün açılmış olan yeni qapını görmərik. Helen Keller
  • Bir qadına gözəl olduğunu söyləməyin; ona başqa bir qadının onun kimi olamadığını söyləyin və görəcəksiniz ki, bütün qapılar sizə açılacaq. Jül Renar
  • Borc bacadan girər, sonra o qədər böyüyər ki, heç qapıdan da çıxa bilməz. Gürcü atalar sözləri

E[redaktə]

  • El qapısı həm gec, həm güc açılar. Azərbaycan atalar sözləri/E
  • Etiraf etmək lazımdır ki, bütün dünya ixtişaşlarının, bəşəriyyəti məhv edən dünya müharibələrinin və planetimizdə geniş yayılmış səfalətlərin səbəbi, əsasən, əsrlər boyu kütlələri istismar edən, öz eqoist məqsədləri üçün bəşəriyyətin əməyindən istifadə edən, maddi məqsədlər güdən eqoist qrupa aid edilə bilər. Bu kapitalistlər qrupu dünya resurslarını və sivil yaşayış üçün tələb olunan əsas elementləri küncə sıxıb istismar etmişlər; bir-birinə bağlı idarələri vasitəsi ilə dünya sərvətlərinə sahib olduqları və onlara nəzarət etdikləri və öz əllərində saxladıqları üçün bunu edə bildilər. Onlar çox zəngin və çox kasıb arasında mövcud olan böyük fərqləri mümkün etdi; onlar pulu və pulun verdiyi gücü sevirlər; onlar hökumətlərin və siyasətçilərin arxasında dayanıblar; onlar seçicilərə nəzarət ediblər; eqoist siyasətin dar millətçi məqsədlərini mümkün etdilər; onlar dünya bizneslərini maliyyələşdirdilər və neft, kömür, enerji, işıq və nəqliyyata nəzarət etdilər; onlar aşkar və ya gizli şəkildə dünya bank hesablarına nəzarət edirlər. Bu gün dünyanın hər bir ölkəsində rast gəlinən geniş yayılmış bədbəxtliyin məsuliyyəti əsasən bir-biri ilə əlaqəli olan, korporativ və ya şəxsi mənfəət üçün işləyən iş adamlarının, bankirlərin, beynəlxalq kartellərin, monopoliyaların, trestlərin və təşkilatların rəhbərlərinin, nəhəng korporasiyaların direktorlarının qapısındadır. Alisa Beyli
  • Ey insan! Qapını bədbəxtlik döyəndə, onu gülümsər üzlə qarşıla, gözləmə ki qapın ikinci dəfə döyülsün. müqavimət bədbəxtliyi bir az da qıcıqlandırar, itaət - zəiflədər. Pifaqor

Ə[redaktə]

F[redaktə]

G[redaktə]

  • Gedən sizin üçün çox qiymətli də olsa, qapını örtün ki, içəridə qalanlar üşüməsin. Paulo Koelyo

H[redaktə]

  • Heç bir ölüm əslində ölüm deyil, çünki hər ölüm yeni bir qapı açar, bir başlanğıcdır. Həyatın sonu yoxdur, yalnız yeni başlanğıclar, yenidən-doğuşlar mövcuddur. Oşo (Çandra Mohan Racniş)
  • Heç vaxt çıxdığın qapını bərk vurma, geri dönmək istəyə bilərsən. Don Herold
  • Həqiqət elm təhsil etməyi başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini nurlandırmaqdan başqa otağın da içinə daxil olub orada olan şeyləri artıq işıqlandırıb bir qeyri surətə salır. Həsən bəy Zərdabi
  • Hələ quyruğu qapı arasında qalmayıb. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
  • Hər zaman dar qapıdan daxil olun. Geniş yol və qapılar insanları şirnikləndirir və onları ucuruma aparır. Həzrəti İsa
  • Həyatda olduğunuz müddətcə, ömürü fürsət bilin. Bir müddət sonra həyat qapısı bağlanacaq, bu dünyadan ayrılacaqsınız. Gücünüz çatdığı müddətcə xeyirli işlər etməyi qənimət bilin. Tövbə qapısı açıqkən və əlinizdə bu imkan varkən bunu fürsət bilin. Tövbə edin. Dua etməyə imkanınız varkən, dua edin. Saleh kəslərlə birlikdə olmağı fürsət bilin. Əbdülqədir Geylani
  • Həyatının bir mərhələsinin nə vaxt sona çatdığını bilmək həmişə əhəmiyyətlidir. Dairələr qapanır, qapılar bağlanır, kitabların fəsilləri başa çatır. Adını nə qoyuruqsa qoyaq, fərqi yoxdur, vacib olan həyatımızda baş verənləri keçmişdə qoymaqdır. Paulo Koelyo
  • Hünər ardınca qoş, xalqa hünər saç,
    Qapılar bağlama, ər ol, qapı aç. Nizami Gəncəvi

