Nikola Şamfor: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
k r2.7.3) (Bot redaktəsi əlavə edilir: hr:Nicolas Chamfort
k r2.7.2) (Bot redaktəsi əlavə edir: ca:Sébastien Roch Nicolas Chamfort
Sətir 14: Sətir 14:
[[bg:Никола Себастиан Шамфор]]
[[bg:Никола Себастиан Шамфор]]
[[bs:Nicolas Chamfort]]
[[bs:Nicolas Chamfort]]
[[ca:Sébastien Roch Nicolas Chamfort]]
[[cs:Sébastien-Roch Nicolas de Chamfort]]
[[cs:Sébastien-Roch Nicolas de Chamfort]]
[[de:Nicolas-Sébastien de Chamfort]]
[[de:Nicolas-Sébastien de Chamfort]]

07:00, 15 aprel 2013 tarixindəki versiya

  • Fürsət adamın qapısını iki dəfə döyməz.
  • Kamil insan bu dəyişkən dünyaya nikbin nəzərlərlə baxır və onu olduğu kimi qəbul edir. Hətta köhnə adət və ənənələrin müasirliyə uyğun gəlmədiyini görsə belə, onlara hörmətlə yanaşır.
  • Əqidə ağlın vicdanıdır.
  • Dələduzlar həmişə təmiz adam kimi görünməyə çalışır və çox vaxt buna nail olurlar.
  • Ən varlı adam qənaətcil, ən yoxsul adam isə xəsis adamdır.
  • Cavanlıqda bilik ağacı əkməsək, qocalanda kölgəsinə sığınası ağacımız olmaz.
  • Vüqar sanki insanın boyunu ucaldır, şöhrətpərəstlik isə üfürüb şişirdir.
  • Çox böyük ləyaqətlər insanı cəmiyyət üçün faydasız edir: bazara qızıl külçəsi ilə getmirlər, bazar üçün kağız pul, ələlxüsus da xırda pul lazımdır.
  • Üç növ yalançı var: xam yalançı, and içən yalançı və heç vaxt yalan söyləmədiyini iddia edən yalançı.
  • Böhtan zəhlətökən eşşək arısına oxşayır: onu yerindəcə öldürəcəyinizə əmin deyilsinizsə, qovmağa da çalışmayın. Yoxsa o, yenidən, özü də daha böyük qəzəblə üstünüzə hücum edəcək.