Benedikt Spinoza: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 65: Sətir 65:
* İnsanda onun azadlığı haqqında danışmaq, onun köləliyi haqqında danışmaqdan yaxşıdır.
* İnsanda onun azadlığı haqqında danışmaq, onun köləliyi haqqında danışmaqdan yaxşıdır.
* İnsanı susmağa məcbur etməklə onu öz fikrini dəyişdirməyə məcbur etmək olmaz.
* İnsanı susmağa məcbur etməklə onu öz fikrini dəyişdirməyə məcbur etmək olmaz.
* İnsanın əldə edə biləcəyi ən yüksək fəaliyyət anlamaq üçün öyrənməkdir, çünki anlamaq azad olmaqdır.
* İnsanın mahiyyəti onun arzularında təzahür edir. <ref>[http://www.felsefedunyasi.org/files/254_2rx4ze1lzc.pdf Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,]</ref>
* İnsanın mahiyyəti onun arzularında təzahür edir. <ref>[http://www.felsefedunyasi.org/files/254_2rx4ze1lzc.pdf Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,]</ref>
* İnsanlar hesab edirlər ki, azaddırlar. Çünki, onlara öz ehtiraslarına tabe olmağa icazə verilmişdir. Onlar qanunlara görə yaşamağa məcbur ediləndə isə elə düşünürlər ki, öz hüquqlarından imtina edirlər.
* İnsanlar hesab edirlər ki, azaddırlar. Çünki, onlara öz ehtiraslarına tabe olmağa icazə verilmişdir. Onlar qanunlara görə yaşamağa məcbur ediləndə isə elə düşünürlər ki, öz hüquqlarından imtina edirlər.

03:54, 11 iyul 2022 versiyası

Benedikt Spinoza
Doğum tarixi 24 noyabr 1632
Doğum yeri Amsterdam, Niderland
Vəfat tarixi 21 fevral 1677
Vəfat yeri Haaqa, Niderland
Dəfn yeri Nieuwe Kerk
Vikipediya məqaləsi

Benedikt Spinoza (əsl adı Barux Spinoza — ivritdəברוך שפינוזה; sonralar latınca Spinoza, Benedictus Baruch; 24 noyabr 1632, Amsterdam — 21 fevral 1677, Haaqa) — yəhudi əsilli niderland filosofu, yeni dövr fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri, rasionalist, panteist.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Ağılla yaşanan həyatın sonu xoşbəxtliklə bitir.
  • Allah bizə məhdud ağıl və hüdudsuz iradə verib, lakin elə bir həddə verib ki, onun bizi hansı məqsədlə yaratdığını öyrənə bilməyək.
  • Avtoritetə istinad dəlil deyildir.
  • Azad insan bütün başqa şeylərdən ən az ölüm haqqında düşünür.Onun müdrikliyi ölüm haqqında yox, həyat haqqında düşünməsindən ibarətdir.
  • Azad insan cəsarətlə, ruh yüksəkliyi ilə döyüşü seçdiyi kimi, qaçmağı da eyni keyfiyyətlərlə seçir.
  • Azad insan hər şeydən az ölüm barəsində fikirləşir, onun müdrikliyi də həyat haqqında düşüncələrdən ibarətdir.
  • Azad ruha yox, hansısa başqa şeyə səbəb olan sevgi çox asanlıqla nifrətə çevrilir.
  • Azadlıq dərk olunmuş zərurətdir. [1]

B

  • Başa düşmə razılığın başlanğıcıdır.
  • Bəziləri elə düşünürlər ki, Allah sərbəst səbəbdir. Çünki, onların fikrincə, Allah elə edə bilər ki, bizim dediyimiz kimi onun təbiətindən irəli gələn,yəni onun hakimiyyətində olan baş verməzdi, başqa sözlə desək, onun tərəfindən edilməzdi. Onların bu fikri ona bənzəyərdi ki, Allah elə edə bilər ki, üçbucağın təbiətindən irəli gələn, uç bucaqlarının iki düz xəttinə bərabərliyi alınmazdı, yaxud bu səbəbdən nəticə çıxmazdı. Bu, gülünc bir fikirdir.
  • Bilməməzlik dəlil, cahillik isə arqument deyil.
  • Böyük bir sərvət, böyük bir köləlikdir.
  • ...Bütün yaxşı ehtirasların xarakteri və təbiəti elədir ki, onlarsız keçinə bilmirik və onlar bizə sevgi, arzu və sevgiyə xas olan bütün şeylər qədər yaxındır.

C

  • Cəsarəti də, qorxunu da cilovlamaq üçün böyük güc və möhkəm ruh tələb olunur.

