Faydalı: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 91: Sətir 91:
== M ==
== M ==
* Mən əminəm ki, Rusiya (onun indiki monarxı sağ olduğu müddətdə) dünyanın bütün ölkələrindən bizə səmimi, dostcasına yerləşən ölkədir; onun xidmətləri bundan sonra da bizim üçün faydalı olacaq və biz ilk növbədə onun mövqeyini axtarmalıyıq... Arzu edərdim ki, bu cür hisslər bütün rus xalqında olsun. [[Tomas Cefferson]]
* Mən əminəm ki, Rusiya (onun indiki monarxı sağ olduğu müddətdə) dünyanın bütün ölkələrindən bizə səmimi, dostcasına yerləşən ölkədir; onun xidmətləri bundan sonra da bizim üçün faydalı olacaq və biz ilk növbədə onun mövqeyini axtarmalıyıq... Arzu edərdim ki, bu cür hisslər bütün rus xalqında olsun. [[Tomas Cefferson]]
* Millətin qan qarışması baxımından qarışıq nikahlar çox faydalıdır. Yeni qanın qarışması genlərin, yeni mədəniyyətlərin birləşməsi deməkdir.<ref name=oxu>[http://oxu.az/society/63313 Elçin Əzizov: Ən təsiredici və nəticəli cəza manatla cəzadır!]</ref>> [[Elçin Əzizov]]
* Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır. Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar. [[Nəsirəddin Tusi]]
* Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır. Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar. [[Nəsirəddin Tusi]]
* Mütaliə-həyatda faydalı olmaq naminə edilməlidir. [[Frensis Bekon]]
* Mütaliə-həyatda faydalı olmaq naminə edilməlidir. [[Frensis Bekon]]

15:45, 1 avqust 2021 versiyası



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Adamlara xoş gələni deyil, faydalı olanı məsləhət gör. Solon
  • Axmaqlıq isə ümumiyyətlə bağışlanma tələb etmir. O sanki külək kimidir, heç nədən asılı deyil. Onu olduğu kimi qəbul etmək, onun ziyanında qorunaraq və xeyrində fayda tapmağa çalışaraq yaşamaq lazımdır. Sun Dzı
  • Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur, lakin hamısı faydalı deyil. İsa
  • Ağıl kordursa, gözlərdən nə fayda? Ərəb atalar sözləri
  • Ağıl qızıldan da qiymətlidir: az tapılır, çox faydalıdır. Po Çü
  • Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
  • Ağıllılıq hər şey üçün faydalıdır, heç bir şey üçün kafi deyil. Henri-Fridrix Amyel
  • Allahın elə bəndələri vardır ki, Allah onları bəndələrin faydalarına xidmət etməklə nemətləndirmişdir. Onların əllərinə nemətlər vermişdir. Onlar da o nemətləri bəndələrə ehsan edərlər. Lakin ehsan etməsələr, o nemətləri onlardan alıb başqalarına verər. Əli

