Ömər ibn əl-Xəttab

Vikisitat saytından

Əbu Xafs Ömər ibn əl-Xəttab əl Ədavi və ya I Ömər (ərəb. أبو حفص عمر بن الخطاب العدوي القرشي‎‎;) – I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi və Əmir əl-möminin.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Allaha qarşı təvazökar bir həssaslıq sevgi və ürpərdi duyğuları daşımadıqca xilas olmanın faydası olmaz.
  • Allahdan qorxandan başqa kimsəyə güvənmə.

B[redaktə]

  • Borcunu azaltsan - azad yaşayarsan, əgər günahlarını azaldarsansa - rahat ölərsən.

C[redaktə]

  • Cömərdlik olmadıqca zənginliyin faydası olmaz.

Ç[redaktə]

  • Çox danışanın səhvi də çox olar. Səhvi çox olanın həyası azalar.
  • Həyası az olanın utanması az olar. Utanması az olanın da ürəyi ölər.
  • Çox gülənin heybəti və həyası azalar.

E[redaktə]

  • Elmin olmadıqca ərdəmin faydası olmaz.

Ə[redaktə]

  • Ədalət olmadıqca rəhbərliyin faydası olmaz.
  • Ədəb olmadıqca zadəganlığın faydası olmaz.

G[redaktə]

  • Günah və harama düşmək narahatlığıyla şübhəli şeylərdən uzaq dayanmadıqca ağılın faydası olmaz.
  • Güvən olmadıqca sevincin faydası olmaz.

İ[redaktə]

  • İnsanların ən cahili, axirətini başqasının dünyası üçün satandır.
  • İnsanların ən pisi - Axirətini dünyası üçün satandır, daha da pisi isə Axirətini başqalarının dünyası üçün satandır.
  • İnandığınız kimi yaşamazsanız, yaşadığnız kimi inanmağa başlayarsınız.

P[redaktə]

  • Pis işlərimizin ən güclü şahidi vicdanımızdır.

Q[redaktə]

  • Qənaət olmadıqca kasıblığın faydası olmaz.

S[redaktə]

  • Sirrini saxlasan, sən ona hakim olarsan, saxlamasan, o sənə hakim olar.

T[redaktə]

  • Təvazökarlıq olmadıqca yüksəlmənin faydası olmaz.

U[redaktə]

  • Uca Allah Qurana uyan millətləri yüksəldir. Uymayanları alçaldır.

Xarici keçidlər[redaktə]