Fyodor Dostoyevski: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
k r2.6.6) (Bot redaktəsi əlavə edir: ky:Достоевский, Фёдор Михайлович
k r2.6.6) (Bot redaktəsi əlavə edir: el:Fyodor Dostoyevsky
Sətir 144: Sətir 144:
[[cs:Fjodor Michajlovič Dostojevskij]]
[[cs:Fjodor Michajlovič Dostojevskij]]
[[de:Fjodor Dostojewski]]
[[de:Fjodor Dostojewski]]
[[el:Fyodor Dostoyevsky]]
[[en:Fyodor Dostoevsky]]
[[en:Fyodor Dostoevsky]]
[[es:Fiódor Dostoyevski]]
[[es:Fiódor Dostoyevski]]

16:46, 4 iyun 2013 tarixindəki versiya

Fyodor Mixayloviç Dostoyevskinin portreti


Fyodor Mixayloviç Dostoyevski (rusca: Фёдор Михайлович Достоевский) (11 noyabr 1821 - 9 fevral 1881) - Rus roman yazıçısıdır. Dünya ədəbiyyat tarixinin gəlmiş keçmiş ən böyük yazıçılarından biri və bir çox dahiyə görə ən böyük yazıçı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

B

  • Bil ki, insanın dəyərini varlığı deyil yoxluğu göstərər. Unutma, yoxluğu bir şey dəyişdirməyənin, varlığı lazımsızdır.
  • Bir çox insan xoşbəxt olduğunu bilmədiyi üçün bədbəxtdir.
  • Bir insanın həyatının ikinci yarısı, ilk yarıda qazanılan vərdişlərin davam etdirilməsindən ibarətdir.
  • Bir ağacın qarşısından onu sevmədən, onun var oluşundan xoşbəxtlik hiss etmədən keçilə biləcəyini ağlım qəbul etmir.
  • Bir insan ümidini itirər və məqsədsiz qalarsa, sırf can sıxıntısı belə onu bir heyvana çevirə bilər.
  • Bəzi insanlar, ev itləri kimi, yamandıqları qapıdan ayrılmazlar.
  • Bir qadının həyatı; hər hansı bir kişiyə boyun əyib bağlanmaq üçün bir axtarışdan başqa bir şey deyil.
  • Buna əminliklə inanın ki, xalqını anlamayan, onunla əlaqələrini qoparan insan bunu etdiyi ölçüdə yurduna inancını itirər, ya dinsiz olar ya da duyğusuz bir odun.
  • Bəraət qazandırın, qınamayın, amma yamanlığa, pisliyə başqa ad verməyin.

C

  • Canlı Allah görmək istəyən onu şüurunun bomboş fəzasında yox, sadə insan sevgisində tapacaq.

Ç

  • Çox vaxt, sözün həqiqi mənasında ağrıyla başa düşürəm ki, , izah etmək istədiyimin iyirmidə birini belə izah edə bilmədim və hətta heç bir şey izah edə bilmədim. Məni rahatlaşdıran şey, Tanrının bir gün mənə o gücü və ilhamı göndərəcəyinə, mənim də özümü tamamilə izah edə biləcəyəimə, qısacası ürəyimdəki və xəyal dünyamdakı hər şeyi ortaya qoyacağaıma dair olan ümidimdir.

D

  • Dünyaya qalib çıxmaq istəyirsənsə, əvvəl özünə qalib ol.

E

  • Evlənmə, boşanma işi sırf qadınların əlində olsaydı, bir tək nikah möhkəm qalmazdı.
  • Elə dəqiqələr var ki, insanlar bu vaxt cinayət istəyirlər.

Ə

  • Əgər bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində məsum bir körpənin göz yaşı axacaqsa, həmin saray mütləq tar-mar olacaqdır.
  • Əgər həyatda həmişə xoşbəxt olsam, xəyalini quracaq nəyim qalar?
  • "Əsgərlikdən kartofdan nifrət etdiyim qədər nifrət edirəm"

G

  • Gedən dönməyəcəksə, qalanların dəyərini biləcəksən. Ölənlə ölünmürsə əgər, qalanlarla yaşamağa davam edəcəksən.
  • Gözyaşları quruyar.

