Fransua de Laroşfuko: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
k r2.7.2) (Bot redaktəsi dəyişdirir: hy:Ֆրանսուա դե Լարոշֆուկո - hy:Ֆրանսուա դը Լարոշֆուկո |
|||
Sətir 151: | Sətir 151: | ||
[[Kateqoriya:Şəxslər]] |
[[Kateqoriya:Şəxslər]] |
||
[[Kateqoriya:Yazıçılar]] |
[[Kateqoriya:Yazıçılar]] |
||
[[af:François de La Rochefoucauld]] |
|||
[[bg:Франсоа дьо Ларошфуко]] |
|||
[[bs:François de La Rochefoucauld]] |
|||
[[ca:François de La Rochefoucauld]] |
|||
[[cs:François de la Rochefoucauld]] |
|||
[[de:François de La Rochefoucauld]] |
|||
[[el:Φρανσουά Ντε Λα Ροσφουκώ]] |
|||
[[en:François de La Rochefoucauld]] |
|||
[[eo:François de La Rochefoucauld]] |
|||
[[es:François de La Rochefoucauld]] |
|||
[[et:François de La Rochefoucauld]] |
|||
[[fa:فرانسوا لارشفوکو]] |
|||
[[fr:François de La Rochefoucauld]] |
|||
[[gl:François de la Rochefoucauld]] |
|||
[[he:פרנסואה דה לה רושפוקו]] |
|||
[[hr:François de La Rochefoucauld]] |
|||
[[hu:Rochefoucauld]] |
|||
[[hy:Ֆրանսուա դը Լարոշֆուկո]] |
|||
[[it:François de La Rochefoucauld]] |
|||
[[ja:ラ・ロシュフコー]] |
|||
[[ka:ფრანსუა დე ლაროშფუკო]] |
|||
[[lt:Fransua de Larošfuko]] |
|||
[[nl:François de La Rochefoucauld]] |
|||
[[nn:François de La Rochefoucauld]] |
|||
[[no:François de La Rochefoucauld]] |
|||
[[pl:François de La Rochefoucauld]] |
|||
[[pt:François de La Rochefoucauld]] |
|||
[[ro:François de la Rochefoucauld]] |
|||
[[ru:Франсуа де Ларошфуко]] |
|||
[[sk:François de La Rochefoucauld]] |
|||
[[sl:François de La Rochefoucauld]] |
|||
[[tr:François de La Rochefoucauld]] |
|||
[[uk:Франсуа де Ларошфуко]] |
|||
[[zh:拉羅什富科]] |
13:20, 15 aprel 2014 tarixindəki versiya
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Az amma dürüst bir zəka, zamanla çox amma pozğun bir zəkadan daha çox can sıxar.
- Aldadılmanın ən yaxşı yolu, özünü hər kəsdən hiyləgər sanmaqdır.
B
- Bəzən sevdiyimizin bizə yanıldığımızı ifadə etməsi, bizi aldatmasından daha ağır gəlir.
- Bir adamın dəyəri, böyük qabiliyyətləriylə deyil, onları necə istifadə etdiyinə baxılaraq ölçülməlidir.
- Bir zamanlar sevilməyə layiq olmuş yaşlı kəslər üçün ən təhlükəli gülünclük, artıq elə olmadıqlarını unutmalarıdır.
- Bütün ehtiraslar bizə cinayət törədir amma, bizi ən gülünc səhvlərə salan eşqdir.
C
- Ciddilik, zehin əskikliklərini örtmək üçün icad edilmiş bir rəftardır.
Ç
- Çaylar dənizdə itdikləri kimi, fəzilətlər də mənfəətdə itərlər.
D
- Dinə möhkəm bağlı olmaq istəyən çoxdur amma, təvazökar olmağa kimsə yanaşmaz.
- Dünya üzərində müvəffəqiyyətli ola bilmək üçün, müvəffəqiyyətli kimi görünməmizi təmin edən hər şeyi edərik.
- Düşmən istəsəniz dostlarınızı keçməyə çalışın. Dost istəsəniz , buraxın , dostlarınız sizi keçsin.
- Düzəltmək istəmədiyimiz qüsurlarımızla öyünməyə çalışarıq.
