Çarlz Bukovski: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Aish (müzakirə | töhfələr)
k r2.6.6) (Bot redaktəsi əlavə edir: ca:Charles Bukowski
Sətir 158: Sətir 158:
[[bg:Чарлз Буковски]]
[[bg:Чарлз Буковски]]
[[bs:Charles Bukowski]]
[[bs:Charles Bukowski]]
[[ca:Charles Bukowski]]
[[cs:Charles Bukowski]]
[[cs:Charles Bukowski]]
[[de:Charles Bukowski]]
[[de:Charles Bukowski]]

00:55, 10 sentyabr 2013 tarixindəki versiya

Fayl:CharlesBukowski-2.jpg
Çarlz Bukovski



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A


  • Afrikaya dərman göndərməyə qərar vermişdik; lakin hamısının üzərində "tox qarınla" yazırdı.
  • Arxandan vurana hirslənmə, ona güvənib arxanı dönən sənsən. Arxandan danışana da incinmə, onu insan yerinə qoyan yenə sənsən.
  • Ağrı hiss etməmək duyğuların kəsilməsi deməkdir; hər coşğu şeytanla bazarlıqdır.

B


  • Bir pələngi tutub qəfəsə qoya bilərsiniz amma onu qırdığınızdan əsla əmin ola bilməzsiniz. İnsanlar daha asandır.
  • Balanslı insan dəlidir.
  • Bir çox yaxşı adam bir qadın tərəfindən körpü altına salınmışdır.
  • Bir daha pivəmə toxunsan dişlərini ağzına tökərəm.
  • Bir metropol qəzeti, pis xəbər yazmadan əvvəl öz nəbzini ölçər.
  • Bir dəfə adamın birindən Shakespeare sevmədiyimi, yazmağa haqqım olmadığını izah edən uzun və hirs dolu bir məktub almışdım. Gənclər mənə aldanıb Shakespeare oxuma zəhmətinə belə girməyəcəkdilər. Belə bir mövqe göstərməyə haqqım yox idi. Səhifələrcə bunu söyləyib dayanmışdı. Cavablandırmadım. Amma burada cavablandıracağam. S..... get . Mən Tolstoyu da sevmirəm.

C


  • Cəsur insanın təxəyyülü məhduddur. Qorxaqlıq pis bəslənmənin bir nəticəsidir.
  • Cinsi əlaqə; mahnı oxuyarkən ölümün qıçına ayağını basmaqdır.

D


  • Dostumsansa yanımda, düşmənimsənsə qarşımda ol. Ortada bir yerdəsənsə; Məndən uzaq ol.
  • Dünyadakı ən saf insan olduğunu iddaa edənlər, əslində şeytana məsləhətçilik edə biləcək ağıldadırlar. Unutmayın.
  • Dünyanın ən uzun məsafəsi 2 smdir. (Ayaklarını divara söykəyib özünü "əmmə" səylərində həmişə 2 smlik maneəyə ilişdikdən sonra sərf etdiyi cümlə)
  • Demək olar ki hər kəs dahi doğulur, axmaq basdırılır.

E


  • Eşq bir əmrə çevrildiyində, nifrət həzzə çevrilə bilər.
  • Elə ya da belə, o əcaib və dəli dövrün, o uzaq saatların şeirlərinin bir çoxu bax buradadır. Siqaret tüstüsüylə buğlanmış otaqda altmışsəkkiz bir vəziyyətdə şansımızı sınadıq. Ümid edirəm işinizə yarayar, yaramazsa da, eh o zaman, (...).

Ə


  • Əgər iki nəfər arasında qalırsınızsa; İkincini seçin. Çünki birincini həqiqətən sevsəydiniz, ikincisi Olmazdı.

G


  • Gerçək; Susuz yeyilən bir portağaldır.
  • Getdiyində ağlarsan, mahnılarda, filmlərdə, ona-buna, hər şeyə ağlarsan. Ağılın başına gəlincə də boşa xərclədiyin zamana ağlarsan.
  • Dostun kimmiş öyrənmək istəyirsənsə, kodasa gir.

H


  • Heç bir şey gerçək qədər darıxdırıcı ola bilməz.
  • Həqiqətən verəcək sevgim var; amma buna layiq olan heç kimim yoxdur.
  • Hər kəs hər kəsi eyni sevə bilməz dostlarım.. Kimiləri qürurunun çatdığı qədər sevər, kimiləri də ömürünün çatdığı qədər.
  • Həyat fəlsəfəmi soruşdular cavablandırdım.. "Sonsuza qədər yaşayacaqmış kimi düşün, sabah öləcəkmiş kimi yaşa.
  • Həyat ilə Sənət arasındakı fərq, sənətin daha dözülə bilən olmasıdır.

X

  • Xoşbəxt insanlar; Hər şeyin ən yaxşısına sahib olanlar deyil, Sahib olduqlarını itirməyəcək qədər çox sevənlərdir.

