Nəcib Fazil Qısakürək: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Rashad-95 (müzakirə | töhfələr)
Rashad-95 (müzakirə | töhfələr)
Sətir 82: Sətir 82:
== H ==
== H ==


* Həkim saqqalı uzanmış Nəcib Fazilə "meymuna dönmüsən Nəcib" deyib. Nəcib Fazil divara dönərək "indi də divara döndüm".
* Həmişə nəfs çıxır qarşıma, ölüb ölüb diriləndə; insandan qaçmaq asan, özümdən qaça bilsəm...
* Həmişə nəfs çıxır qarşıma, ölüb ölüb diriləndə; insandan qaçmaq asan, özümdən qaça bilsəm...



19:41, 17 yanvar 2012 versiyası

Fayl:Hasan Sami Bolak-Necip Fazıl 17-04-1965 Kayseri Tren İstasyonu.jpg
Nəcib Fazıl Qısakürək



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A

  • Ağacdan düşən yarpaq necə qurumağa məhkumsa; könüldən düşən insan da unudulmağa məhkumdur.
  • Ağlaya bilsəydiniz, anlaya bilərdiniz..
  • Axmaqlıq yoluxucudur.
  • Aldığımız nəfəsi belə geri veririksə, heç bir şey bizim deyil.
  • Allah var lakin bizim ondan, tək soruşulduğu zaman xəbərimiz var!
  • Armud deyib keçməyin, onun ilk hecası çox adamda yoxdur!

B

  • Bəziləri var ki, onlara alçaq belə deyə bilmirəm. Çünki alçaqlıq bir səviyyədir, onlar çuxurdu...

C

  • Cavabımın şiddətindən susuram!

D

  • Dində məcburiyyət yoxdur. Əlbəttə ki, hər kəs azaddır. İstəyən dünyada bişər, istəyən axirətdə.
  • Dinin olmadığı yerdə heç bir şey yoxdur; yoxluq belə yoxdur... Şeir və sənətsə heç yoxdur...
  • Diz çök ey nəfs, baqağımda diz çök.
  • Dünən keçdi bu günü düşünürəm, sabah varmı? Gəncliyinə güvənmə, ölənlər həmişə qocamı?
  • Dünya gözəl olsaydı, doğularkən ağlamazdıq. Yaşayarkən təmiz qalsaydıq öləndə yuyunmazdıq.
  • Dünya öküzün üstündə deyirlər amma; dünyanın üstündə nə qədər öküz bilərəm.

E

  • Elə insanlar vardır ki; Kanalizasiyaya düşsələr, kanalizasiyanı çirkləndirərlər.

Ə

  • Əziyyət qapısından çatılacaq dünyanı bilsəydin, yatağını yorğanını satardın.

F

  • Fəlsəfə; çürük qozlarla dolu bir dənizdə möhkəm qozu axtarmaqdır.

G

  • Gəncliyinə doya bilmədən getdi, deyirlər. Doymaq mümkünmü ki, doyub da getsin. Doymaq burada yoxdur. Bura acmağın yeridir.

H

  • Həmişə nəfs çıxır qarşıma, ölüb ölüb diriləndə; insandan qaçmaq asan, özümdən qaça bilsəm...

İ

  • İndi Fateh qalxsa məzarından nə mən onu tanıyaram nə o məni tanıyar.. Amma İstanbulu bizanslılar almış deyib təkrar savaşar.
  • İnsanın qazandığı puldan yox, pulun qazandığı insandan qorx.
  • İnsanın sevdiyini itirməsi, dişini itirməsi qədər qəribədir. Ağrısını o an yaşanar, yoxluğunu ömür boyu.

K

  • Kaş ki, mən Allah sözündən başqa, ağzından tək söz belə çıxardamayan bir dilsiz olsaydım!
  • Kimə yar dediksə; O yar açdı yaranı.. Aydındır ki, gerçək sevənimiz yoxdur, Allahdan başqa!
  • Kökünü bəyənməyən budaq və budağını bəyənməyən meyvə yetkinləşmədən çürüyər.

Q

  • Qadın qəbiristanlığa girərkən başını bağlayır, çölə çıxarkən açır, ölüyə qarşı bağlayıb, diriyə qarşı açmaq ağla sığmaz.
  • Qula qulluq etmə! Unutma ki, sən də qulsan. Və lazım olduğundan çox əhəmiyyət vermə! Yoxsa, unudularsan.

M

  • Məqsəd tək, ölməmək.
  • Mən bir qəribə insanam.. Nə taxtım var, nə tacım.. Tut əlimdən Allahım.. Tək sənə möhtacam.
  • Mən keçmişimi bükdüm və qaldırıb zibilə atdım, bu zibilləri isə ancaq; pişiklər və itlər qarışdırar!
  • Mənə müasir deyil deyirlərmiş. Nə böyük bir qürur! Mən bu əsrin xaricində qalmayım da, içindəmi boğulum?

N

  • Nə gəlirsə başımıza haqqdandır; lakin gəlişin səbəbi, haqqdan ayrılmaqdır.
  • Nə var ki bazarlığa girişəcək əcəllə, sərmayəm tək söz Allah Azze və Celle.
  • Nəhənglər kimi əsərlər buraxmaq üçün, qarışqalar kimi çalışmaq lazımdır.

Ö

  • Ölüm gözəl bir şey, budur pərdə arxasından xəbər, gözəl olmasaydı ölərmiydi peyğəmbər?!
  • Ömürün ilk yarısı; ikinci yarısını gözləməklə, ikinci yarısı da; ilk yarısının həsrətiylə keçər.
  • Öz özümüzün altında qalmamalıyıq ki, cəmiyyətin üstünə çıxaq.

S

  • Sevdalın bu dağı deş desə, qaçar, deşərsən! İş Allaha gəldimi, gücün yox, səndələyərsən!

T

  • Tabutumun taxtası, bilsəm hansı ağacda?
  • Təkəm deyə kədərlənmirəm. Çünki bilirəm, tək insanın xəyanət edəni də olmaz...
  • Tərəddüd etsən ayaqların səni daşımaz. gedəcəyəm de, bas və get!
  • Tumurcuq dərdində olmayan ağac, odundur.

Ü

  • Üç günlük dünya üçün səy üstünə səy, əbədi bir həyat üçün səy yox heyrət.

Y

  • Yolumun qaranlığa batan nöqtəsində, sanki məni gözləyən bir xəyal görürəm.

Vikipediyada Nəcib Fazil Qısakürək haqqında məqalə var.