Yol

Vikisitat saytından
Dağ yolu



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıl gözəlliyi ona deyilir ki, istər mübahisə, istər tədqiqat, istərsə kəşfdə həqiqət necədirsə, həmin hədd və həmin kəmiyyətdə qorunub saxlanılsın, nə daxili ehtimala, nə də xarici təsirə yol verilməsin. Nəsirəddin Tusi
  • Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol - təcrübədir. Konfutsi
  • Ağla əvvəlcə fikir, sonra isə sözlər gəlir və hər bir sözün öz yerindən səslənməsi üçün ağıl onları ağlasığmaz bir tezliklə öz yerlərinə çatdırır. Bu cür düzülüş müxtəlif yollarla edilir. Buna baxmayaraq, başlanğıc, orta, bütün sözlər həmişə sonluğa bərabər olmalıdır. (ritmin tələblərini nəzərə almayan nitq haqqında). Bu, ağıl üçün kifayətdir, eşitmə üçün isə yox. Mark Tulli Siseron
  • Atalar sözü dedi - yol göstərdi, məsəl dedi - urəyini toxdatdı. Başqırd atalar sözləri
  • Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib. Aristotel
  • Avropa xalqları ailəsini bəşəriyyətin sabit bir hissəsi əvəzinə təkmilləşən nə etdi? Onlarda, mövcud olduqda səbəb kimi deyil, nəticə olaraq mövcud olan heç bir üstün mükəmməllik yoxdur; lakin onların əlamətdar xarakter və mədəniyyət müxtəlifliyi. Fərdlər, siniflər, millətlər bir-birindən son dərəcə fərqli idilər: onlar hər biri dəyərli bir şeyə aparan çox müxtəlif yollar açdılar; və hər dövrdə müxtəlif yollarda səyahət edənlər bir-birlərinə qarşı dözümsüzlük göstərsələr də və qalanların hamısı öz yolu ilə getməyə məcbur edilsəydi, bunu əla bir şey hesab edərdilər, lakin onların bir-birinin inkişafına mane olmaq cəhdləri nadir hallarda baş verirdi. Hər hansı bir daimi uğur və hər biri digərlərinin təklif etdiyi yaxşılığı almaq üçün vaxt keçdikcə dözdü. Avropa mənim fikrimcə mütərəqqi və çoxşaxəli inkişafı üçün bu yolların çoxluğuna tamamilə borcludur. Lakin o, artıq bu faydanı xeyli az dərəcədə əldə etməyə başlayır. O, qətiyyətlə bütün insanları eyniləşdirmək kimi Çin idealına doğru irəliləyir. Con Stüart Mill
  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel

B[redaktə]

  • Bacar axmaqla yola get, ağıllı özü səninlə yola gedər. Adıgey atalar sözləri
  • Biliyə doğru aparan yeganə yol fəaliyyətdir. Corc Bernard Şou
  • Biliyə üç yol aparır: ən asanı – təqlid, ən çətini – təcrübə, ən şərəflisi – düşüncədir. Konfutsi
  • Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda [[sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
  • Bir işi görmək istərkən əvvəlcədən düşünüb-daşınmaq, götür-qoy etmək Allahın məsləhətidir, tələm-tələsikliyə yol vermək şeytan fitnəsidir. Məhəmməd peyğəmbər
  • Bir kəndə min yol gedər. Teluqu atalar sözləri
  • Biz seçdiyimiz həyat yoluna ayaq basdığımız andan etibarən bütün digər yollar yox olur. Paulo Koelyo
  • Böyük tullanmağı reallaşdırmaq istəyən, bir neçə addım geriyə getmək məcburiyyətindədir. Bu gün sabaha dünənlə bəslənərək yol alır. Bertolt Brext
  • Böyüklük təpələrinə gedən yollar enişli, çıxışlıdır. Seneka
  • Bu dünyada şərəfli yaşamağın ən yaxşı yolu göründüyün kimi olmaqdır. Sokrat
  • Bütün hallarda rəzilətlərdən, onunla məşğul olanlardan qaçmaq lazımdır, kiçik səhvlərə göz yummamalı, onların təkrarına qətiyyən yol verməməlidir, çünki belə kiçik qəbahətlər yavaş-yavaş böyük cinayətlərə səbəb olar. Nəsirəddin Tusi

C[redaktə]

  • Cəhənnəmə gedən yollar yaxşı niyyət daşlarıyla döşənmişdir. Karl Marks

D[redaktə]

  • Dinclik ona deyilir ki, Allahın sirri, ruhların mahiyyəti haqqında müxtəlif rəylər çarpışıb, zidd fikirlər mübarizə edən vaxt nəfs dinc otura, şirin dil töküb, gah o tərəf, gah bu tərəfə meyl etməyə (tərəddüdə yol verməyə). Nəsirəddin Tusi
  • Dostunuza tez-tez ziyarətə gedin, çünki üstündə gedilməyən yollar tikan və kollarla bağlıdır. Hind atalar sözləri

Ə[redaktə]

G[redaktə]

  • Gedəcək heç bir yol yoxdur. Hər şey bu andadır. Bütün varlıq bu anda toplanıb. Bu anın içinə sığışıb. Bütün varlıq yaşadığın anda axmaqdadır. Oşo

H[redaktə]

  • Hakimdə dörd zəruri keyfiyyət olmalıdır: o, səbr və nəzakətlə dinləməli, ağılla cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır. Sokrat

X[redaktə]