E

  • Etiraf etməliyəm ki, hər şeyi Allahın iradəsinə tabe edən və hər şeyin ondan asılı olduğunu düşünənlər həqiqətdən Allahın hər şeyi xoşbəxtlik naminə etdiyini düşünənlərdən daha az yayınırlar. Sonuncular görünür ki, hesab edirlər ki, Allahdan kənarda ondan asılı olmayan, amma yaratdıqlarında ondan bir nümunə kimi istifadə etdiyi və məlum məqsədə can atdığı nə isə bir şey mövcuddur. Bu isə, əlbəttə ki, Allahı qismətə tabe etmək deməkdir. Allah haqqında bu qədər cəfəngiyyat bir fikir ola bilməz. Biz isə deyirik ki, bütün şeylərin varığının , eləcə də onların mahiyyətinin ilk və yeganə səbəbkarı Allahdır.

Ə

  • Ən əhəmiyyətli fikirlər ölmək üçün deyil, yaşamaq üçündür.

F

  • Fəlsəfə, ümumiləşdirilmiş bir riyaziyyatdır.

H

  • Heç kim birinci olmaq istəyən, amma ola bilməyən şöhrətpərəst adam qədər yaltaqlıq düşgünü ola bilməz.
  • Heç kim özünü alçaldan insanlar qədər həsəd aparmağa meyilli olmur.
  • Həqiqət- həm özü, həm də yalan üçün sınaq daşıdır.
  • Hər bir insan öz gücünün ölçüsünə görə hüquqa malikdir.
  • Hər bir təyin bir inkar etmədir.
  • Hər kəsin haqqı gücü qədərdir.
  • Hərəkəti bilmək, səbəbi bilməkdən asılıdr.
  • Həsəd aparma nifrətdən başqa bir şey deyildir. Çünki, özgəsinin bədbəxtliyi həzz gətirir, xoşbəxtliyi isə narazılıq.
  • Həvəslə və istək arasındakı fərq ondadır ki, “istək” daha çox o insanlara aiddir ki, onlar öz həvəslərini dərk edirlər. Ona görə də belə demək olar: istək, dərk edilən həvəsdir.
  • Həyatın üzünüzə gülməsini istəyirsinizsə, əvvəlcə ona xoş əhval- ruhiyə bəxş edin.
  • Həzz, insanın kiçik mükəmməllikdən böyük mükəmməlliyə keçməsidir.

X

  • Xoşbəxtlik- fəzilətə verilən mükafat yox, fəzilətin özüdür və ona görə yox ki, biz öz həvəslərimizi cilovlayarq xoşbəxtlikdən həzz alırıq, ona görə ki, xoşbəxtlikdən həzz almaq bizə ehtiraslarımızı cilovlamaq bacarığını verir.
  • Xurafatın yaranmasına, yayılmasına və himayə edilməsinə səbəb qorxudur.

İ

  • İnsan ehtirasları məğlub edərək tanrıya yaxınlaşar.
  • İnsan ruhuna silahla deyil, məhəbbət və alicənablıqla qalib gəlmək olar.
  • İnsanda onun azadlığı haqqında danışmaq, onun köləliyi haqqında danışmaqdan yaxşıdır.
  • İnsanı susmağa məcbur etməklə onu öz fikrini dəyişdirməyə məcbur etmək olmaz.
  • İnsanın əldə edə biləcəyi ən yüksək fəaliyyət anlamaq üçün öyrənməkdir, çünki anlamaq azad olmaqdır.
  • İnsanın mahiyyəti onun arzularında təzahür edir. [2]
  • İnsanlar hesab edirlər ki, azaddırlar. Çünki, onlara öz ehtiraslarına tabe olmağa icazə verilmişdir. Onlar qanunlara görə yaşamağa məcbur ediləndə isə elə düşünürlər ki, öz hüquqlarından imtina edirlər.
  • İnsanlar üçün hər şeydən faydalı dostluğu möhkəmləndirən şeyləri etməkdir.

K

  • Kim ki, hər şeyi yalmız qanun gücünə nizama salmaq istəyir - qüsurları düzəltməkdən daha çox qüsur doğurur.
  • Kədər insanı kamillik zirvəsindən endirir.
  • Kədər- yaddaşda saxlanılan, eyni zamanda yaddaşın məhdudlaşdırdığı arzu olunan şeylərin mövcudluğunu istisna edən başqa şeylərə malik olmaq istəyi, yaxud həvəsidir.

Q

  • Qaliblərin yaraları tez sağalır.
  • Qəlblər silahla deyil, sevgi ilə fəth edilir. [3]
  • Qısqanclıq, əldə ediləndən təkbaşına həzz almağın və onu əldə saxlamağın qayğısını çəkməkdir.
  • Qorxu elə bir səbəbdir ki, onun sayəsində mövhumat meydana gəlir, yaşayır və qorunur.
  • Qorxu - iradənin zəifliyi nəticəsində yaranır.
  • Qorxu, ruhun gücsüzlüyündən yaranır.
  • Qorxu ümidsiz, ümid qorxusuz olmaz.

