Rabindranat Taqor: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
k r2.7.3) (Bot redaktəsi əlavə edilir: ar:طاغور
k Bot redaktəsi silir: de:Rabindranath Tagore (deleted)
Sətir 34: Sətir 34:
[[ca:Rabindranath Tagore]]
[[ca:Rabindranath Tagore]]
[[cs:Rabíndranáth Thákur]]
[[cs:Rabíndranáth Thákur]]
[[de:Rabindranath Tagore]]
[[el:Ραμπιτρανάθ Ταγκόρ]]
[[el:Ραμπιτρανάθ Ταγκόρ]]
[[en:Rabindranath Tagore]]
[[en:Rabindranath Tagore]]

21:00, 14 iyun 2013 tarixindəki versiya

Rabindranat Taqor
  • Ey gənc qız! Sənin sadəliyin gölün şəffaflığı kimidir, o sənin sədaqətinin dərinliyini göstərir.
  • Təriflənmək məni utandırır, çünki gizlində onu arzulayıram.
  • Dünya axıb getmir, çünki ölüm yarğan deyil.
  • Ey dostum! Doğan günəş sənin böyük qəlbini şəfəq söküləndə tənha dağın qarlı zirvəsi kimi işıqlandırmışdır.
  • Qəlbim tutqun bir sükut içində mətbəx çəyirtkəsinin cırıltısını eşidir. Bu səsin boz alatoranlığıdır.
  • Sən məni gündüzün izdihamlı zəvvarlığından axşamın tənhalığına gətirdin. Bunun mənası nədir? Gecənin sükutu içində bunu anlamaq istəyirəm...
  • Həyat dənizdə bir səyahətdir ki, biz burada eyni kiçik bir gəmidə rastlaşırıq. Ölməklə biz sahilə çatır və başqa-başqa aləmlərə yönəlib bir-birimizdən ayrılırıq...
  • Bu gün qəlbimdə vətən həsrəti var: zaman dənizləri ardında orada bircə xoş saat arzulayıram.
  • Yalan nə qədər qüdrət sahibi olsa da əsla həqiqət ola bilməz.
  • Qəlbim öz nəğmələrinin coşan dalğaları ilə günəşli günün bu yaşıl aləmini oxşamağa can atır.
  • Bir işim olmayanda, mənim hərəkətsizliyimdə, suları sakit olan dəniz sahilinin axşamı kimi, dərin bir sükunət və asudəlik var.
  • Ey qadın! Sənin gülüşün dirilik bulağının musiqisidir..
  • Bu dünya gözəlliyin musiqisi ilə ram edilən coşğun fırtınalar dünyasıdır.

Vikipediyada Rabindranat Taqor haqqında məqalə var.