Bədbəxt: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 36: Sətir 36:


== O ==
== O ==
* O günü, o saatı bədbəxt say ki, yeni bir şey öyrənməmişsən və öz təhsilinə heç nə əlavə etməmisən.
* O günü, o saatı bədbəxt say ki, yeni bir şey öyrənməmişsən və öz təhsilinə heç nə əlavə etməmisən. [[Yan Komenski]]

== Ö ==
== Ö ==
* Özünə məftun donuz olmaqdansa, bədbəxt adam olmaq yaxşıdır. [[Henrix Heyne]]
* Özünə məftun donuz olmaqdansa, bədbəxt adam olmaq yaxşıdır. [[Henrix Heyne]]

08:33, 8 fevral 2022 versiyası



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Adətən, siz deyirsiniz ki, Allah hər şeyi insanlar üçün yaradıb. Müdriklər üçün? O halda, o bu qədər az adam üçün nə qədər böyük səy göstərib. Yaxud, axmaqlar üçün? Əgər bütün axmaqlar ən çox axmaq oduqlarına görə bədbəxt insanlardısa, o zaman Allah nəyə nail olub? Mark Tulli Siseron
  • Ağıllı qadın ərini xoşbəxt, ağılsızı isə bədbəxt edir. Tristan Bernar
  • Ağılsız olub xoşbəxt olmaqdansa, ağıllı olub bədbəxt olmaq yaxşıdır. Epikür

B

  • Başqalarını xoşbəxt edən adam özü bədbəxt ola bilməz. Klod Adrian Helvetsi
  • Bədbəxt adam xoşbəxtlik açarını yanında gəzdirir, ancaq ondan necə istifadə edəcəyini bilmir. [1]Çarlz Rollin
  • Bədbəxt dağa yola düşdü, dağı da duman aldı. Talış atalar sözləri
  • Bədbəxt olanın bəxtinə bir qətrə də düşməz. Fars atalar sözləri
  • Bəli, ağıllı bir insanla bədbəxt ola bilərsiniz, axmaqla xoşbəxt isə heç vaxt. Daniel Defo
  • Bir ər-arvadın xoşbəxt və ya bədbəxt olduğunu heç kim deyə bilməz. Bu, Allahın və onların ikisinin bildiyi bir sirdir. Anton Çexov
  • Bir talanmış karvanın dalınca yüz bədbəxt gələr. Əfqan atalar sözləri
  • Bizim cəmiyyət - xroniki bədbəxt olan insanlardan ibarətdir. Onlar tənhalıqdan, qorxulardan əzab çəkir, özlərini asılı və alçaldılmış hiss edir, dağıdıcılığa meyllidir, qazandığı zamanı "öldürə bildiyi üçün" məmnunluq duyur. Erix Fromm

Ç

  • Çəkiçli biri xoşbəxt bir insanın qapısının arxasında dayanmalı, daim döyərək bədbəxt insanların olduğunu və qısa bir xoşbəxtlikdən sonra bədbəxtliyin gəldiyini xatırlatmalıdır. Anton Çexov

D

  • Dövlət olmadan insanın həyatı yalnız, kasıb, bədbəxt və qısadır. Tomas Hobbs
  • Dünyada özünə iş tapa bilməyən adam ən bədbəxt adamdır. Tomas Karleyl

E

  • Elmlərlə məşğul olmaq gəncliyi tərbiyə edir, qocalığı əyləndirir, xoşbəxt şəraitdə bəzək, bədbəxt şəraitdə isə sığınacaq və təskinlik rolunu oynayır. Mark Tulli Siseron

H

  • Heç kəsi bəyənməyən adam, heç kəsin xoşuna gəlməyən adamdan daha bədbəxtdir. Blez Paskal
  • Həmişə qəliblərə uyğun gəlməyi rədd etdim. Gəldiyim nöqtə bu; digərlərindən daha bədbəxt, bi o qədər ümidsiz, amma başım hamısından daha gözəl. Çarlz Bukovski
  • Hər kəs özünü bədbəxt hesab etdiyi qədər bədbəxtdir. Seneka
  • Həyatın əsl üzü xəyallarınızdan fərqlidir. Uzun müddətdən bəri ilk dəfə tək-tənha bədbəxt olmaq, kiminləsə bədbəxt olmaqdan daha yaxşı görünür gözümə. Merilin Monro

X

  • Xoşbəxt insanın qapısı arxasında kimsə cəkiclə dayanıb dayanmadan qapını döyəcləməli və bədbəxtlərin olduğunu, qısa xoşbəxtlikdən sonra bədbəxtliyin gələcəyini xatırlatmalıdır. Anton Çexov
  • Xoşbəxtkən görməməzlikdən gəldiyin şeylər bədbəxtkən ürəyini qırar. Çünki unutma, İnsan səhvlərini xoşbəxtkən yox, bədbəxtkən anlar. Anton Çexov

K

  • Komaların bədbəxt olduğu yerdə saraylar təhlükəsizlikdə ola bilməz. Benjamin Dizraeli

O

  • O günü, o saatı bədbəxt say ki, yeni bir şey öyrənməmişsən və öz təhsilinə heç nə əlavə etməmisən. Yan Komenski

Ö

  • Özünə məftun donuz olmaqdansa, bədbəxt adam olmaq yaxşıdır. Henrix Heyne

P

T

İstinadlar

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.39