Şərab

Vikisitat saytından
Şərab bakalı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağılsızlar şərab içəndə sərxoş olur, bədbəxtliklərdə isə ağıllarını itirirlər. Pifaqor

B[redaktə]

  • Bir kişinin içdiyi içkinin nədən ibarət olduğunu bilirsinizmi? Onun içki içdiyi o stəkana şərab deyil, arvad-uşaqlarının göz yaşları və qanı doldurulub. Alfons de Lamartin
  • Bir şüşə şərabda dünyadakı bütün kitablardan daha çox fəlsəfə var. Lui Paster
  • Bir zamanlar çox sevdiyi və çox sevildiyi üçün çarmıxa çəkilmiş bir adam vardı. Bəlkə çox qəribə gələcək sizə amma dünən onu üç dəfə gördüm. Birincidə bir fahişəni həbs etməsinlər deyə polislə danışırdı, ikinci dəfə görəndə səfilin biri ilə şərab içirdi. Və üçüncüdə onu kilsədə gördüm, bir kilsə xidmətçisi ilə yumruqlaşırdı. Cübran Xəlil Cübran
  • Bu gün al şərab qədəhini başa çəkəndə düşün ki, sabah ürək qanını qusmalı olacaqsan. Arif Ərdəbili

E[redaktə]

  • Ehtiras: bu, təravətini itirənlər üçün şirin zəhər, şir iradəsi olanlar üçün isə ürəyi möhkəmləndirib ona güc verən, hörmətlə qorunub saxlanılan şərabların ən yaxşısıdır.Fridrix Nitsşe
  • El-aləm şərab içər sərxoş olar, biz eşq əhliyiz içmədən sərxoş olmuşuq. Şəms Təbrizi

Ə[redaktə]

G[redaktə]

İ[redaktə]

  • İnsan pivəni idarə edir, amma şərab insanı idarə edir. Fin atalar sözləri
  • İnsan şərabdan sərxoşluqda ölür, sevgidən sərxoşluqda isə özündən çıxır. Pifaqor

K[redaktə]

Q[redaktə]

  • Qıcqıran şərabı sevmədiyin kimi, qəzəblənən insanı da mühakimə etmə. Pifaqor

Ş[redaktə]

  • Şərab bütün kədərləri boğur. Hippokrat
  • Şərab içən və su içən fərqli düşünməyə bilməz. Demosfen
  • Şərab içmək aclığı yatırdır. Hippokrat
  • Şərab insanı riyakar edir: ağlını alıb ona ən ağıllı olduğunu, gücünü alıb ən güclü olduğunu təlqin edir, sağlığını alıb sağlıq dedirdir. Əbu Turxan
  • Şərab insanı vəhşiləşdirir, onu sərtləşdirir və parlaq fikirlərdən yayındırır, kütləşdirir. Fyodor Dostoyevski
  • Şərab şeytanın şahinidir deyirlər; insanları onunla ovlayarmış! Mehmet Murat İldan
  • Şərab yoxsulları fantaziyalarla zənginləşdirir, əslində isə varlıları yoxsul edir. Platon
  • Şərabla vidalaşmaq istəyirsinizsə, sərxoşa baxın. Çin atalar sözləri
  • Şirin şərabı çox içərsən sərxoş olarsan; ağıllı adam da çox danışsa darıxdırar. Vyetnam atalar sözləri

İstinadlar[redaktə]