B

  • Baba malından nə fayda,başda dövlət olmasa? Kitabi Dədə Qorqud
  • Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabliyyəti hər bir adama lazımdır. Heydər Əliyev
  • Biabırçı şey heç vaxt faydalı ola bilməz. Mark Tulli Siseron
  • Bilik həyatda faydalı olmaq naminə qazanılmalıdır. Frensis Bekon
  • Bir qəssabın çörəyə, bir çörəkçinin də ətə ehtiyacı vardır. Bu səbəblə qəssabla çörəkçinin bir-birini sevməsi üçün məntiqli bir səbəb vardır. Hər ikisi də bir-birinə faydalı olar. Bertran Rassel
  • Bir millət üçün faydalı olan şey o millətin təbiətinə uyğun olandır. Platon
  • Bizdən sonrakı nəsillərə faydalı olacaq şəkildə yaşamadıqca və onlara bir az daha görüş, düşünmə, bir az daha çox cəsarət və əxlaq sağlamlığı bıraxmaıdqca həyatdan çəkilməyin. P. Pecaut
  • Bolşevizmlə mübarizə tədbirlərindən biri xalqda sağlam milli hisslərin oyadılmasıdır. Bu, Azərbaycan Respublikasının yaranmaqda olan gənc ordusu üçün xüsusilə zəruridir. Bizim yalnız tatarlarla (azərbaycanlılarla) komplektləşdirilən hərbi qüvvələrimiz öz xalqının dünya tarixinin səhifələrində çoxlu igidliklər yazmış, bütün Avropa xalqları tərəfindən xatırlanan və danışılan, ancaq özümüzün daha az bələd olduğumuz şərəfli hərbi keçmişini bilməlidirlər. Yüz ildən artıq davam edən Rusiya səltənətindən xilas olan türk (Azərbaycan) xalqına xatırladılmalıdır ki, biz heç də həmişə əsarət altında olmamışıq, həm də öz iradəmizi Avropa və Asiyaya diktə etmişik. Güman edirəm ki, türk (Azərbaycan) tarixinin bilicilərindən kiməsə xalqımızın bu günə qədərki mühüm hadisələrini özündə əks etdirən tarixi barədə kütləvi kitabçaları hazırlamağı və çap etdirməyi tapşırmaq çox faydalı olardı... Bizim ziyalılarımızın əsas vəzifələrindən biri orduya onun tarixi keçmişini tanıtmaqdır. Səməd bəy Mehmandarov
  • Bütün ölkələrdə fəzilət və qüsur, mənəvi xeyir və şər cəmiyyət üçün faydalı və ya ziyanlı olması ilə müəyyən edilir. Volter
  • Bütün rəqiblərinizi düşmən hesab etməyin. Tayfa daxilində və ondan kənarda digərləri ilə qarşıdurma da çox faydalı və dostcasına ola bilər. Atilla

C

  • Cəmiyyət üçün üsyan, təbiət üçün ildırımdan daha az faydalı deyil. Bu, hökumətin sağlamlığı üçün lazım olan dərmandır. Tomas Cefferson
  • Cəsarətli olmaq, deməli öz xasiyyətini cilovlamaq. Ehtiraslara ondan imtina edənlər yox, gəmini və ya atı lazımi və faydalı yerə yönəldib idarə edənlər kimi istifadə edənlər hakimlik edir. Aristotel

Ç

  • Çox böyük ləyaqətlər insanı cəmiyyət üçün faydasız edir: bazara qızıl külçəsi ilə getmirlər, bazar üçün kağız pul, ələlxüsus da xırda pul lazımdır. Nikola Şamfor
  • Çox faydalı olsalar belə, tələsiklik və həddindən artıq hazırlıq nifrət ediləndir. Hippokrat
  • Çox oxuyan yox, faydalı kitablar oxuyan əsl alim ola bilər. Aristipp

E

  • Elə də əhəmiyyətli olmayan mövzular haqqında qərar verəndə baş verə biləcək bütün mənfi və müsbət halları nəzərdən keçirməyi həmişə faydalı hesab etmişəm. Ancaq iş və ya həyat yoldaşı seçimi kimi həyati məsələlərdə verilən qərarların daxilimizdən qeyri-şüuri şəkildə gəldiyinə inanıram. Məncə, həyatda bu cür vacib qərarlar verdiyimiz vaxt bizi yönləndirən qüvvə insan təbiəti üçün zəruri olan ən dərin ehtiyaclardan biridir. Ziqmund Freyd
  • Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir. Sokrat
  • Elm də çoxdur, lakin hamısı faydalı deyil. İsa
  • Elm faydanı göstərər, vicdanlı olmağın isə hər şeydən faydalı olduğunu sübut edər. Fyodor Dostoyevski
  • Elmi fantastika faydalı ola bilər - bu, təxəyyülü stimullaşdırır və gələcək qorxusunu aradan qaldırır. Ancaq elmi həqiqətlər daha gözəl ola bilər. Elmi fantastika, hətta qara dəlik kimi şeylərin olduğunu düşünmürdü. Stiven Hokinq
  • Ey dünyanı pisləyən, qınayan, sonra da onun aldanışlarına qapılan, baş tutmayacaq işlərinə aldanan, sonra yenə də onu qınamağa başlayan! Dünyaya aldanan sən deyilmisən ki, indi onu yamanlayırsan? Dünyada günah işləyən sənsən, yoxsa odur? Dünya nə vaxt sənin yolunu azdırdı, nə vaxt səni aldatdı? Bədənləri çürüyüb dağılmış ata-babalarınlamı aldatdı səni, yoxsa torpaq altında yatan analarının məzarlarıylamı tovlatdı səni? Onlar xəstələnəndə nə qədər xidmət etdin onlara, sağalmaları üçün nə qədər çalışdın, şəfa tapmalarına arzu etdin, həkim çağırdın, çarə dilədin. Amma bu zəhmətlərin heç birinə fayda vermədi, arzuların baş tutmadı, gücünlə, qüvvətinlə onları ölümün əlindən ala bilmədin. Getdilər. Dünya onların halıyla örnək göstərdi sənə, məzarlarıyla məzarını xatırlatdı sənə. Əli

