Özbək atalar sözləri

Vikisitat saytından
Wikipedia logo
Wikipedia logo
Özbəklər haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Adam - adam ilə, yer - su ilə.
  • Axmaq baş çiy balqabaq kimidir.
  • Axmağa cavab susmaqdır.
  • Axmağa söz sərf etmə, daşa mismar vurma.
  • Axmağın böyüyü-kiçiyi yoxdur.
  • Ağıllı adam atını, axmaq arvadını tərifləyər.
  • Ağıllı düşmən axmaq dostdan yaxşıdır.
  • Ağıllı insan eyni daşın üstündə iki dəfə büdrəməz.
  • Ağıllı iş - qanadlı quş.
  • Ağıllı özünü günahkar bilər, ağılsız - dostunu.
  • Ağılsız kişi ziyafəti, axmaq qadın evi biabır edər.
  • Ağlı qısa olanın dili uzun olar.
  • Ağlına ağıl qoş, cəhdinə - səbir.
  • Anayla bala - gün ilə lalə.
  • Arxı su korlar, adamı - söz.
  • Arının zəhrin çəkməyən, balın qədrini bilməz.
  • Arpa-buğda bir gününə yarar, sadiq dost - ölüncə.
  • Arvadsız həyat darıxdırıcıdır, uşaqsız həyat həsrətdir.
  • Aşın dadı duz ilə, adamın tamı söz ilə.
  • At pisdir - arzular gedər, uşaqlar pisdir - güc gedər, arvad pisdir - qonaq gedər.
  • Atam balası olma, adam balası ol.
  • Atalar sözü - ağlın gözü.
  • Atdan qorxan yerə baxar, quşdan qorxan - göyə.
  • Avqustun hər dəmi, kəndçinin həmdəmi.

B[redaktə]

  • Bağa bülbül, adama ağıl yaraşar.
  • Bala əziz, ədəbi ondan əziz.
  • Balığın diriliyi su ilədir, adamın diriliyi - adam ilə.
  • Başına qılınc da çalsalar, doğru danış.
  • Başqasına ölüm diləməzdən əvvəl özünüzə həyat arzulayın.
  • Bazardan qalsan - hər gün qalarsan, əkindən qalsan - bir il.
  • Bəlaya düşmək istəmirsənsə, huşyar ol.
  • Bilən - bildiyin işlər, bilməyən barmağın dişlər.
  • Bilən - tapıb deyər, bilməyən - qapıb deyər.
  • Biləyi güclü birini yıxar, biliyi güclü minini.
  • Bir adam körpü qurar, min adam keçər.
  • Bir axmaq üçün Məkkə uzaqda deyil.
  • Bir edən - mədəd, iki edən - adət.
  • Bir görən tanış, iki görən - biliş.
  • Bir igidə yetmiş hünər də azdır.
  • Bir il tut əkən ər, yüz il ipək "dərər".
  • Birləşən - düzülər, birləşməyən - üzülər.
  • Birləşən güc yenilməz.
  • Böyük araba haradan keçsə, kiçik araba da oradan keçəcək.
  • Böyük başın böyük qayğıları var.
  • Bülbül gülşəni sevər, insan vətəni.

C[redaktə]

  • Canını düşməninə versən də, sirrini vermə.
  • Cavan gəlsə – işə gələr, qoca gəlsə – aşa gələr.
  • Cavanlıqda öyrənilən - daş yazısı, qocalıqda öyrənilən - qum yazısı.
  • Cəsur meydanda sınayacaq.

Ç[redaktə]

  • Çiçək tikansız, ət sümüksüz olmaz.
  • Çox bilən az danışar.

D[redaktə]

  • Dağ başı dumansız olmaz, igid başı - qovğasız.
  • Dağ başında qar olar, ər kişidə ar olar.
  • Dağın ucalığı daş ilə, adamın ucalığı baş ilə.
  • Daşdan da od çıxar.
  • Davalı evdə xeyir-bərəkət yoxdur.
  • Deyə bildiyini de, deyə bilməyəcəyini demə.
  • Dəstərxana göz tikəndən dost olmaz.
  • Dəvə quraqlıqda gedər, amma bir də onu bataqlıqda gör.
  • Dil kiçik də olsa, dünyanı bəzəyib - düzədi.
  • Dindən də çıxsan, eldən çıxma.
  • Diz üstə yaşamaqdansa ayaq üstə ölmək yaxşıdır.
  • Doğru dil - daş yarar, əyri dil - baş yarar.
  • Doğru sözün toxmağı var.
  • Dost başını, düşmən ayağını göstərir.
  • Dost min də olsa, azdır; düşmən bir də olsa - çox.
  • Dostsuz başım, duzsuz aşım.
  • Dostu ağladan, düşməni də güldürər.
  • Dostun üçün zəhər ud.
  • Dostundan ayrılan yeddi il ağlar, vətənindən ayrılan bütün ömrü boyu.
  • Dostunu pisləyəndən qaç.
  • Dövlət - başdadır.
  • Düşmənə canını ver, sirrini vermə.
  • Düşmənin böyüyü-kiçiyi olmaz.
  • Düşmənin güləni - sirrini biləni.
  • Düz danışıqdan əvvəlcə zərər də görsən, axırı fayda taparsan

