Nəcib Fazil Qısakürək: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 128: | Sətir 128: | ||
* Tabutumun taxtası, bilsəm hansı ağacda? |
* Tabutumun taxtası, bilsəm hansı ağacda? |
||
* Təkəm deyə kədərlənmirəm. Çünki bilirəm, tək insanın xəyanət edəni də olmaz... |
|||
* Tərəddüd etsən ayaqların səni daşımaz. gedəcəyəm de, bas və get! |
* Tərəddüd etsən ayaqların səni daşımaz. gedəcəyəm de, bas və get! |
||
* Tumurcuq dərdində olmayan ağac, odundur. |
* Tumurcuq dərdində olmayan ağac, odundur. |
20:38, 4 yanvar 2012 tarixindəki versiya
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Ağacdan düşən yarpaq necə qurumağa məhkumsa; könüldən düşən insan da unudulmağa məhkumdur.
- Ağlaya bilsəydiniz, anlaya bilərdiniz..
- Axmaqlıq yoluxucudur.
- Aldığımız nəfəsi belə geri veririksə, heç bir şey bizim deyil.
- Allah var lakin bizim ondan, tək soruşulduğu zaman xəbərimiz var!
- Armud deyib keçməyin, onun ilk hecası çox adamda yoxdur!
B
- Bəziləri var ki, onlara alçaq belə deyə bilmirəm. Çünki alçaqlıq bir səviyyədir, onlar çuxurdu...
C
- Cavabımın şiddətindən susuram!
D
- Dində məcburiyyət yoxdur. Əlbəttə ki, hər kəs azaddır. İstəyən dünyada bişər, istəyən axirətdə.
- Dinin olmadığı yerdə heç bir şey yoxdur; yoxluq belə yoxdur... Şeir və sənətsə heç yoxdur...
- Diz çök ey nəfs, baqağımda diz çök.
- Dünən keçdi bu günü düşünürəm, sabah varmı? Gəncliyinə güvənmə, ölənlər həmişə qocamı?
- Dünya gözəl olsaydı, doğularkən ağlamazdıq. Yaşayarkən təmiz qalsaydıq öləndə yuyunmazdıq.
- Dünya öküzün üstündə deyirlər amma; dünyanın üstündə nə qədər öküz bilərəm.
E
- Elə insanlar vardır ki; Kanalizasiyaya düşsələr, kanalizasiyanı çirkləndirərlər.
Ə
- Əziyyət qapısından çatılacaq dünyanı bilsəydin, yatağını yorğanını satardın.
F
- Fəlsəfə; çürük qozlarla dolu bir dənizdə möhkəm qozu axtarmaqdır.
G
- Gəncliyinə doya bilmədən getdi, deyirlər. Doymaq mümkünmü ki, doyub da getsin. Doymaq burada yoxdur. Bura acmağın yeridir.
H
- Hakim saqqalı uzanmış Nəcib Fazilə "meymuna dönmüsən Nəcib" deyib. Nəcib Fazil divara dönərək "indi də divara döndüm".
- Həmişə nəfs çıxır qarşıma, ölüb ölüb diriləndə; insandan qaçmaq asan, özümdən qaça bilsəm...
İ
- İndi Fateh qalxsa məzarından nə mən onu tanıyaram nə o məni tanıyar.. Amma İstanbulu bizanslılar almış deyib təkrar savaşar.
- İnsanın qazandığı puldan yox, pulun qazandığı insandan qorx.
- İnsanın sevdiyini itirməsi, dişini itirməsi qədər qəribədir. Ağrısını o an yaşanar, yoxluğunu ömür boyu.
K
- Kaş ki, mən Allah sözündən başqa, ağzından tək söz belə çıxardamayan bir dilsiz olsaydım!
- Kimə yar dediksə; O yar açdı yaranı.. Aydındır ki, gerçək sevənimiz yoxdur, Allahdan başqa!
- Kökünü bəyənməyən budaq və budağını bəyənməyən meyvə yetkinləşmədən çürüyər.
Q
- Qadın qəbiristanlığa girərkən başını bağlayır, çölə çıxarkən açır, ölüyə qarşı bağlayıb, diriyə qarşı açmaq ağla sığmaz.
- Qula qulluq etmə! Unutma ki, sən də qulsan. Və lazım olduğundan çox əhəmiyyət vermə! Yoxsa, unudularsan.
M
- Məqsəd tək, ölməmək.
- Mən bir qəribə insanam.. Nə taxtım var, nə tacım.. Tut əlimdən Allahım.. Tək sənə möhtacam.
- Mən keçmişimi bükdüm və qaldırıb zibilə atdım, bu zibilləri isə ancaq; pişiklər və itlər qarışdırar!
- Mənə müasir deyil deyirlərmiş. Nə böyük bir qürur! Mən bu əsrin xaricində qalmayım da, içindəmi boğulum?
N
- Nə gəlirsə başımıza haqqdandır; lakin gəlişin səbəbi, haqqdan ayrılmaqdır.
- Nə var ki bazarlığa girişəcək əcəllə, sərmayəm tək söz Allah Azze və Celle.
- Nəhənglər kimi əsərlər buraxmaq üçün, qarışqalar kimi çalışmaq lazımdır.
Ö
- Ölüm gözəl bir şey, budur pərdə arxasından xəbər, gözəl olmasaydı ölərmiydi peyğəmbər?!
- Ömürün ilk yarısı; ikinci yarısını gözləməklə, ikinci yarısı da; ilk yarısının həsrətiylə keçər.
- Öz özümüzün altında qalmamalıyıq ki, cəmiyyətin üstünə çıxaq.
S
- Sevdalın bu dağı deş desə, qaçar, deşərsən! İş Allaha gəldimi, gücün yox, səndələyərsən!
T
- Tabutumun taxtası, bilsəm hansı ağacda?
- Təkəm deyə kədərlənmirəm. Çünki bilirəm, tək insanın xəyanət edəni də olmaz...
- Tərəddüd etsən ayaqların səni daşımaz. gedəcəyəm de, bas və get!
- Tumurcuq dərdində olmayan ağac, odundur.
Ü
- Üç günlük dünya üçün səy üstünə səy, əbədi bir həyat üçün səy yox heyrət.
Y
- Yolumun qaranlığa batan nöqtəsində, sanki məni gözləyən bir xəyal görürəm.