Oskar Uayld: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
k r2.7.1) (Bot redaktəsi əlavə edilir: ml:ഓസ്കാർ വൈൽഡ്
k r2.7.2) (Bot redaktəsi dəyişdirilir: uk:Оскар Вайльд
Sətir 193: Sətir 193:
[[ro:Oscar Wilde]]
[[ro:Oscar Wilde]]
[[ru:Оскар Уайльд]]
[[ru:Оскар Уайльд]]
[[simple:Oscar Wilde]]
[[sk:Oscar Wilde]]
[[sk:Oscar Wilde]]
[[sl:Oscar Wilde]]
[[sl:Oscar Wilde]]
Sətir 200: Sətir 199:
[[sv:Oscar Wilde]]
[[sv:Oscar Wilde]]
[[tr:Oscar Wilde]]
[[tr:Oscar Wilde]]
[[uk:Оскар Уайльд]]
[[uk:Оскар Вайльд]]
[[wo:Oscar Wilde]]
[[wo:Oscar Wilde]]
[[zh:王爾德]]
[[zh:王爾德]]

11:06, 29 yanvar 2012 tarixindəki versiya

Oskar Uayld



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A

  • Adamın ən qorxduğu şey əvvəl axır başına gəlirmiş.
  • Ağıllı bir adam qadınlar haqqında nə düşündüyünü söyləməz.
  • Ailə həyatının gözəlliyi kimi heç bir şey yoxdur.
  • Axıb gedən bir bataqlığın içindəyik hamımız; amma, ulduzlara baxır bəzilərimiz.
  • Axmaqlıqdan başqa günah yoxdur.

B

  • Bir kişi bir qadınla ancaq onu sevmədiyi müddətcə xoşbəxt ola bilər.
  • Bizə paxıllıq edənlərin sayı, bacarıqlarımızı doğrular.
  • Bu dünyada yalnız iki növ fəlakət vardır, biri məqsədinə çata bilməmək, digəri isə çatmaq.
  • Bu əsrin gücü sərvətdir.

D

  • Dostun kədərinə kədərlənə bilərsən. Bu Asandır; amma dostun müvəffəqiyyətinə sevinə bilmək, möhkəm bir xarakter tələb edir.
  • Dünyanı, ağıllılar yaşasın deyə axmaqlar qurmuşdur.
  • Düşmənlərinizi hər zaman bağışlayın. Heç bir şey onlara bunun qədər pis təsir edə bilməz.

E

  • Evlilik, bütün qadınların razılaşdığı, bütün kişilərin də razılaşa bilmədiyi bir mövzudur.

Ə

  • Əgər bir insan bir kitabı oxuduqdan sonra, onu təkrar oxumaqdan zövq almırsa, o kitabı oxumuş olmasının belə heç bir dəyəri yoxdur.
  • Əgər siz heç olmasa həftədə iki dəfə əxlaq haqqında əxlaqsızlıqlarla dolu auditoriya qarşısında boşboğazlıq edə bilmirsinizsə siyasət meydanı sizin üçün bağlıdır.
  • Əxlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!
  • Ərdəm və pis xasiyyət, sənətçinin sənətinin vəsaitidir.

G

  • Gənclik, sahib olmağa dəyər tək şeydir.

H

  • Heç bir centilmen kişinin pulu olmamışdır.
  • Heç kim keçmişini geri ala biləcək qədər zəngin deyil.
  • Həmişə mümkün olmayan hallara bizi inandırmağa məcbur edən hiss: sevgi adlanır.
  • Həyat o qədər lənət bir şey ki; Hər kəsin səhv etdiyini doğru etsən, səhv etmiş sayılırsan..
  • Hər kəs mənim düşüncəmə qatılsa yanılmış olmaqdan qorxaram.
  • Hər şeyi biləcək qədər gənc deyiləm.

İ

  • İctimai demokratiya xalqın xalq tərəfindən xalq üçün çətin vəziyyətə salınmasıdır.
  • İkinci bir eşq tapmadan, birincini unuda bilməzsiniz.
  • İnanmaq çox darıxdırıcıdır. Şübhəli olmaq sıx düşüncələrə dalmaqdır. Tətikdə olmaq yaşamaqdır. Təhlükəsizlik uğruna uyğunlaşmaq ölümdür.
  • İndiki vaxtda insanlar hər şeyin qiymətini bilir, heç bir şeyin dəyərini bilmir.
  • İnsan aşiq olduğu zaman öz özünü aldatmaqla işə başlar, başqalarını aldatmaqla da işi bitirər.
  • İnsanın dərdləriylə başa çıxmasının ən asan yolu onu başqalarına yükləməkdir.
  • İnsanların sənin haqqında danışmasından daha pis bir tək şey vardır: insanların sənin haqqında danışmaması.
  • İnsanların yüzdə doxsanı yaşamazlar, sadəcə vardırlar.
  • İtirdim sandıqların, xilas olduqlarındır bəlkə. Unutma, kimi getdiyi yeri xoşbəxt edər, kimi tərk etdiyi yeri.

K

  • Kimsə keçmişini geri satın ala biləcək qədər zəngin deyildir.
  • Kişilər qadınların ilk sevgilisi, qadın isə kişilərin son sevgilisi olmaq istəyərlər.

Q

  • Qadın ərini daha az sevməli, lakin daha çox anlamalı, kişi, arvadını daha çox sevməli, lakin anlamağa çalışmamalıdır.
  • Qəribədir qadınlar.. Özlərini güldürən kişiləri yalnız sevərlər; onları ağladanlara isə aşiq olarlar.

M

  • Moda deyilən şey o qədər çirkindir ki, onu hər 6 ayda bir dəyişdirirlər.
  • Müvəffəqiyyətin və pulun zamanı gənclikdir.

Ö

  • Özümə yalan danışmağa başladığımdan bəri heç kimə inanmıram.

P

  • Pul üçün satmadım özümü, müvəffəqiyyətə böyük bir əvəz verdim.

S

  • Sadəcə axmaqların ciddiyə alındığı bir dünyada yaşayırıq. O halda məni anlamırlar deyə kədərlənmək niyə?
  • Sənət əsəri bənzərsizdir, nərgiz çiçəyindən fərqi budur.

T

  • Tanrı üçün qırıq qəlbi bərpa etmək asandır. Yalnız insan onu bütün hissələri ilə ona verərsə bu mümkündür.

V

  • Vaxt-pul itkisidir.
  • Vətənpərvərlik mərhəmətsizlərin ərdəmidir.
  • Vicdan bizim hamımızı eqoist edir.

Y

  • Yaşlılar hər şeyə inanırlar.. Orta yaşlılar hər şeydən şübhələnirlər.. Gençler də hər şeyi bilirlər.
  • "Ya divar kağızı gedir, ya da mən".
    • Son sözləri

Vikianbarda Oskar Uayld ilə əlaqəli mediafayllar var.

Vikipediyada Oskar Uayld haqqında məqalə var.