Mark Tven: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Rashad-95 (müzakirə | töhfələr)
k r2.7.2) (Bot redaktəsi əlavə edilir: li:Mark Twain
Sətir 153: Sətir 153:
[[ko:마크 트웨인]]
[[ko:마크 트웨인]]
[[ku:Mark Twain]]
[[ku:Mark Twain]]
[[li:Mark Twain]]
[[lt:Markas Tvenas]]
[[lt:Markas Tvenas]]
[[mr:मार्क ट्वेन]]
[[mr:मार्क ट्वेन]]

01:26, 29 yanvar 2012 tarixindəki versiya

Mark Tven



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A


  • Ağzını bağlı saxlamaq və insanlara axmaq olduğunu düşünməyə icazə vermək ağzını açıb bütün bu şübhələri uzaqlaşdırmaqdan daha yaxşı olar.

B


  • Bir klassik hər kəsin oxumuş olmaq istədiyi, ancaq kimsənin oxumağı istəmədiyi əsərdir.
  • Bizim ətrafımızda gülməli insanlar həddən artıq çoxdur. Onardan ən gülməlisi- ağ adamın digər vəhşilərə nisbətən özünü daha az təhlükəli hesab etmiş olmasıdır..

C


  • Cənnət ilə cəhənnəmlə əlaqədar artıq-əskik danışmaq istəmərəmm çünki hər ikisində də dostlarım var.
  • Cəsarət qorxunun yoxluğu deyil, qorxuya müqavimət göstərmək, qorxuya hökm etməkdir.

D


  • Dünyada tək zərər verməyən qadın, anadır.
  • Dünyanın sizə sanki borcu var kimi fikirlər düşünməyin, o sizdən əvvəl movcüd olmuşdur və sizə heç nə verə bilməz.

E


  • Elə şəkildə yaşamalısan ki, öldüyün zaman tabutçu belə matəm tutsun.
  • Eyni yolu birlikdə getdiyimizi sandığımız insanlar, əslində bizə sadəcə gedəcəkləri yerə qədər yoldaşlıq edir.

H


  • Heç bir zaman məktəbinizin təhsilinizə maneə törətməsinə icazə verməyin.
  • Hər kəs aya bənzər.Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.
  • Hər günə həyatının ən gözəl günü olması üçün şans ver.
  • Hər zaman doğrunu söylə; nə dediyini xatırlamaq məcburiyyətində qalmazsan.

X


  • Xəyallarınızı itirdiyiniz an həyatınızın sonu gəlmiş deməkdir.

İ


  • İngilis elə adamdır ki, əvvəllər olan, edilmiş, halları təkrar edir, amerikalı- əvvəllər olmayan, edilməmiş halları etmək üçün çalışır.
  • İnsan 80 yaşında doğulub 18 yaşına qədər yavaş-yavaş yaşasaydı, daha xoşbəxt olardı.
  • İtirdiklərim arasında ən çox ağılım üçün darixıram.

K


  • Kainat mənə bir həyat borcludur, deyərək ortalıqlarda gəzməyin. O, sizə heç bir şey borclu deyil.
  • Kədər gələndə özü-özünün qayğısına qalır.Sevincin bütün dərinliyini yaşamaq üçünsə gərək onu kimləsə bölüşəsən.

M


  • Mən həyatım boyu bir sıra təhlükəli pillələrdən keçə bildim, onların bir hissəsi həqiqətən həyatımda olmalı idi, mən özümü tapmış oldum.
  • Mən duelleri ümumiyyətlə qəbul etmirəm. əgər hər-hansı kişi məni duelə çağırmağa cəhd edərsə sadəcə onun qolundan tutub, onu sakit yerə apararaq, sakitcə öldürərəm.

Ö


  • Özünüzə olan inamınızı sarsıtmağa çalışanlardan uzaq olun.Bu cılız insanlara xas olan cəhətdir.Böyük insan isə,əksinə,sizə sizin də böyük ola biləcəyinizə inam hissi aşılayır.

S


  • Sabaha iki gündən sonra elə bildiyin şeyi planlaşdırma.
  • Siqaret çəkməyi atmaq ən asan işdir, mən yüz dəfələrlə atmışam.

T


  • Təəssüflər olsun ki,bəzən insanı çaşdırmağın bir yolu-ona həqiqəti olduğu kimi söyləməkdir.
  • Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir sahəsinin xaricində qala bilməz. Pis əxlaqları yaxşıya çevirə bilər; pis qanunları yuyar və yerinə yenilərini qoyar; insanları mələklər səviyyəsinə çıxara bilər.

V


  • Vətənpərvər o insandır ki, həmişə mən vətənpərvərəm deyə qışqırır, lakin bu qışqırıq nə üçündür?-onu anlamır.


Vikianbarda Mark Tven ilə əlaqəli mediafayllar var.

Vikipediyada Mark Tven haqqında məqalə var.