M

  • Məqsəd haqqında nəzəriyyə təbiəti tamamilə təhrif edir. O, səbəbi həqiqətən təşkil edən şeyə hərəkət kimi baxır və əksinə. Daha sonra, o, təbiətcə əvvəl gələni sonrakı, yüksək və mükəmməl olanı isə qeyri-mükəmməl edir. Əslində isə, birbaşa Allah tərəfindən edilən hərəkət ən mükəmməldir və nəyinsə baş verməsi üçün səbəb nə qədər çox olarsa, hərəkət bir o qədər qeyri-mükəmməl olar. Əgər Allah yaratdığı bütün şeyləri öz məqsədinə çatmaq üçün edərsə, o zaman birinci şeylərə görə yaradılan sonuncu şeylər bütün başqa şeyləri üstələyərdi. Daha sonra, bu nəzəriyyə Allahın mükəmməlliyini məhv edir. Çünki, əgər Allah yaratdığını hansısa bir məqsəd üçün edirsə, deməli o, malik olmadığı həmin bu məqsədə can atır. Baxmayraq ki, ilahiyyatçılar və metafiziklər ehtiyacdan doğan məqsədlə bənzətmə məqsədini fərqləndirsələr də, onlar etiraf edirlər ki, Allah hər şeyi şeylərə görə yox, özü üçün yaradıb. Çünki, şeylər yaradılmamışdan qabaq Allahdan başqa heç nəyi ifadə edə bilməzlər. Deməli, onlar razılaşmalıdırlar ki, Allah vasitə hazırlamaq istədiyi şeydən məhrumdur.
  • Məlumatsızlıq bəhanə edilə bilməz.
  • Mən Allahı bütün şeylərn transsendent (transsendent- idealist fəlsəfədə: təcrübə xaricində olan, dərk edilə bilməyən) yox, immanent (immanent- fəlsəfədə: bir şeyin və ya hadisənin öz təbiətinə xas olan; daxili) səbəbi hesab edirəm. Mən Pavellə birlikdə, ola bilsin ki, bütün qədim filosoflarla birlikdə təsdiq edirəm ki, hər şey Allahın özündədir və Allahda hərəkət edir... Ancaq, əgər bəziləri “ Teoloji-siyasi traktakt” ın Allahın və təbiətin ( bu adlar altında müəyyən kütləni, yaxud maddi materiyanı başa düşürlər) mahiyyətcə eyni şey olmasına əsaslanmasını düşünürlərsə, onlar tamamilə səhv edirlər (“Oldenburqa məktub”-1675-ci il, noyabr-dekabr).
  • Mən anladım ki, mənim qorxduğum, eləcə də məndən qorxan bütün şeylər düşüncəmə təsir etdikləri qədər yaxşı və ya pis olurlar.
  • Müəyyən bir işi yerinə yetirə bilmədiyinizi düşünən andan onun yerinə yetirilməsi sizin üçün mümkün deyil.

N

  • Nüfuzlu və mənsəbli şəxsə istinad etmək hələ sübut deyil.

R

  • Ruha silahla yox, sevgi və comərdlikdə qalib gəlmək olar.

S

  • Sevgi nə qədər böyük olsa, kədəri də bir o qədər böyük olacaq. [4]
  • Son dərəcə məğrurluq, yaxud alçalma, son dərəcə özünü tanımamaqdır.
  • Sülh müharibənin olmamasından yox, möhkəm ruhdan irəli gələn fəzilətdən yaranır.

Ş

  • Şey ona görə həqiqliyini itirmir ki, çoxları tərəfindən qəbul edilməyib.
  • Şöhrətpərəstlik söhrətin həddindən artıq istənilməsidir.

T

  • Təbiətdə "pis" olaraq xarakterizə edilə biləcək heç bir hadisə olmaz.
  • Təcrübə çox vaxt bizə sübut edir ki, insanların ən az hakim olduğu şey dilləridir.

Y

  • Yalançı dindarlıqdan irəi gələn hər şey qorxaq ruhun fantaziyasından və sayıqlamalarından başqa bir şey deyildir.
  • Yalnız qalanda kiminlə qaldığını dəqiq bilməlisən.
  • Yanlış izah edilməməsi üçün heç nəyi dəqiqliklə demək mümkün deyil.
  • Yarış, bizə görünən şeylərin təsiri altında yaranmış bir şeyi bizim, eləcə də başqalarının istəməsidir.

İstinadlar

Mənbə

Xəzinə. Bakı: 1997