E[redaktə]

  • El - elə qoşulsa - dövlət, eldən el getsə - möhnət.
  • Elə qoşulanın - könlü tox, eldən ayrılanın - baxtı yox.
  • Elm ilə hikmət suyu yandırar.
  • Elm - qüvvətdə yox, qüvvət - elmdədir.
  • Elmsiz bir yaşar, elmli - min.
  • Eşidəndən - görən yaxşı, özü görüb-bilən yaxşı
  • Evin dar olsa da, ürəyin gen olsun.
  • Eybini gizləmək nadan işidir.

Ə[redaktə]

  • Əgər tənbəl adama bir şey əmr etsəniz, o, atanızdan daha çox nəsihət edər.
  • Ər-arvad müharibəsi cuna yaylığın qurumasıdır.
  • Ər igid el qəmində.
  • Əyilmiş başı qılıncla kəsmək olmaz.
  • Əyri adamın kölgəsi də əyri olar.

F[redaktə]

  • Faydasız sözü aytma, faydasız sözdən qayıtma. (Aytma - demə)

G[redaktə]

  • Gec tövbə etməyin heç bir faydası yoxdur.
  • Gəlmək - ixtiyar ilə, getmək - işazə ilə.
  • Gərəkli daş ağır olmaz.
  • Girdiyiniz qapını çırpmayın.
  • Göyə tüpürsən, tüpürcək sənin üzünə düşəcək.
  • Gözə nur, torpağa su gərək.
  • Gözün ağrıyır - əlini saxla, qarnın ağrıyır - ağzını.
  • Güc birlikdir.
  • Gül bitəndə yerin, qız böyüyəndə millətin gözüdür.
  • Günəş havanı isidər, dostluq - qəlbi.
  • Günün yamanı gedər, adamın yamanı getməz.

H[redaktə]

  • Haqq söz- açıq söz.
  • Halal iş - Ləzzətli yemiş.
  • Həqiqət əyilir, amma qırılmaz.
  • Hər çiçəyin qoxusu fərqlidir.
  • Hər kəs əkdiyini biçər.
  • Hərəkət, hərəkətdə - bərəkət.
  • Həyət alma, qonşu al.
  • Hünər - ürəyin hüsnüdür.
  • Hünər - zər, hünərsiz - xar.
  • Hünəri yox kişinin, məzəsi yox işinin.
  • Hünərli ər xar olmaz.

X[redaktə]

  • Xalça satsan, qonşuna sat, bir qıraqda oturarsan.
  • Xəstəliyini gizlətsən, o da istəyini ortaya çıxaracaq.

İ[redaktə]

  • İgid - sözündən dönməz, aslan - izindən.
  • İgiddən yaxşı iş qalar, arifdən - yaxşı söz.
  • İki bıçaq bir qına sığmaz, iki sevgi - bir könülə.
  • İki yarım bir bütövdür.
  • İlan qovalasa yola, dəvə qovalasa yoxuşa qaç.
  • İnsan könlü güldən zərif, daşdan bərkdir.
  • İş iştaha açar, tənbəl işdən qaçar.
  • İş olan yerdə xəta var.
  • İş səni yenməsin, sən işi yen.
  • İşgörməzə iş buyursan, atandan artıq nəsihət eylər.
  • İşi qovlasan iş çıxar.
  • İşinizi sevin və o da sizi sevəcək.
  • İtən bıçağın sapı qızıl.

J[redaktə]

K[redaktə]

  • Kasıb taxıl tapmaz, taxıl tapsa qab tapmaz.
  • Kiməsə çuxur qazsan, düşərsən.
  • Kor toyuğa hər şey darıdır.
  • Könlü açığın - əli açıq.
  • Könül könüldən su içər.

Q[redaktə]

  • Qabil oğul ata mindirər, naqabil - atdan endirər.
  • Qeyrət dəmir zənciri üzər.
  • Qəlbə - qarımaq yoxdur, sevgiyə - ölüm.
  • Qəsd qılan - pəst olar. (Pəst - aşağı).
  • Qəzəb gələndə ağıl yox olur.
  • Qızıl odda bilinər, adam zəhmətdə.
  • Qızıl yerdə qalmaz, yaxşılıq yolda.
  • Qonaq atadan hörmətlidir.
  • Qonaq gəlir qapıdan, ruzi dəlikdən gəlir.
  • Qorxağın arvadı olmaqdansa, igidin dul arvadı olmaq yaxşıdır.
  • Qorxağın gözü yekə, axmaqın - sözü.
  • Qorxan - qoşa görər.
  • Qurd qurdu qoruyar.
  • Quş balası da özünə yuva qurur.

