Yohann Volfqanq Göte: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 255: Sətir 255:
[[sv:Johann Wolfgang von Goethe]]
[[sv:Johann Wolfgang von Goethe]]
[[tr:Johann Wolfgang von Goethe]]
[[tr:Johann Wolfgang von Goethe]]
[[uk:Йоганн Вольфганг фон Ґете]]
[[uk:Йоганн Вольфганг фон Гете]]
[[vi:Johann Wolfgang von Goethe]]
[[vi:Johann Wolfgang von Goethe]]
[[zh:歌德]]
[[zh:歌德]]

20:48, 9 sentyabr 2013 tarixindəki versiya

İohann Volfqanq Göte



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A


  • Aclıq, ən ağıllı balıqları belə qarmağa gətirir.
  • Adətdir; atanın yığdığını oğulu saçar.
  • Ağılsızlar oğruların ən zərərliləridir. Zamanınızı və sevincinizi oğurlayarlar.
  • Ana, ata yaxşı tərbiyə Almışlarsa, uşaqlar da tərbiyəli olar.
  • Ancaq az şey bildiyimiz zaman məlumatımızdan əmin ola bilərik. Şübhə, məlumat artdıqca artar.
  • Azad olmadığı halda özünü azad sananlar qədər kölə yoxdur.

B


  • Başqalarına özümüz haqqında danışmaq çox təbiidir; başqalarının özləri haqqında söylədiyi şeyləri, onların demək istədiyi şəkildə anlamaqsa bir mədəniyyət məsələsidir.
  • Başqalarının xoşbəxtliyindən özünə pay çıxaran insan, ən xoşbəxt insandır.
  • Bəzi qüsurlar bir insanın var olması üçün lazımlıdır. Köhnə dostlarımızın bəzi qəribə xüsusiyyətləri ortadan qalxmış olsa bu Xoşumuza gəlməzdi.
  • Bir az daha işıq...Son sözləri
  • Bir insanı tanımaq üçün nəyi gülünç saydığından daha yaxşı bir göstərici ola bilməz.
  • Böyük ehtiraslar ümidsiz bir xəstəlikdir. Onları müalicə edə biləcək olan şey, onları həqiqətən təhlükəli hala da soxa bilər.
  • Böyük yükləri qaldıra bilmək üçün onların ortasını tapmaq lazımdır.
  • Bütün diqqətiniz özünüzdədirsə xoşbəxtliyi zəmanət altına aldınız deməkdir.

C

  • Cəmiyyət insanlardan ibarətdir. Cəmiyyətdən kənarda insan olmaz.

Ç


  • Çox soruşursansa, pis xəbər almısan deməkdir.

D


  • Danışmaq ehtiyac ola bilər, amma susmaq bir sənətdir.
  • Deyilən hər söz əleyhdarını qışqırdır.
  • Dəli üfürür, məlumat danışır.
  • Dəlilər və ağıllılar eyni dərəcədə zərərsizdirlər.Yalnız yarı ağıllılarla yarı dəlilər çox təhlükəlidir.
  • Dünya bir həbsxanadır.
  • Dünya gözəldir amma bir şairin gözü ilə daha gözəl olur.
  • Düşünmək asandır,həyata keçirmək çətindir.Dünyada ən çətin şey isə düşünüləni həyata keçirməkdir.

E


  • Edə bilərsiniz. Çünki Etməlisiniz!
  • Ehtiraslarımız gerçək anka quşlarıdır. Köhnəsinin küllərindən ibr yenisi doğulur.
  • Ehtiraslarımız; ya bir qüsur ya da bir ərdəmin daha şiddətli hallarıdır.
  • Eşq imkansız olan bir çox şeyi mümkün edər.
  • Eşqim üçün hər şeydən imtina edərəm, lakin azadlığım üçün eşqimdən də imtina edərəm.

Ə


  • Əgər Tanrı başqa cür olmağımı istəsəydi,məni başqa cür yaradardı.
  • Əlində hava, işıq və dost sevgisi qaldısa kədər çəkmə.
  • Ən mükəmməl qadın, uşaqlarına atalarının yoxluğunda ata ola biləcək qadındır.
  • Ən yaxşı dövlət nədir? Bizə özümüzü idarə etməmizi öyrədəndir.
  • Ən yaxşı rəhbərlik öz özümüzü idarə etməyi bizə öyrədə biləcək rəhbərlikdir.

F


  • Faydasız bir həyat erkən bir ölümdür.

G


  • Gerçəyin gücü ilə yaşadığım müddətcə kainatı belə fəth edə bilərəm.
  • Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin.
  • Günah; qadağan olduğu üçün acı verməz, Acı verici olduğu üçün qadağandır.

H


  • Haqlı çıxmaq istəyən və güclü bir çənəsi olan adam daim haqlı çıxar.
  • Heç kim, bağışladığı zaman qədər yüksələ bilməz.
  • Həqiqəti həmişə təkrarlamaq lazımdır, çünki ətrafımızda daim yanlış fikirləri təbliğ edirlər.
  • Həqiqətin gücü ilə yaşadığım müddətcə,kainatı belə fəth edə bilərəm.
  • Həlldə vəzifə götürməyənlər problemin bir parçası olarlar.
  • Həmişə etibarsızlıq göstərmək, Həmişə güvənmək qədər böyük bir səhvdir.
  • Hər kəs öz işini görsə, cəmiyyətin bütün işləri düz gedər.
  • Hər kəs Pinokyo kimi taxtadan insana çevrilmə şansını tapa bilmədi, bəziləri həmişə odun qaldı.
  • Hər su olan yerdə qurbağa yoxdur, amma qurbağa səsi olan yerdə su vardır.
  • "Hər şeydən elə sıxıldım ki...".

