Fransua de Laroşfuko: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
k Bot redaktəsi əlavə edilir: hr:François de La Rochefoucauld
k Bot redaktəsi əlavə edir: ca:François de La Rochefoucauld
Sətir 155: Sətir 155:
[[bg:Франсоа дьо Ларошфуко]]
[[bg:Франсоа дьо Ларошфуко]]
[[bs:François de La Rochefoucauld]]
[[bs:François de La Rochefoucauld]]
[[ca:François de La Rochefoucauld]]
[[cs:François de la Rochefoucauld]]
[[cs:François de la Rochefoucauld]]
[[de:François de La Rochefoucauld]]
[[de:François de La Rochefoucauld]]

21:19, 14 iyun 2013 tarixindəki versiya

Fransua de Laroşfuko



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A

  • Az amma dürüst bir zəka, zamanla çox amma pozğun bir zəkadan daha çox can sıxar.
  • Aldadılmanın ən yaxşı yolu, özünü hər kəsdən hiyləgər sanmaqdır.

B

  • Bəzən sevdiyimizin bizə yanıldığımızı ifadə etməsi, bizi aldatmasından daha ağır gəlir.
  • Bir adamın dəyəri, böyük qabiliyyətləriylə deyil, onları necə istifadə etdiyinə baxılaraq ölçülməlidir.
  • Bir zamanlar sevilməyə layiq olmuş yaşlı kəslər üçün ən təhlükəli gülünclük, artıq elə olmadıqlarını unutmalarıdır.
  • Bütün ehtiraslar bizə cinayət törədir amma, bizi ən gülünc səhvlərə salan eşqdir.

C

  • Ciddilik, zehin əskikliklərini örtmək üçün icad edilmiş bir rəftardır.

Ç

  • Çaylar dənizdə itdikləri kimi, fəzilətlər də mənfəətdə itərlər.

D

  • Dinə möhkəm bağlı olmaq istəyən çoxdur amma, təvazökar olmağa kimsə yanaşmaz.
  • Dünya üzərində müvəffəqiyyətli ola bilmək üçün, müvəffəqiyyətli kimi görünməmizi təmin edən hər şeyi edərik.
  • Düşmən istəsəniz dostlarınızı keçməyə çalışın. Dost istəsəniz , buraxın , dostlarınız sizi keçsin.
  • Düzəltmək istəmədiyimiz qüsurlarımızla öyünməyə çalışarıq.

E

  • Edilən iş nə qədər parlaq olursa olsun, yüksək bir məqsədin nəticəsi deyilsə, böyük sayılmamalıdır.
  • Elə qüsurlar vardır ki, böyük qabiliyyətləri meydana gətirərlər.
  • Eşqdə olduğu kimi dostluqda da, insan bildiyi şeylərdən çox bilmədikləri üzündən xoşbəxtdir.
  • Eşqdən müalicə edən bir çox dərman vardır, amma yaxşılaşdıracağı qəti olanı yoxdur.
  • Eşqbazlıqda ən az olan şey eşqdir.
  • Evlənmənin yaxşısı olar amma qüsursuzu olmaz.

Ə

  • Əgər başqalarını aşağı görməsəydik başqalarının yüksəkdən baxmalarından şikayətlənməzdik.
  • Ən comərdcə verilən şey öyüddür.
  • Əsl dostluq paxıllıq hissi nə olduğunu bilməməkdir.
  • Əsl sevgini tapmaq çox çətindir, amma əsl dostluğu əldə etmək ondan da çətindir.
  • Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb.

G

  • Gerçək eşq xəyalət kimidir. Hər kəs ondan danışır, amma görən çox azdır.
  • Gözəl qadınlar üçün ləl-cəvahirat nə isə, qabiliyyət üçün də yüksəklik odur.
  • Gözəl hərəkətləri tərifləmək, bunlarda bir növ pay sahibi olmaq kimidir.

İ

  • İkinci bir sevgi tapa bilməzsək, birincisinə uzun müddət bağlı qalarıq.
  • İlk sevdiklərində qadınlar, aşiqlərini sevərlər, o birilərdə isə sevdikləri eşqdir.
  • İnsanların çoxu üçün təşəkkür, yalnız daha böyük köməklər üçün gizli bir ümiddir.
  • İnsanların xoşbəxtlikləri ya da bədbəxtlikləri, qədərin olduğu qədər də xarakterlərinin əsəridir.

K

  • Kinimiz böyüdükcə, kin saxladığımız kimsədən daha kiçilərik.
  • Kiçik qüsurlarımızı etiraf edişimiz, böyük qüsurlarımız olmadığına hər kəsi inandırmaq üçündür.

Q

  • Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir.
  • Qadınların çoxunun dostluqdan bir şey anlamamaları, eşqi daddıqdan sonra dostluğun yavan gəlməsidir.

M

  • Müdriklikdən sonra insanlara edilmiş ən gözəl hədiyyə – məhz dostluqdur.

N

  • Nə günəşə, nə də ki, olümə gözlərini zilləyib baxmaq olmaz.
  • Nədənsə insanlar varlı və şöhrətli adamla rastlaşdıqda nəzakətli olur, lakin sevinmirlər. Yoxsul və məzlum adamla rastlaşdıqda isə sevinir, lakin nəzakətli olmurlar.
  • Nəsihət vermək asan, nümunə olmaq çətindir.

Ö

  • Öz qüsurlarımızın tam ziddləriylə öyünərik: İradəsizikmi, inadçı olmaqla öyünərik.

S

  • Sevmək , evməmək insanın əlində olmadığına görə, nə aşiq sevgilisinin vəfasızlığından, nə də sevimli aşiqinin qeydsizliyindən şikayətdə haqlıdır.
  • Sevməkdən usandığımız zamanlar, sevgilimizin sədaqətsizliyi bizi sədaqət zəruriliyindən qurtardığı üçün, xoşumuza gedər.

Ü

  • Ümidlərimizə görə söz verər və qorxularımıza görə hərəkət edərik.
  • Üstün xüsusiyyətlərlə doğulmuş olmanın ən gerçək əlaməti, qısqanclıq duyğusundan məhrum doğulmuş olmaqdır.

Y

  • Yaxşı bir nəsihətdən faydalanmaq, ən az onu vermək qədər sağlam fikirə ehtiyac duyar.
  • Yanıldığını əsla qəbul etməyənlər, ən çox yanılanlardır.
  • Yaşadığımız illərin sayına baxmayaraq, çox vaxt təcrübəmiz çatışmır.
  • Yaşlanmasını bilən çox az insan vardır.


Vikipediyada Fransua de Laroşfuko haqqında məqalə var.