Lev Tolstoy: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
k r2.7.2+) (Bot redaktəsi əlavə edilir: sq:Leo Tolstoy
k r2.7.2) (Bot redaktəsi əlavə edilir: nl:Leo Tolstoj
Sətir 85: Sətir 85:
[[lt:Levas Tolstojus]]
[[lt:Levas Tolstojus]]
[[ml:ലിയോ ടോൾസ്റ്റോയ്]]
[[ml:ലിയോ ടോൾസ്റ്റോയ്]]
[[nl:Leo Tolstoj]]
[[pl:Lew Tołstoj]]
[[pl:Lew Tołstoj]]
[[pt:Liev Tolstói]]
[[pt:Liev Tolstói]]

01:16, 29 yanvar 2012 tarixindəki versiya

Lev Tolstoy
  • Başqa hər şey də olduğu kimi riyazi bir nəzəriyyə üçün də elədir; gözəllik qəbul edilə bilər lakin açıqlana bilməz.
  • Başqaları üçün özünüzü unudun o zaman sizi də xatırlayacaqlar.
  • Biliklərin çoxluğu yox, keyfiyyəti əhəmiyyətlidir. Çox şey bilən, ən lazımlı şeyləri bilməyə bilər.
  • Bilməkdən qorxma, səhv bilməkdən qorx! Çünki bütün fəlakətlər ondan baş verir.
  • Biz həm qurdların doymasını, həm də qoyunların sağ qalmasını istəyirik.
  • Böyük izlər qoyan böyük fikirlər həmişə sadədir.
  • Bir insanı olduğu mövqe ilə deyil,göz qoyduğu mövqe ilə ölçmək lazımdır.
  • Bütün xoşbəxt ailələr bir-birlərinə bənzəyirlər, hər bədbəxt ailənin isə özünə xas bir bədbəxtliyi vardır.
  • Düzgünlük hər yerdə, xüsusən də tərbiyədə başlıca şərtdir.
  • Elə xoruzlar var ki, banladıqları üçün səhərin açıldığını düşünürlər.
  • Evliliyə muqəddəslik verən,eşqdir.
  • Ən yaxşı tərbiyə - yaxşı nümunədir.
  • Gözəl olan sevimli deyil, sevimli olan gözəldir.
  • Gözəl olan sevgili deyildir,sevgili olan gözəldir.
  • Hərkəs insanlığı dəyişdirməyi düşünür,amma heç kim əvvəl özünü dəyişdirməyi düşünmür.
  • Hərkəs insanlığın pisə getdiyini qəbul edər də; Heç kim özünün pisə getdiyini qəbul etməz...
  • Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək,Həyatını özün qur.
  • Hər şey gözləməyi bilən insana öz-özlüyündən gələr.
  • Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür.
  • Hər zaman qəlbimizdən gələn və doğru olduğuna inandığımız sesə tabe olmalıyıq,çünki o səs heç bir zaman yalan söyləməz...
    • "Hərb və Sülh" əsərindən
  • Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək, həyatını özün qur.
  • Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır.
  • İnsanlara ən ədalətli şəkildə paylanan nemət ağıldır. Çünki heç kim ağlından şikayətçi deyildir.
  • İnsanlar çox dəyişdi, diqqət yetirmək lazımdır. Biriylə əl sıxışdıqdan sonra, beşi də yerindəmi deyə barmaqlarını saymaq məcburiyyətindəsən.
  • İşıq saça bilmirsənsə, heç olmasa işığın qabağını kəsmə.
  • Qadın elə bir mövzudur ki, onu nə qədər araşdırırsan araşdır hər vaxt yenidir.
  • Mən Allaha inanıram. Onu hər şeyin başlanğıcı, ruh və sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram.
  • Nə qədər baş varsa, o qədər düşüncə tərzi olduğuna görə, nə qədər ürək varsa, o qədər də sevmək tərzi var..
  • Ölmək üçün doğulmuşdur insan, ona görə də hər yağış sonrası torpaq qoxusunu sevər..
  • Söz böyük şeydir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar ədavət və düşmənçilik də.
  • Şagirdlər müəllimlərin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar.
  • Sən yalan içində yaşayırsan, mən həqiqətdə, iddiası, bir insanın o birinə söyləyə biləcəyi ən mərhəmətsiz sözdür.
  • Söz böyük şeydir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olur, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar, ədavət və düşmənçilik də.
  • Şair həyatda yaxşi nə varsa götürür və öz əsərinə daxil edir.Ona görə onun əsəri gözəl,həyatı isə çirkin olur.
  • Tərbiyə ilə təhsil ayrılmazdır.

Vikianbarda Lev Tolstoy ilə əlaqəli mediafayllar var.

Vikipediyada Lev Tolstoy haqqında məqalə var.

Mənbə

  • f.e.n. B.Çərkəsov "Aforizmlər və hikmətli sözlər", elmi redaktor: f.e.d. K.Məmmədov, Bakı, Azərnəşr, 2005-ci il, səh. 111.