Ə

  • Əgər çox danışmaq faydalı olsaydı Allah iki ağız, bir qulaq verərdi. Onun üçün, çox dinləyib az danışmaq lazımdır.. Şəms Təbrizi
  • Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və faləkətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürürlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
  • Əgər məharətlə davranılsa, axmaq da, küt qayçı da faydalı ola bilər. Yapon atalar sözləri
  • Əgər mən bir düşmən kimi sizə çoxlu bədbəxtlik gətirmişəmsə, o zaman sizə faydalı dost ola bilərəm (Alkividin spartalılara müraciətindən). Fukidid
  • Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?[1] Fatimə
  • Əgər ölkəmə faydalı olacaq, digər ölkələri məhv edəcək bir şey bilsəm Şahzadəmə təklif etmərəm; Çünki mən öncə bir insanam, sonra bir Fransızam. Mən zəruri olaraq insan doğuldum və təsadüfən Fransız oldum. Şarl Lui Monteskyö
  • Ən faydalı iş cavanlıqda cavanlıqda elm öyrənmək və qocalanda öyrəndiklərini saf-çürük etməkdir. Marsel Sesiro
  • Ən faydalı millət bütün işlərini birlik və bərabərlik içərisində düüşünərək çoxluğun rəyinə üstünlük verən millətdir. Əbdülfəttah Şahin

F

  • Faydalı məsləhət almaq heç vaxt geç deyil. Samuel Conson
  • Faydalı olmaq və sakit vicdan sahibi olmaq kimi insanı həqiqi xoşbəxt edə biləcək iki istək var. Lev Tolstoy
  • Faydalı və faydasız, yaxşı və pis birlikdə inkişaf edir və insan özü üçün seçim etməyi bacarmalıdır. Mahatma Qandi
  • Faydalı vətəndaş olmaq üçün əvvəlcə insan olmağı öyrənməli. Nikolay Piroqov
  • Faydasız qohumdan faydalı yad yaxşıdır. Azərbaycan atalar sözləri/F

H

  • Hakim partiyanın dəyişməsi növbəli əkin kimi, faydalı şeydir. Uinston Çörçill
  • Heç bir kitab elə pis ola bilməz ki, onun bir faydalı hissəsi olmasın. Latın atalar sözləri
  • Həqiqi incəsənətin əlaməti onun həmişə müasir, vacib və faydalı olmasıdır. Fyodor Dostoyevski
  • Hər addımınızı bir şeyə - onun xalqa verdiyi fayda ilə ölçün. Urbana Dominik
  • Hər şey bir kənara, dəqiqəbaşı kitabın seksdən bəhs edən yerlərinə qayıdırdım, – nəsə faydalı şey oxumaq istəyirdim. Ancaq təəssüf ki, Heylşemdə olan kitabların xeyri az idi. On doqquzuncu əsr bu sahədə faydasız olan Tomas Hardi kimi yazıçılar tərəfindən geniş şəkildə təsvir olunurdu. Kazuo İşiquro
  • Hər şeydən əvvəl yaxşı yaşa. Sırf təsadüfən bu dünyaya gəlmiş kimi, söz olsun deyə günlərini keçirmə. Əgər gerçək sevgini tanıyacaq qədər şanslısansa; bütün ürəyin, ruhun və bədəninlə sev. Həyatını elə yaşa ki; hər an öz əlini sıxa biləsən. Və hər gün heç olmazsa faydalı bir şey et ki; gecə yaxınlaşarkən örtüləri üzərinə çəkib öz-özünə; "Mən əlimdən gələni etdim" - deyə biləsən. Uilyam Şekspir
  • Həyatımızda ən uca, ən güclü, ən faydalı dayağımız ana ata evindən qalan xatirələrimizdir. Fyodor Dostoyevski
  • Həyatın məqsədinin "xoşbəxt" olmaq olduğuna inanmaram. Məncə həyatın məqsədi: faydalı, məsuliyyətli və şəfqətli olmaqdır. Ən əhəmiyyətlisi fərq yaratmaqdır; iştirak etmək, bir şeyi təmsil etmək, yaşamış olmaqla bir dəyişmə meydana gətirməkdir. Leo Rosten
  • Hürriyyət ona deyilir ki, nəfs düz, namuslu yollarla mal toplayıb xeyirxah və faydalı yerlərə xərcləsin; əliəyrilik, qeyri-qanuni yollarla mal toplamağa imkan verməsin. Nəsirəddin Tusi