H

  • Həyatımızda ən uca, ən güclü, ən faydalı dayağımız ana ata evindən qalan xatirələrimizdir.
  • Həqiqi sevən ürəkdə ya qısqanclıq sevgini, ya da sevgi qısqanclığı öldürür.
  • Həyatı onun mənasından artıq sevmək lazımdı.
  • Həyata yenidən başlasaydım, saniyələrin nəbzini tutardım.
  • Hər kəs hər şeydə cavabdehdir.
  • "Hər şey sanki bir möcüzə kimi oldu"

X

  • Xoşbəxtlik xoşbəxtliyin özündə deyil, onu qazanmaqdadır.
  • Xoşbəxt son deyə bir şey yoxdur. Çünki bir şeydə son varsa orada xoşbəxtlik yoxdur

İ

  • İnsan yaşamağı və yaşamamağı eyni şey deyə qəbul etdiyi zaman azadlığa qovuşar.
  • İnsanların səadət qədər fəlakətə də ehtiyacı vardır.
  • İnsanoğlu çox dərin bir varlıqdır. Mən Tanrı olsaydım bu qədər dərin yaratmazdım.
  • İnsanoğlu özünü fəda etməkdə tapdığı xoşbəxtliyi başqa heç bir şeydə tapa bilməz.
  • İnsanın ruhunu ucaldan bir əzab, ucuz bir xoşbəxtlikdən daha yüksəkdir.
  • İnsanın özündən üz çevirməyə, dünyada olub bitənləri görməməzliktən gəlməyə haqqı yoxdur.
  • İnsanlar bədbəxt olmadıqca başqalarının bədbəxtliyini anlaya bilməz.
  • İnsanların bir-birini tanıması üçün ən yaxşı zaman, ayrılmalarına ən yaxın olan zamandır.
  • İnsanların ən çox qorxduğu şey yeni bir addım atmaq,yeni bir kəlmə söyləməkdir..
    • Cinayət və Cəza
  • İnsanların bəzən nəyə güldüklərini anlamaq çətindir.
  • İstər şirin, istər ağrılı olsun, xatirə insana həmişə əzab verər.

Q

  • Qardaşına yazdığı bir məktubda "Cinayət və cəza" romanı üçün:
"Mövzusu doğrudan çox gözəldir.Romanın qəhrəmanı isə bugünə qədər heç işlənməmiş bir obrazdır. Amma günümüzdə Rusiyada bu cür insan tez-tez qarşımıza çıxmaqdadır."
  • Qadını dirçəldən, onu uçurumun dibinə qədər düşməkdən qoruyaraq həyata yenidən bağlanmasını təmin edən yeganə qüvvə eşqdir.

M

  • Məncə, şeytan deyə bir şey gerçəkdə yoxsa, insanoğlu onu uydurmuşsa, özünə baxaraq, özünü nümunə götürərək uydurmuşdur.

R

  • Rahatlıqla xoşbəxtlik olmaz. Xoşbəxtlik əzabla əldə edilər, insanoğlu həyata xoşbəxt olmaq üçün gəlməmişdir.

S

  • Sadə bir adam, anlaşılmaz bir adamdan daha da qorxuludur.
  • Sevgi o qədər qüdrətlidir ki, insanları yenidən doğulmağa məcbur eləyir.

T

  • Tanımadığını sevmək mümkün deyil.

U

  • Uşaq, dünyanın ən böyük səadətidir.
  • Uşaqları sevən həyatı da sevər.

Ü

  • Ürəyi olub da ağılı olmayan bir qadın, ağılı olub da ürəyi olmayan bir qadın qədər bədbəxtdir.

Vikianbarda Fyodor Dostoyevski ilə əlaqəli mediafayllar var.

Vikipediyada Fyodor Dostoyevski haqqında məqalə var.