Uşaqlıq

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


D[redaktə]

  • Din - yaşadığımız duyğular dünyasının bəzi bioloji və psixoloji ehtiyaclarımıza görə daxilimizdə yaratdığımız arzular aləmi vasitəsilə nəzarət altına alınması yolunda göstərilən cəhddir. Ancaq din son məqsədinə heç vaxt çatmır. Dini təlimlərdə yarandıqları dövrlərə, insan irqinin hələ tamamilə cahil olduğu uşaqlıq günlərinə aid izlər vardır. Onun verdiyi təskinlik və təsəllilərə qəti surətdə inanmaq lazım deyil. Təcrübələrimiz bizə dünyanın uşaq bağçası olmadığını öyrədir. Dinin söykənməyə çalışdığı əxlaqi buyruqlar dindən başqa dayaqların mövcudluğunu zəruri edir. Çünki insan cəmiyyətləri bəzi əxlaq qaydaları olmadan yaşaya bilmir; itaətkarlığı dini inanc və əxlaq qaydaları ilə əlaqələndirmək təhlükəlidir. İnsanın təkamül prosesində dinin yerini müəyyənləşdirməyə çalışan şəxs görəcəkdir ki, din o qədər də qədim tarixə malik deyildir və bu tarix sivilizasiyaya yiyələnmiş fərdin uşaqlıqdan yetkinliyə keçid prosesində məruz qaldığı nevrozlara paraleldir. Ziqmund Freyd
  • Düşünürəm də bir az, böyüyərək uşaqlıq etmişik. Turqut Uyar

Ə[redaktə]

  • Əfqanıstanda uşaq var, uşaqlıq yoxdur. Xalid Hüseyni
  • Əgər allahlardan biri mənə indiki yaşımdan uşaqlıq yaşıma qayıtmağa və beşikdə ağlamağıma imkan versəydi, mən əlbəttə ki, imtina edərdim və istəməzdim ki, məni bütün yarış məsafəsini qaçıb başa vurandan sonra əvvələ qaytarsınlar. Biz kimvrilərlə (kimvrilər- qədim alman tayfası) ilə müharibəni rəqiblərdən kiminsə əmr edəcəyinə görə yox, onlardan kimin mövcud olacağına görə etdik. Mark Tulli Siseron
  • Əgər biz gələcəyi keçmişi dərk etdiyimiz kimi dərk edə bilsək, o zaman ölüm günü bizə keçmiş qədər, məsələn uşaqlıq dövrü qədər yaxın olardı.Artur Şopenhauer

H[redaktə]

  • Hələ erkən uşaqlıq yaşlarımda özümü hər kəs kimi hesab etməmək kimi bir vərdişə sahib oldum. Sonralar məlum oldu ki, bu qızıl bir qayda imiş! Salvador Dali
  • Həyatda hər insanın hörmət etdiyi iki keçid var: uşaqlıq və əzab. Anri de Monterlan

X[redaktə]

  • Xarakterin formalaşması uşaqlıq illərindən başlayır və insanın öldüyü ana qədər davam edir. Eleanora Ruzvelt

İ[redaktə]

  • İlk uşaqlıq hissləri- həzz və iztirablardır. Məhz onların sayəsində ruhda ilk olaraq fəzilət və qüsur yaranır. Platon
  • İmkan verin ki, uşaqlıq elə uşaqlıqda da yetkinləşsin. Jan Jak Russo
  • İnsan ruhunun sirri uşaqlıq dövrünün ruhi dramlarında cəmləşir. Bu dramları araşdırsanız, şəfa tapacaqsınız.[1] Ziqmund Freyd

Q[redaktə]

  • Qadın uşaqları kişidən daha yaxş başa düşür, amma kişilərdə uşaqlıq hissi qadınlardan daha çoxdur. Fridrix Nitsşe

N[redaktə]

  • Niyə tanış şeylər haqqında düşünmək bu qədər rahatdır? Çünki o, təhlükəsizlik illüziyası yaradır. Amma insanlar pisi düşünməyə, pisi gözləməyə, pisə hazırlaşmağa öyrəşirlər. Yaradıcı olmaq, həyatı necə yaxşılaşdırmaq barədə düşünmək əvəzinə, keçmişlərinin əbədi həbsxanasına düşürlər. İnsanların çoxu nə düşünür? Keçmiş sevgi, yerinə yetirilməmiş arzular, itirilmiş imkanlar və ya maliyyə problemləri haqqında. Digərləri xoşbəxt uşaqlıq arzulayırlar - baxmayaraq ki, bütün dürüstlüklə, kimin buludsuzluğu var idi? İnsanlar heç bir mənası olmayan şeylərə nə qədər diqqət yetirirlər? Məsələn, tərəvəz dükanında satıcı qadının və ya iş yoldaşının yan baxması haqqında. İnsan bu cür düşüncələrə öz içinə yol verirsə, adı təşviş olan zəhərin dağıdıcı təsirinə məruz qalır. İnsanlar özləri böyük gücdən imtina edirlər, onların təbiətinə xasdır. Doğuşdan hamımız möcüzə işçiləriyik, sadəcə özünüzə möcüzələr yaratmağa icazə verməlisiniz. Nə qədər ki, insan adi düşüncələrin əsiridir, xoşbəxtliyin sirrinin şüurun idarə olunmasında olduğunu heç vaxt anlaya bilməyəcək. Robin Şarma

S[redaktə]

  • Sadəlövhlük və sadəlik uşaqlıq əlamətidir. Onore de Balzak
  • ... Siz öz illüziyalara dair baxışınızı mənimkilərlə qarışdırmayın. Siz dini illüziyaları var gücünüzlə müdafiə etməlisiniz. Əgər bu səhv fikirlərinizdən zərrə qədər şübhələnsəniz - bu, çox yüksək ehtimaldır - onda bütün həyatınız alt-üst olar. Bu zaman ümidsizliyə qapılmaqdan başqa çarəniz qalmaz. Sivilizasiyadan, bəşərin gələcəyindən, bir sözlə, hər şeydən ümidinizi üzərsiniz. Mənsə sizin kimi məhbus deyiləm. Mən və mənimkimilər azaddır. Çünki biz uşaqlıq arzularımızın çox önəmli bir hissəsindən imtina etməyə hər an hazırıq. Məhz buna görə də bəslədiyimiz ümidlərin illüziyaya çevrilməsinə asanlıqla dözürük. Ziqmund Freyd

Ş[redaktə]

  • Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm... mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu "oxumuşam, unutmamışam" sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam. Heydər Əliyev

U[redaktə]

  • Uşaqlıq çağları üçün yararlı və hər cür yaş üçün son dərəcə əhəmiyyətli yalnız bir əxlaq dərsi var: “Heç kimə pislik etməmək”. Jan Jak Russo
  • Uşaqlıq - labüd olan qorxudan ağlamaqdır. Uilyam Şekspir
  • Uşaqlıq məntiqin yuxuda olmasıdır.Jan Jak Russo
  • Uşaqlıq ömrün baharıdır. Azərbaycan atalar sözləri/U
  • Uşaqlıqda yalan deyənə böyüyəndə inanmazlar. Azərbaycan atalar sözləri/U
  • Uşaqlığı sevin; onun oyunlarını, əyləncələrini, sevimli instinktini mükafatlandırın. Dodaqlarınızda həmişə gülüş, ruhunuzda sakitlik olduğu bu çağlar barədə bəzən təəssüflənməmisiniz? Jan Jak Russo

İstinadlar[redaktə]

  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015