X

  • Xeyirxahlıq və faydalı olmayan yerdə gözəllik də yoxdur. Sokrat
  • Xoş olan şeylərin faydalı şeylərlə əvəz olunduğu yerdə xoş olan şey demək olar ki, həmişə qalib gəlir. Jan Jak Russo

İ

  • İctimai həyatda ən faydalı dəyər tolerantlıqdır. Deyl Karnegi
  • İnsanlar üçün hər şeydən faydalı dostluğu möhkəmləndirən şeyləri etməkdir. Benedikt Spinoza
  • İnsanların ən yaxşısı xalqa daha çox fayda verən adamdır. Əbdürrəhman Cami
  • İsrafçılıq etməyin, pulunuzu cəmiyyət üçün faydalı işlərə xərcləyin.[2] Covanni Viko
  • İsti bir ələ ehtiyacın olanda digər əlini tut. Heç kimnən fayda yoxdu bu dövrdə. Can Dündar
  • İşə faydalı olan hər şeydən istifadə etmək lazımdır. Çanakya

K

  • Keçmişə yalnız keçmiş səhvlərdən faydalı nəticələr çıxarmaq və çox əziyyətlə əldə edilmiş təcrübədən istifadə etmək üçün nəzər salmaq lazımdır. Corc Vaşinqton
  • Kəndlinin faydalı bitkilər becərməsini xış asanlaşdırdığı kimi, fərziyyələr də həqiqətin axtarılmasında elmi işi asanlaşdırır və düzgün edir. Dmitri Mendeleyev
  • Kəşf özü faydalı olsa da, onun eyforiyası ziyan gətirir. Tur Xander
  • Kim öz oğluna faydalı heç nə öyrətmirsə, hesab elə ki, evində oğru bəsləyir. Marqaret Fuller
  • Kitab toplamaq yaxşı işdir, onları oxumaq isə daha faydalıdır. Françesko Petrarka

Q

  • Qorxaqlıq ona görə çox zərərlidir ki, o, iradəni faydalı işlərdən çəkindirir. Rene Dekart

M

  • Mən əminəm ki, Rusiya (onun indiki monarxı sağ olduğu müddətdə) dünyanın bütün ölkələrindən bizə səmimi, dostcasına yerləşən ölkədir; onun xidmətləri bundan sonra da bizim üçün faydalı olacaq və biz ilk növbədə onun mövqeyini axtarmalıyıq... Arzu edərdim ki, bu cür hisslər bütün rus xalqında olsun. Tomas Cefferson
  • Millətin qan qarışması baxımından qarışıq nikahlar çox faydalıdır. Yeni qanın qarışması genlərin, yeni mədəniyyətlərin birləşməsi deməkdir.[3]> Elçin Əzizov
  • Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır. Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar. Nəsirəddin Tusi
  • Mütaliə-həyatda faydalı olmaq naminə edilməlidir. Frensis Bekon

N

  • Nə ana, nə ata nə də hər hansı bir qohum insana yaxşı idarə olunan bir ağıldan daha çox faydalı ola bilər. Qautama Budda

O

  • Əli, oğlu Həsənə buyurmuşdur:
Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar.