İ


  • İnsan - keçmişin həsrətini çəkən, gələcəyi üçün darıxan, yaşadığı andan şikayət edən varlıqdır.
  • İnsan olmaq alçaq bir şey idi; Elə çox şey vardı ki, olub bitən.
  • İnsanlardan nifrət etmirəm. Lakin onlar ətrafımda olmadığında özümü daha yaxşı hiss edirəm.
  • İnsanların, sənin haqqında nə düşündüklərinə əhəmiyyət verməyərək, ömrünü uzada bilərsən məsələn.
  • İntellektual - sadə bir şeyi qarışıq söyləyə bilən adamdır; sənətçi isə çətin bir şeyi asan.

Q


  • Qadın olsam həyat qadını olardım.
  • Qadınımı borca al, amma avtomobilmi əsla.
  • Qumar oynamasan əsla qazana bilməzsən.
  • Quru yolunda seyr edən avtomobillərin işıqlarını görə bilirəm. Sonu gəlməyən bir işıq axışı. Bu qədər insan. Nə edərlər ? Nə düşünürlər ? Hamımız öləcəyik, hamımız, nə sirk! Bunu bilmək bir-birimizi daha çox sevməmiz üçün yetərli bir səbəb olmalı, amma deyil. Son dərəcə əhəmiyyətsiz şeylər bizi dəhşətə sürüyüb dümdüz edir, udur.

M


  • Məni tanıyan hər kəsin sizə söyləyəcəyi kimi, məqbul biri deyiləm. Pis adamı sevdim həmişə, qanunsuzu, hərgələyi. Yaxşı işləri olan ağcaqanad qeydi təraşlı, qalstuklu tiplərdən xoşlanmam. Ümidsiz adamları sevərəm, dişləri qırıq, ağılları qırıq, yolları qırıq adamları. Marağımı çəkərlər. Kiçik sürpriz və partlamalarla doludurlar. Adi qadınlardan da xoşlanaram; corabları sallanmış, makiyajları axmış, sərxoş və söyüşbaz qadınlardan. Əzizlərdən çox azğınlar maraqlandırır məni. Sərsərilərin yanında rahatam, çünki mən də sərsəriyəm. Qanun sevməm, əxlaq sevməm, din sevməm, qayda sevməm. Cəmiyyətin məni şəkilləndirməsindən xoşlanmam.
  • Məni yaşayan amerikan əyyaşı ölü yunan tanrısından daha çox maraqlandırır.
  • Mənim də ürəyim boşdu artıq, Eynilə sizin beyniniz kimi.
  • Mənim həyatım; mənim seçimlərim; mənim səhvlərim; mənim problemlərim; mənim yalnızlığım... Yəni xülasə, sizi maraqlandırmaz.

N

  • Nə qədər çətindir əslində sevib də sevirəm deyə bilməmək. Görüb, görməməzlikdən gəlmək. Yaşadığını bilib də mənim üçün öldü demək...

P


  • Pivə içmək üçün burdayıq və həyatlarımızı elə yaşamalıyıq ki, ölüm bizi götürməyə gələndə titrəsin.

S


  • Saçımı daradım kaş ki, üzümü də daraya bilsəydim.
  • Sadə kişi, bütün qadınlara gözəlsən deməyi seçər. Sadə qadın buna inanır, çətin qadın gülər və keçər. Həyat dəvam edər.
  • Sizi bilmirəm, amma mən hər səhər ayaqqabılarımı bağlamaq üçün əyildiyimdə tanrım yenəmi? deyə düşünürəm içimden.
  • Sığınacaq çuxurlarında mələk tapılmaz.
  • Suverenlik həqiqətən millətin olduğunda hökumətlərə gərək qalmayacaq; o zamana qədər p..u yedik.

T


  • Təbii ki bir insanı sevə bilərsiniz, əgər onu kifayət qədər tanımırsınızsa.
  • Tək qalmaqdan daha pis şeylər də vardır həyatda amma ümumiyyətlə bir ömür alar bunun fərqinə varmaq o zaman da çox gecdir və çox gecdən daha pis bir şey yoxdur həyatda.
  • Tək olmaq, səhv bir ürəkdə olmaqdan yaxşıdır.
  • Tanrının harda olduğunu bilmək istəyirsənsə, əyyaşdan soruş.
  • Tunelə girəndə diqqətli olun, ümid sandığınız işıq qatarın farası da ola bilər.

Ü


  • Ürəyi qırmağa tək bir söz yetər; Amma qırılan ürəyi təmir etməyə nə bir üzr, nə də bir ömür yetər.

Y


  • Yalnız qalmaqdan daha pis şeylər də vardır həyatda amma ümumiyyətlə bir ömür alar bunun fərqinə varmaq o zaman da çox gecdir və çox gecdən daha pis bir şey yoxdur həyatda.
  • Yalnız darıxdırıcı insanlar darıxar.
  • Ya bütün həyatınızın ya da yalnız o gününüzün içinə edəcək biriləri mütləq çıxar qarşınıza.

Z


  • Zaman unutdurmaz, keyidər.