L[redaktə]

M[redaktə]

  • Məkanımız dar da olsa, ağlımız geniş olsun.
  • Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.

N[redaktə]

  • Nə əkərsən, onu biçərsən.

O[redaktə]

  • Od - köydürər, yer doydurar. (Köydürmək - yandırmaq)
  • Oda düşən kül olar, Yerə düşən gül olar.
  • Oğurluq aşın bədənə xeyri olmaz.

Ö[redaktə]

  • Ölü aslandansa diri siçan yaxşıdır.
  • Öyünən qız ziyafətdə rüsvay olacaq.
  • Özünü ər bilsən, özgəni şir bil.

P[redaktə]

  • Paxılın aşı bişməz, bişsə də ocaqdan düşməz.
  • Paxılın bağı göyərməz.
  • Pələng balasını tutmaq üçün pələng yuvasına girmək lazımdır.
  • Pul tapınca - hesab tap.

R[redaktə]

S[redaktə]

  • Səfir üçün ölüm yoxdur.
  • Səhhət diləsən - çox yemə, izzət diləsən - çox demə.
  • Sənətkar ac qalmaz.
  • Sərçədən qorxan darı əkməz.
  • Sirr saxlayana bəla yox, sirr saxlamayana - dəva yox.
  • Sirr ucunu söz açar.
  • Sözünü bilib danışsan, dilinin dürrü tökülməz.
  • Su gedər - daş qalar, vəsmə gedər - qaş qalar.
  • Su qədrini kənkan bilər. (Kənkan - quyu qazan)
  • Su - zər, suçu - zərgər.
  • Sualın cavabsız olmasın, dostun - etibarsız.
  • Susuz həyat olmaz, zəhmətsiz rahatlıq.
  • Süddən ağzı yanan, qatığı da üfləyib içər.

Ş[redaktə]

  • Şərəf ölümdən güclüdür.
  • Şirin söz - şəkərdən şirin.
  • Şirin yalandansa, acı həqiqət yaxşıdır.

T[redaktə]

  • Təbib - təbib deyil, dərd görən təbibdir.
  • Tənbəl adama iş ver, sənə hikmət öyrədər.
  • Tənbəlin işi bitməz, yaz gələr - qışı bitməz.
  • Təzəni köhnə saxlar.

U[redaktə]

  • Uşaqların sərvəti ata və anadır.
  • Uşağı işə qoyun, özünüz də onun arxasınca qaçın.

Ü[redaktə]

  • Ümidini üzmə, könlünü pozma.
  • Ürəkdə varsa, biləkdə görünər.

V[redaktə]

  • Vaxtın getdi - nəqdin itdi.
  • Var-dövlət tükənər, elm tükənməz.
  • Verərsən, alarsan, əkərsən, biçərsən.
  • Vəfasızda həya yox, həyasızda vəfa yox.
  • Vətən dinc - sən dinc.

Y[redaktə]

  • Yaxşı igid yurd düzər, yaman igid yurd pozar.
  • Yaxşı - qənd yedirər, yaman - pənd yedirər. (Pənd - nəsihət)
  • Yaxşı olsa, aşını yeyərlər, yaman olsa – başını.
  • Yaxşı yaxşının qədrini bilər.
  • Yaxşılıq nur gətirər, yamanlıq - zülmət.
  • Yaxşının sözü - qaymaq, yamanın sözü - toxmaq.
  • Yağışın çoxu - yeri zay elər, sözün çoxu - əri zay elər.
  • Yağmur ilə yer göyərər, dinclik ilə el göyərər.
  • Yalan danışan başqasının etibarını əlindən alır.
  • Yamana gün də qaradır, dün də. (Dün - gücə).
  • Yamandan dağ qalar, yaxşıdan bağ qalar.
  • Yamanın yaxşısı olunca, yaxşının yamanı ol.
  • Yalançı gövhərini xarə qılar (Xarə qılar - daş elər).
  • Yara istiykən ağrımaz.
  • Yayın meyvələri qışın xəzinəsidir.
  • Yaz gələr - qışı bitməz.
  • Yazı - zəhmət, qışı - rahət.
  • Yer açanın bəxti açılar.
  • Yer doymasa, el doymaz.
  • Yer - xəzinə, su - qızıl.
  • Yerindən ayrılan yeddi il ağlar, elindən ayrılan ölüncə ağlar.
  • Yersiz qəzəb - özünə əzab.
  • Yersiz qürur - bəla olur.
  • Yersiz oyun - sındırar boyun.

Z[redaktə]

  • Zəhəri zəhər kəsər.
  • Zəhmət bəxt gətirər.
  • Zəhmət dost artırar, qeybət - düşmən.
  • Zəhmətdən qorxma, minnətdən qorx.
  • Zəhmətsiz tapılan aşdan, zəhmətlə tapılan daş yaxşıdır.

Mənbə[redaktə]

  • Aforizmlər və hikmətli sözlər. Bakı,2005.