Ö

  • Ölməz o adamdır ki, özündən sonra vətən üçün böyük və faydalı yadigarları qalır. Lyuk de Klapye Vovenarq
  • “Özünü dərk et” - gözəl və faydalı məsləhətdir. Amma təəssüf ki, qədim insanlar bu məsləhətdən hansı üsulla istifadə etməyi göstərməyi ağıllarına gətirməmişlər. Anton Çexov

P

  • Poeziyanın məqsədi faydalı həqiqətdirı. P.Elyuar

R

  • Ruh məlumatsızlığı çürütməyə alışana qədər bu çürütmə ilə özündən utanaraq oyrənmə yolları bağlayan qənaətlərdən sıyrılıb tərtəmiz bir hala gələnə qədər ancaq bildiyini bildiyinə və bilmədiyini bilmədiyinə inanana qədər özünə verilən elmdən heç bir fayda görməz. Platon

S

  • “Siyasi fəlsəfə” adlandırılan xurafatlar bir şərtlə faydalı ola bilər ki, onları “fəlsəfə” adlandırmasınlar. Mark Tven
  • Son xəbərlərə gəlincə, belə təəssürat yaranır ki, Avropa barbarları yenidən bir-birini məhv etməyə hazırlaşır. Rusiya-Türkiyə müharibəsi çalağanla ilanın mübarizəsini xatırladır: kiminsə məhv edilməsi nəticəsində dünyada bir dağıdıcı azalacaqdır. Göründüyü kimi, döyüşkənlik insan təbiətinin qanunu, kainat mexanizmindəki sürətli çoxalmanın yolunda bir maneədir. Quş həyətindəki xoruzlar bir-birini öldürürlər, ayılar, öküz və qoyunlar da eyni cür hərəkət edirlər, ilxıda at bütün gənc rəqiblərini öldürməyə çalışır və müəyyən müddət keçdikdən sonra onun özü gənc ayğırların qurbanı olur. Ümid edirəm ki, biz insanlar üçün kvakerlərin yolunun nə qədər faydalı olduğunu və ailəni dolandıranın həyatının döyüşçünün həyatından daha üstün olduğunu sübut edəcəyik. Təsəlli üçün o olar ki, dünyanın bir hissəsində ağılsızların məhv edilməsi digər hissələrində rifahın artmasına səbəb olur. Qoy bu, bizim qayğımız olsun və gəlin rusların buynuzdan, türklərin isə quyruqdan yapışdığı inəyi sağaq. Tomas Cefferson
  • Sonrakı peşmançılıq fayda verməz. Azərbaycan atalar sözləri/Ehtiyat və sayıqlıq

T

  • Tarix bəşəriyyətin geniş və çoxcəhətli təcrübəsi, əsrlərdə insanların görüşüdür. Həyat üçün də son dərəcə faydalı olar ki, bu görüş qardaşlıq görüşü olsun. (Mark Blok)

Y

  • "Yaxşı ki"lərin "kaş ki"lərindən artıq olsun bu həyatda. Çünki, zamanı geri qaytarmaq üçün saatın əqrəbi ilə oynamaq fayda verməz. Adam Faver
  • Yaxşılığı sev və o zaman heç nə düşünmədən, faydalı olmağa cəhd etmədən vətəninə faydalı olacaqsan. Vissarion Belinski
  • Yaltaqlığın təmin etdiyi çıxar, dürüstlüyün qazandırdığı faydadan daha çox olsa, o ölkə batar. Şarl Lui Monteskyö
  • Yüz dildə "səni sevirəm" desən nə fayda?! Bir dildə adam kimi sevmədikdən sonra. Turqut Uyar

Z

  • Zənginlik gübrədir: yalnız səpildiyi zaman faydalı olur. Çin atalar sözləri
  • Zərərli yeməyi az yemək faydalı yeməyi çox yeməkdən yaxşıdır.Sokrat

Istinadlar

  1. Dəaimul-İslam, c. 1, səh. 268
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.485.
  3. Elçin Əzizov: Ən təsiredici və nəticəli cəza manatla cəzadır!