X[redaktə]

  • Xoşbəxtlik qapısını bağladığında, bir başqası açılar, amma biz bağlanan qapıya o qədər baxırıq ki, açılmış olan yeni qapını görmürük. - Qabriel Qarsiya Markes

İ[redaktə]

  • İndi bağlı qapılar arxasında qalanlar üçün ər tapmaq bir o qədər asan iş deyil. Rəşad Nuri Güntəkin
  • İndi bir mövsüm yox, böyük bir həyat girdi aramıza. Bilirəm nə sən dönə bilərsən artıq, nə də mən qapını aça bilərəm sənə. Murathan Mungan
  • İnsan üçün xoşbəxtlik qapısını ədalət açır. Platon

Q[redaktə]

L[redaktə]

  • Lider açıq hərəkət edir, boss isə bağlı qapılar arxasında. Lider adamları arxasınca aparır, boss isə idarə edir. Teodor Ruzvelt

N[redaktə]

O[redaktə]

Ö[redaktə]

P[redaktə]

S[redaktə]

T[redaktə]

  • Tamah bir qapıdan girəndə, xoşbəxtlik o biri qapıdan çıxır. Tai atalar sözləri
  • Təbiət kitabı nağıl dünyasını xatırladır; axırıncı otağa çatanda, yenə qırx qapı açılır. Əbu Turxan
  • Təcrübələrim mənə göstərdi ki, hüquqa bağlı olmayan bir hökumət uzun müddət ayaqda qala bilməz. Belə hökumətlər çılpaq olub, özünü görən hər kəsə qarşı gözlərini yerə dikən və kimsənin yanında hörmət və etibarı olmayan birinə bənzərlər. Hətta belə bir hökumət, tavanı, qapısı, həyət divarları olmayan və hər önünə gələnin içəriyə girdiyi bir evə də bənzədilə bilər. Teymurləng

U[redaktə]

  • Uğur məbədində açıq qapılar yoxdur. Ora daxil olmaq istəyən özü üçün qapı açmalıdır. Və bu yeni qapı onun arxasınca elə möhkəm örtülür ki, hətta övladları belə zəhmət çəkmədən oraya daxil ola bilmirlər. Çarlz Marden
  • Uşaq adamı qanlı qapısına aparar. Azərbaycan atalar sözləri/U

Ü[redaktə]

  • Ümidini yıxma; Yusufu (ə.s) xatırla. Ayağın qırıldı deyə kədərlənmə. Allah sənə bəlkə qanad verəcək. Quyu dibində qaldın deyə üzülmə, bəlkə oradan belə bir qapı açılar. Yusuf (ə.s) quyudan sultan oldu. Mövlana Cəlaləddin Rumi

V[redaktə]

  • Vaxtınızı heç vaxt qapıya çevrilməyəcək divarı döyməyə sərf etməyin. Koko Şanel

Y[redaktə]

  • Yaxşılıq etməyən istəyən adam bağlı qapıları döyər; sevən adamın isə üzünə bütün qapılar açıqdır. Rabindranat Taqor
  • Yer kürəsinin ən sonuncu insanı otaqda oturmuşdu. Qapını döydülər...[1] Frederik Braun

İstinadlar[redaktə]

  1. Urxan Seyidov. Tarixinin sonu 2.0 4npress.com  (azərb.)