  • Xəncəri iki yol sıyırma, bir sözü iki yol buyurma. Adıgey atalar sözləri
  • Xoşbəxt olmağın yolunu, qarşıdakını xoşbəxt etmək sanırdıq. Yanıldıq! Çünki nə qədər xoşbəxt etdiksə, o qədər tək qaldıq. Camal Sürəya

İ[redaktə]

  • İdeal - yol göstərən mayakdır. Lev Tolstoy
  • İnsanın şərəfiylə yaşaya bilməsi üçün ən qısa və ən əmin yol, olduğu kimi görünməkdir. Sokrat
  • İnsanlar həyatda qane olmaq və xoşbəxtlik üçün fərqli yollar seçirlər. Onların sizinlə eyni yolda olmamaları, yollarının səhv olduqları mənasına gəlmir. Tenzin Gyatso
  • İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
  • İşdə, yolda tanımadığını nə danla, nə də təriflə. Adıgey atalar sözləri

Q[redaktə]

  • Qoçaqlıq ona deyilir ki, nəfs öz möhkəmliyi üzərində hakim olsun, qorxu vaxtı səbir və təmkinini mühafizə etsin, nizam-intizamsız hərəkətlərə yol verməsin. Nəsirəddin Tusi
  • Qorxaq gündə yüz yol ölər, igid ömürdə bir yol. Azərbaycan atalar sözləri/Q

M[redaktə]

  • Müsəlmanı söymək, təhqir etmək, ən pis günaha yol vermək deməkdir, onunla savaşmaqsa, əslində kafirlikdir. Məhəmməd peyğəmbər

R[redaktə]

  • Riyaziyyatda həqiqətə nail olmaq üçün əsas yollar induksiya və oxşarlıqdır. Laplas

T[redaktə]

  • Tarix-oxuyana öz gözünün görmə dərəcəsinə görə yol göstərən bir rəhbərdir. Jan Jak Russo
  • Təvazökarlıq yolunu tutanın qarşısında bütün yollar açılar. Höte

Ü[redaktə]

Y[redaktə]

  • Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil. Konfutsi
  • Yalanı necə istəsən dolandır, doğrunun yolu birdir. Rus atalar sözləri
  • Yanılmaya min yol aparır, həqiqətin yolu isə birdir. Jan Jak Russo
  • Yavaş getdi - mənzilə yetdi, tələsdi-təzdi - yolunu azdı. Başqırd atalar sözləri
  • Yazıçı ictimai xadimdir və əgər o, səhv edərsə, insanları yanlış yola sövq edər. [1]
  • Yerişini bilməyən yolu korlar, danışığını bilməyən sözü. Başqırd atalar sözləri
  • Yoldan uzaqda geniş əkin sahəsi açılırdı. Məni ondan tikanlı iki məftildən ibarət çəpər ayırırdı, gördüm ki, bu çəpər məndən bir mil ətrafda külək üçün yeganə maneə olan üç-dörd ağac aralıdadır. Çəpərin uzunluğu boyu, xüsusilə, altdakı məftilə hər cür uçuşan zir-zibil ilişib qalmışdı. Onlar dalğaların dəniz kənarına atdığı qırıntılara oxşayırdı; görünür, külək bütün bunları yoluna bu ağaclar və iki məftil çıxana kimi uzun müddət qovmuşdu. Yuxarıda, ağacların budaqlarında da plastik lentlər və qovluq parçaları külək istiqamətində şappıldayırdı. Birinci və axırıncı dəfə onda, orda dayanıb bütün bu ətrafdakı zibilə baxıb, boş zəmilərin üstündən keçən küləyi hiss edib, bir az xəyala daldım. Çünki hər halda bura Norfolkdur və Tommini itirdiyim vaxtdan iki həftə keçirdi. Zibil, budaqlarda şappıldayan qovluqlar, tikanlı məftildə ilişib qalmış, ağla gələn “sahil xətti” haqda düşündüm və gözlərimi yumub buranın uşaqlıqdan bəri itirdiyim hər şeyin atıldığı yer kimi təsəvvürümə gətirdim və indi məhz lazım olan yerdə durmuşam, səbrlə gözləsəm, onda əkin sahəsinin üfüqündə balaca bir fiqur əmələ gələcək, Tommi olana kimi tədricən böyüməyə başlayacaq, onda o mənə əl eləyəcək, bəlkə nəsə qışqıracaq da. Təxəyyülüm bundan o yana getmədi. Çünki ona icazə vermədim, baxmayaraq ki, yanağımdan yaşlar axırdı, hönkürmürdüm, özümü idarə edə bilirdim. Sadəcə bir az daha dayandım, sonra maşına tərəf döndüm, sükan arxasına keçdim ki, olmalı olduğum yerə gedim. İşiquro Kazuo
  • Yollar görünməz qayalarla doluymuş. Onlara dəyməmək lazım imiş. Reşat Nuri Güntekin
  • Yolların ən mübarəki insanı özünə çatdıran yoldur. Əbu Turxan
  • Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır. Əbu Turxan
  • Yolu keçdiyin kimi sev məni; əvvəl mənə, sonra mənə, sonra yenə mənə bax. Camal Sürəya
  • Yolun ortasına düşmüş bir daşı götürüb kənara atan, yolu sahmana salan adam savab qazanır. Məhəmməd peyğəmbər

İstinadlar[redaktə]

  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005

Xarici keçidlər[redaktə]

Wikipedia logo
Wikipedia logo
Yol haqqında Vikipediyada məqalə var.