Rual Amundsen

Vikisitat saytından

Rual Amundsen (16 iyul 1872 - təqribən 18 iyun 1928) qütb bölgələrinin Norveç kəşfiyyatçısı idi. O, Antarktida Kəşfiyyatının Qəhrəmanlıq Dövrü kimi tanınan dövrün əsas siması idi. O, həm Şimal, həm də Cənub qütblərinə çatan ilk insan idi.

Rual Amundsen



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Alkaqol ağılla istifadə olunsa bir dərman kimidir. Həftə ərzində bir-birlərini bezdirmiş kişilər romun qoxusunu duyan kimi bir-biriləri ilə əla dost olurlar və səyahətlərinə davam edirlər.
  • Anam həyatdan köçməmiş onun iradəsinə qarşı çıxmaq istəmirdim, amma o, həyatdan köçən kimi bütün tibb kitablarımı tulladım.
  • Antarktida da məlum olduğu kimi ağ ayılar yoxdur, düşünürəm ki, pinqvinlərdən də qorxmaq lazım deyil.

B[redaktə]

  • Beşikdən qəbirə qədər heç bir eskimos həyatı boyu çimmir.
  • Bir azdan antarktida da yay olacaq. Əgər temperatur 30 dərəcədən azdırsa bunu yay saymaq olar. Ancaq gündüzlər bu zaman uzun olacaq və altı ay boyunca bir gün 22 saat davam edəcək.
  • Bir dəfə təsadüfən ingilis səyyahı Con Franklinin kitabı əlimə düşdü. Müəllif kitabda üç həftədən çox bir müddətdə qar və boranla necə mübarizə apardığını və aclıqdan dəri çəkmələrini yediyini təsvir edirdi. Dərhal məndə belə bir hiss yaşamaq üçün istək baş qaldırdı.[1]
  • Borclu olduğumuz kreditorlar yeni günə başlayan an, biz artıq açıq dənizdə bizim üçün təhlükəsiz bir məsafədə idik. Yeddi quldur bu vaxta qədər qara bayraq altında üzənlərin ən xoşbəxtləri idi.
  • Bu torpaqlar nağıl kimidi...(Antarktida üçün)

E[redaktə]

  • Ekspedisiyadan dönəndən sonra, mənə 59-dan 75-ə qədər yaş verirdilər. Ancaq, mənim 33 yaşım vardı
  • Eskimoslar arasında kişilərin sayı daha çoxdur. Çox zaman bir qadının iki əri olur. Necə də praktik bir xalqdır.

Ə[redaktə]

  • Ən soyuq qış günlərində belə pəncərəni açıq qoyub yatmaq istədiyim üçün məni az qala dəli adlandırırdılar. Anamı sakitləşdirirdim ki, mən təmiz havanı sevirəm. Əslində isə, mən öz məşqlərimin bir hissəsini həyata keçirirdim.

H[redaktə]

  • Hər şey qaydasında olanı qələbə gözləyir - şans buna deyilir. Lazımi ehtiyat tədbirlərini vaxtında görməyə laqeyd yanaşanlar üçün məğlubiyyət mütləq nəticədir - buna qəza deyilir.
  • Həyatda bütün şöhrətimi və pulumu qurban verərdim ki, Scotun həyatını xilas edim.
  • Həyatda çox olub ki, öz sağlamlığımı müəyyən məhdudiyyətlərlə sınağa çəkmişəm, ancaq bunun heç zaman pis fəsadlarını görməmişəm. Düşünürəm ki, gənclikdən uyğun gigiyena qaydalarına riayət etdikdə orqanizm çox güclü bərpaetmə funksiyasına sahib olur və özünü təbiət onu bəxş etdiyi formada saxlayır.

İ[redaktə]

  • İnsan hər bir şəraitə vərdiş edə bilər.
  • İradə gücü mahir tədqiqatçının birinci və ən vacib keyfiyyətidir. Yalnız öz iradəsini necə idarə edəcəyini bilməklə təbiətin onun yolunda qoyduğu çətinlikləri dəf etməyə ümid edə bilər. Qabaqcadan düşünmək və ehtiyatlı olmaq eyni dərəcədə vacibdir: uzaqgörənlik çətinlikləri vaxtında görməkdir və ehtiyatlılıq onları qarşılamağa hərtərəfli hazırlaşmaqdır.
  • İtsiz bizim heç bir şansımız yoxdur. Onlar xizəkləri dartacaq, bizdə onların köməyi ilə dağları və buzlaqları fəth edəcəyik. İtlər soyuqa öyrəncəklidir və onların yaşamını saxlamaq üçün az şey lazımdır.
  • İyirmi dörd dost və sədaqətli köməkçilər ölümə məhkum idi! Bu çox qəddarcasına idi amma belədə olmalıdı idi. Biz qərar gəlmişdik ki, məqsədə çatmaq üçün heç bir şeyi əsirgəməyəcəyik.

K[redaktə]

  • Kim söyləsə ki, insan antarktidada uzun müddət yaşayandan sonra soyuğa dözümlü olur onlar böyük səhv edir.

Q[redaktə]

  • Qabiliyyət o kəslərindir ki, onlarda hər şey ciddi nəzarət altındadır. Nəyə görəsə, insanlar buna uğur deyir.

M[redaktə]

  • Macəra deyilən şey, bir şeyi pis planlamaqdan başqa bir şey deyil.
  • Məğlubiyyət isə o kəslərindir ki, onlar zamanında ehtiyat tədbirləri görməyiblər. Buna da insanlar uğursuzluq adı verib.
  • Mən heç vaxt yorucu görünməyən yalnız bir əyləncə bilirəm, o da oxumaqdır.
  • Məni az qala dəli hesab edirdilər, çünki qışda soyuqda belə pəncərələri açıq yatmaq istəyirdim. Anamı əmin etdim ki, mən təmiz havanı sevirəm. Əslində, etdiyim məşqlərin bir hissəsini mən etdim.
  • Mənim çox güclü yumor hissim var və düşünürəm ki, bu səyyah üçün çox mühümdür. Saysız hesabsız təhlükələr, maneələr və narahatsızlıqlar o dəqiqə yumorun köməyi ilə öz gücünü itirirlər.

O[redaktə]

  • O qütblər necə əsrarəngizdir. Oralarda mən böyük bir missiyanı həyata keçirərkən ölmək istərdim, amma bu dərhal və ağrısız olsun.
  • On dörd yaşım olanda atamı itirdim. O gündən sonra, anamım arzularını gercəkləşdirmək üçün həyatımı tibbə həsr etməyi qərarə aldım.

P[redaktə]

  • Planetimizdə hələ də bizə məlum olmayan şeylər insanların əksəriyyətinin şüuruna bir növ təzyiq göstərir. Bu naməlum şey insanın hələ fəth etmədiyi bir şeydir, gücsüzlüyümüzün daimi sübutu, təbiət üzərində hökmranlıq üçün xoşagəlməz bir çağırışdır.

S[redaktə]

  • Sərgüzəşt – sadəcə pis planlaşdırmadır
  • Sənə vurulmuş qadının inkişafdan qalma hüququ var, ən azı iki il.

Ş[redaktə]

  • Şimal xalqları arasında azad sevgi münasibətləri çox adidir. Bu, ola bilsin ki, soyuq hava şəraitində həyat uğrunda mübarizə aparmağın zəif inkişaf etmiş mənəviyyatı inkişaf etdirməkdən daha vacib olmasındandır.

İstinadlar[redaktə]

Wikipedia logo
Wikipedia logo
Rual Amundsen haqqında Vikipediyada məqalə var.
  1. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014