E
- Edilən iş nə qədər parlaq olursa olsun, yüksək bir məqsədin nəticəsi deyilsə, böyük sayılmamalıdır.
- Elə qüsurlar vardır ki, böyük qabiliyyətləri meydana gətirərlər.
- Eşqdə olduğu kimi dostluqda da, insan bildiyi şeylərdən çox bilmədikləri üzündən xoşbəxtdir.
- Eşqdən müalicə edən bir çox dərman vardır, amma yaxşılaşdıracağı qəti olanı yoxdur.
- Eşqbazlıqda ən az olan şey eşqdir.
- Evlənmənin yaxşısı olar amma qüsursuzu olmaz.
Ə
- Əgər başqalarını aşağı görməsəydik başqalarının yüksəkdən baxmalarından şikayətlənməzdik.
- Ən comərdcə verilən şey öyüddür.
- Əsl dostluq paxıllıq hissi nə olduğunu bilməməkdir.
- Əsl sevgini tapmaq çox çətindir, amma əsl dostluğu əldə etmək ondan da çətindir.
- Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb.
G
- Gerçək eşq xəyalət kimidir. Hər kəs ondan danışır, amma görən çox azdır.
- Gözəl qadınlar üçün ləl-cəvahirat nə isə, qabiliyyət üçün də yüksəklik odur.
- Gözəl hərəkətləri tərifləmək, bunlarda bir növ pay sahibi olmaq kimidir.
İ
- İkinci bir sevgi tapa bilməzsək, birincisinə uzun müddət bağlı qalarıq.
- İlk sevdiklərində qadınlar, aşiqlərini sevərlər, o birilərdə isə sevdikləri eşqdir.
- İnsanların çoxu üçün təşəkkür, yalnız daha böyük köməklər üçün gizli bir ümiddir.
- İnsanların xoşbəxtlikləri ya da bədbəxtlikləri, qədərin olduğu qədər də xarakterlərinin əsəridir.
K
- Kinimiz böyüdükcə, kin saxladığımız kimsədən daha kiçilərik.
- Kiçik qüsurlarımızı etiraf edişimiz, böyük qüsurlarımız olmadığına hər kəsi inandırmaq üçündür.
Q
- Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir.
- Qadınların çoxunun dostluqdan bir şey anlamamaları, eşqi daddıqdan sonra dostluğun yavan gəlməsidir.
M
- Müdriklikdən sonra insanlara edilmiş ən gözəl hədiyyə – məhz dostluqdur.
N
- Nə günəşə, nə də ki, olümə gözlərini zilləyib baxmaq olmaz.
- Nədənsə insanlar varlı və şöhrətli adamla rastlaşdıqda nəzakətli olur, lakin sevinmirlər. Yoxsul və məzlum adamla rastlaşdıqda isə sevinir, lakin nəzakətli olmurlar.
- Nəsihət vermək asan, nümunə olmaq çətindir.
Ö
- Öz qüsurlarımızın tam ziddləriylə öyünərik: İradəsizikmi, inadçı olmaqla öyünərik.
S
- Sevmək , evməmək insanın əlində olmadığına görə, nə aşiq sevgilisinin vəfasızlığından, nə də sevimli aşiqinin qeydsizliyindən şikayətdə haqlıdır.
- Sevməkdən usandığımız zamanlar, sevgilimizin sədaqətsizliyi bizi sədaqət zəruriliyindən qurtardığı üçün, xoşumuza gedər.
Ü
- Ümidlərimizə görə söz verər və qorxularımıza görə hərəkət edərik.
- Üstün xüsusiyyətlərlə doğulmuş olmanın ən gerçək əlaməti, qısqanclıq duyğusundan məhrum doğulmuş olmaqdır.
Y
- Yaxşı bir nəsihətdən faydalanmaq, ən az onu vermək qədər sağlam fikirə ehtiyac duyar.
- Yanıldığını əsla qəbul etməyənlər, ən çox yanılanlardır.
- Yaşadığımız illərin sayına baxmayaraq, çox vaxt təcrübəmiz çatışmır.
- Yaşlanmasını bilən çox az insan vardır.