X


  • Xəstəlikli bir cəmiyyətə uyğunlaşmaq, sağlam olmaq deyil.
  • Xidmətçim belə olsa, səhvlərimi düzəldən əfəndim olar.

İ


  • İnanc həyatın gücüdür.
  • İnsan ancaq anladığı şeyi eşidər.
  • İnsan, atasına borclu olduğu hörməti ancaq ata olduğu zaman eşidir.
  • İnsan həyatı boyunca birini sevər. Əvvəlki və sonrakılar; Bir axtarış, qaçış ya da aldanışdır.
  • İnsan özünü yalnız insanda tanıyar.
  • İnsanlara olduqları kimi rəftar etsək, onları daha pis edərik. Əgər onları olmaları lazım olduğu kimi ələ alsaq, ola biləcəkləri qədər yaxşı edərik.
  • İnsanın məlumatı artdıqca, narahatlığı da artar.
  • İstəklərimiz içimizdə yatan qabiliyyətlərimizin bir elçisidir.
  • İtirəcək bir şeyi olmayan insandan qorxular.

K


  • Kişilər qocalır, qadınlarsa dəyişir.
  • Kompasın sənə doğru yol göstərməsinimi istiyirsən, elə isə onu yanındakı maqnitlərdən qoru.

Q


  • Qabiliyyət, sükunət içində ortaya çıxır. Xarakter isə dünyanın fırtınaları içində.
  • Qardaşlarımı tanrı yaratdı, amma dostlarımı mən tapdım.
  • Qəbirdəkilərin peşman olduqları şeylər üçün, dünyadakılar bir-birlərini yeyirlər!

M


  • Malını itirən, bir şey itirmişdir, qürurunu itirən bir çox şey itirmişdir. Lakin cəsarətini itirən hər şeyini itirmişdir.
  • Məlumat artdıqca narahatlıq da artar.
  • Məntiqli insan tez-tez gülünəcək bir şey olmadığı halda gülər. Onu hirsləndirən hər nə olursa olsun, verdiyi reaksiya öz iç hüzurunu ifadə edər.
  • Mükəmməl insanların axsayan tərəfləri daha çox gözə batar.

N


  • Niyə ki bu bitmək bilməz yaradılış, yox olacaqsa bir gün hər yaradılmış!

Ö


  • Özünə hökm etməyən xidmətçi qalar.

P


  • Pulunu itirdin, heç bir şey itirmədin. Çalışıb qazanarsan. Qürurunu itirdin, çox şey itirdin, amma onu da çalışıb qazana bilərsən. Lakin ümidini itirsən, həyatdakı hər şeyini itirərsən.

S


  • Sevgi insanlar üzərində kökm edə bilməz, lakin onları dəyişdirə bilər.
  • Sevgi imkansız olan bir çox şeyi mümkün edər.
  • Sevgiyə və ehtirasa açıq bir ürək qədər dünyada qiymətli bir şey yoxdur.
  • Sevilənin qüsurlarını xoş görməyən sevmir deməkdir.
  • Səhvlər dənizinə basdırıldığı halda, ümidlə gözləyə bilən insan nə talehlidir...
  • Sevincin bir ağrılı yanı, ağrının da bir sevincli yanı olmalıdır.
  • Səmimi olmağı vəd edə bilərəm, tərəfsiz olmağı əsla.
  • Sənət nə qədər uzun tanrım, həyat nə qədər qısa.

Ş

  • Şagirdlərin bilmələri lazım olduğundan daha çox şey bilməyən bir müəllimdən daha qorxunc heç bir şey ola bilməz.

T


  • Təklik tək söz, söylənişi nə qədər asan. Halbuki yaşanması o qədər çətindir ki.
  • Təkliyə məğlub olmamaq üçün, tez-tez xəyallar qurular, amma əslində nəyin xəyalını qurursan qur, təklik hər xəyalın sonudur.
  • Təzyiq və şiddət təklikdən doğulur, xarakter dünyanın fırtınaları və dalğaları arasında şəkil alır.

U


  • Uzun müddət danışıb da dinləyicilərinə yaltaqlanmayan adam, məmnunsuzluq oyandırar.

Ü


  • Üç min ilin hesabını görməyən qaranlıqda yolunu tapa bilməz, kor-koranə yaşar ancaq!
  • Üç min illik tarixinin hesabını edə bilməyən insan boş insandır.
  • Ürək nə ilə doludursa, dodaqlardan o tökülüb gedər.

Y


  • Yaxşı bir arvadınmı olmasını istəyirsən? Elə isə tam bir ər ol!
  • Yaxşılıq, insanları bir-birinə bağlayan qızıl zəncirdir.
  • Yaradılışdan sahib olup da, ərdəmə çevrilməyəcək heç bir qüsurumuz, qüsura çevrilməyəcək heç bir ərdəmimiz yoxdur.
  • Yüz növ şeyi yarım bilməkdənsə, bir şeyi tam bilib tətbiq etmək insanı daha yaxşı yetişdirir.

Z


  • Ziddiyyət Və yaltaqlıq; ikisi də söhbətin dəyərini salır.

Vikipediyada Yohann Volfqanq Göte haqqında məqalə var.