Jorj Sand: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
k r2.7.2) (Bot redaktəsi əlavə edilir: nl:George Sand
k r2.7.3) (Bot redaktəsi əlavə edilir: li:George Sand
Sətir 42: Sətir 42:
[[hy:Ժորժ Սանդ]]
[[hy:Ժորժ Սանդ]]
[[it:George Sand]]
[[it:George Sand]]
[[li:George Sand]]
[[lt:Žorž Sand]]
[[lt:Žorž Sand]]
[[nl:George Sand]]
[[nl:George Sand]]

12:47, 14 iyul 2012 versiyası

Corc Sənd
  • Kişi həmişə uşaqdı, hətta böyüsə belə əlində hakimiyyət tutmuş uşaqdı.
  • Bəzən bircə kişinin ağlına təsir edə bilməyən kişilər qadınların ağlını əlindən alıb ona sonsuz dərəcədə təsir göstərə bilirlər.
  • Həyatda bir sevinc var – sevib sevilmək.
  • Həyatda bir dənə də kişi tapılmaz ki, qadının təkcə ruhu və mahiyyətiylə uzun müddət kifayətlənə bilsin.
  • Evlilik evlənənə qədər çox gözəl olur.
  • Sevgisiz evlənmə ömürlük katorqadır.
  • Analıq əlbəttə ki, insanı sonsuz dərəcədə xoşbəxt edə bilir. Amma sevgidə, evlilikdə olan xoşbəxtlik insana elə baha başa gəlir ki, onu heç düşmənimə də arzulamaram.
  • Fikirlərinin yaşını heç kimə açma.
  • Səni unudanların çiçəkləri məzar üzərində daha yaxşı bitir.
  • Mənim peşəm azadlıqdı, mənim arzum heç kimdən nə sədəqə, nə də mərhəmət gözləməkdi.
  • Qoy başqaları bir-birinə təmbəllikdən öyrəşsin, etinasızlıqdan bağışlasın.
  • Mən başqalarının bağbanlıqla məşğul olduğu kimi ədəbiyyatla məşğulam.
  • Həyatımızın bir səhifəsini də cırıb ata bilmərik, amma həyatımız yazılmış romanı ocağa atıb tam külə döndərərik.
  • Həyat çox vaxt romana bənzəyir, nəinki bizim romanlar həyata.
  • Sevgi haqqında ağıllı sözlər deyən kişi aşiq olmayıb.
  • Hər şeyi bilmək lazım deyil, hər şeyi anlamaq kifayət edər.
  • Şüur heç vaxt ağlamır, bu onun işi deyil. Ürəksə heç vaxt düşünmür, o bizə bununçün verilməyib.

Vikianbarda Jorj Sand ilə əlaqəli mediafayllar var.

Vikipediyada Jorj Sand haqqında məqalə var.