Avraam Linkoln: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
k Bot redaktəsi əlavə edilir: ta:ஆபிரகாம் லிங்கன்
k r2.7.2) (Bot redaktəsi əlavə edir: fr:Abraham Lincoln
Sətir 61: Sətir 61:
[[fa:آبراهام لینکلن]]
[[fa:آبراهام لینکلن]]
[[fi:Abraham Lincoln]]
[[fi:Abraham Lincoln]]
[[fr:Abraham Lincoln]]
[[gl:Abraham Lincoln]]
[[gl:Abraham Lincoln]]
[[he:אברהם לינקולן]]
[[he:אברהם לינקולן]]

22:16, 14 aprel 2013 versiyası

Avraam Linkoln
  • Alqışlara inanmayın; əksəriyyət alqışlayırsa yaxşı, gözəl amma alqışlayanlar ya yaltaqların əlləridirsə.
  • Aynaya baxdığında başqa birini görmək istəmirsənsə özün kimi ol.
  • Başqalarının azadlıqlarını tanımayanlar, azadlığa layiq deyil.
  • Bəzi insanları hər zaman, bütün insanları da bəzən aldada bilərsiniz; amma bütün insanları hər zaman aldada bilməzsiniz.
  • Bir ölkə, yarı qul, yarı azad insanlardan meydana gəlsə yaşaya bilməz.
  • Çətinliyə demək olar ki, hər insan dözə bilər lakin onun xarakterini sınamaq istəyirsinizsə ona güc verin.
Başqalarının azadlıqlarını tanımayanlar, azadlığa layiq deyil.
  • Danışıb da axmaqlığınızı ortaya qoyacağınıza, danışmayın da heç olmazsa hər kəsin şübhəsi qalsın.
  • Demokratiya, xalqın xalq tərəfindən xalq üçün idarəsidir.
  • Dünyanın böyük adamları məktəblərinin ən böyük şagirdləri deyildi; çox vaxt ən böyük məktəbləri bitirənlər də həyatın böyük adamları olmamışlar.
  • Əgər əvvəlcə harada olduğumuzu və hara meylimiz olduğunu bilsək, nə etməmiz lazım olduğunu və necə edəcəyimizi yaxşı qiymətləndirə bilərik.
  • Güc davamlıdır; amma gücün qazandığı zəfərlərin ömürü çox qısa olar.
  • Heç bir şeydən əsla imtina etmə, çünki imtina edənlər yalnız itirənlərdir.
  • Həyatda olduğum, olacağım hər şeyi gözəl anama borcluyam.
  • Xarakter ağac isə, şan və şərəf o ağacın kölgəsi kimidir; biz həmişə kölgəni düşünürük halbuki gerçək olan ağacın özüdür.
  • Xidmətçi olmağı istəmədiyim kimi, xidmətçi istifadə etməyi də sevmirəm; mənim demokratiya anlayışım budur.
  • Kimsə kimsəni razılığı olmadan idarə edə bilməz.
  • Mən inanıram ki, Müqəddəs Kitab Allahın insana verdiyi ən yaxşı hədiyyədir. Dünyanın xilaskarından olan bütün yaxşı şeylər bu kitab vasitəsilə bildirilir.
  • Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız söyləyim; Anamdır.
  • Məktəbdə səhv etməyin, hiylə etməkdən çox daha şərəfli olduğunu öyrət ona.
    • Oğlunun müəlliminə
  • Nə qədər xoşbəxt olmağa qərar vermişsinizsə o qədər xoşbəxt olarsınız.
  • Sabah geridə qalan ömürümüzün ilk günüdür.
  • Siz içkini müdafiə edə bilərsiniz amma içki sizi əsla müdafiə etməz.
  • Səhvdən qorxan bir insan heç bir şey edə bilməz.
  • Siyasətçilər xalqın mənfəətlərindən fərqli çıxarlara sahib olan insanlar birliyidir.
  • Ya azad bir millət olaraq yaşayaq ya da ölək.


Vikianbarda Avraam Linkoln ilə əlaqəli mediafayllar var.

Vikipediyada Avraam Linkoln haqqında məqalə var.