Fridrix Nitsşe: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
k Bot: Migrating 44 interwiki links, now provided by Wikidata on d:Q9358
Sətir 122: Sətir 122:
[[Kateqoriya:Filosoflar]]
[[Kateqoriya:Filosoflar]]
[[Kateqoriya:Şəxslər]]
[[Kateqoriya:Şəxslər]]

[[af:Friedrich Wilhelm Nietzsche]]
[[ar:فريدريك نيتشه]]
[[bg:Фридрих Ницше]]
[[br:Friedrich Nietzsche]]
[[bs:Friedrich Nietzsche]]
[[ca:Friedrich Wilhelm Nietzsche]]
[[cs:Friedrich Nietzsche]]
[[da:Friedrich Nietzsche]]
[[de:Friedrich Nietzsche]]
[[el:Φρειδερίκος Νίτσε]]
[[en:Friedrich Nietzsche]]
[[eo:Friedrich Wilhelm Nietzsche]]
[[es:Friedrich Wilhelm Nietzsche]]
[[et:Friedrich Nietzsche]]
[[fa:فریدریش نیچه]]
[[fi:Friedrich Nietzsche]]
[[fr:Friedrich Nietzsche]]
[[gl:Friedrich Nietzsche]]
[[he:פרידריך ניטשה]]
[[hr:Friedrich Nietzsche]]
[[hu:Friedrich Nietzsche]]
[[hy:Ֆրիդրիխ Նիցշե]]
[[id:Friedrich Nietzsche]]
[[is:Friedrich Nietzsche]]
[[it:Friedrich Nietzsche]]
[[ja:フリードリヒ・ニーチェ]]
[[ka:ფრიდრიხ ნიცშე]]
[[ko:프리드리히 니체]]
[[ku:Friedrich Nietzsche]]
[[lt:Frydrichas Nyčė]]
[[nl:Friedrich Nietzsche]]
[[no:Friedrich Nietzsche]]
[[pl:Fryderyk Nietzsche]]
[[pt:Friedrich Nietzsche]]
[[ro:Friedrich Nietzsche]]
[[ru:Фридрих Ницше]]
[[sk:Friedrich Nietzsche]]
[[sl:Friedrich Nietzsche]]
[[sq:Friedrich Nietzsche]]
[[sr:Фридрих Ниче]]
[[sv:Friedrich Nietzsche]]
[[tr:Friedrich Nietzsche]]
[[uk:Фрідріх Ніцше]]
[[zh:弗里德里希·威廉·尼采]]

14:18, 15 aprel 2014 tarixindəki versiya

Fridrix Nitsşe



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A

  • Ağrımaq, zəif insanın bir xüsusiyyətidir və əxlaqsızlıqdır. Əxlaq da köləyə xasdır.Vicdan əxlaqı yerinə dahilik yəni iqtidara aparan əxlaqı qoymaq lazımdır.
  • Ağrıların bölüşülməsi deyil, sevinclərin bölüşülməsidir dostluğu yaradan.
  • Alov, başqa şeyləri işıqlandırdığı qədər işıqlandırmaz özünü. Müdrik də belədir.
  • Az bilən və az düşünən çox danışar.

B

  • Birini günahlandırmaq üçün irəli uzatdığın əlinin 3 barmağının səni göstərdiyini unutma!
  • Bir insanın həqiqətən ələ almış olduğu düşüncə azadlığı ilə, onun ehtirasları və hətta arzuları da gizli gizli öz üstünlüklərini göstərəcəklərini sanarlar.
  • Bir dəfə gedilmiş bir yola düşənlərin sayı çoxdur, hədəfə çatan az.
  • Bir insana ediləcək ən pis şey onu utandırmaqdır.
  • Bizlər arzu etdiyimiz şeydən daha çox, arzulamağa aşiqik.
  • Böyük borclar insanları dəyər bilməyə deyil, kin saxlamağa yönəldər.
  • Bütün mühakimə edənlərin gözündən bir cəllad baxar.
  • Bütün idealistlər, xidmət etdikləri iddiaların hər şeydən əvvəl dünyanın bütün o biri iddialarından üstün olduğunu düşünərlər. Öz iddialarının bir az olsun müvəffəqiyyətli olması üçün, bu iddianın bütün o biri insan cəhdlərinə lazımlı olan eyni murdar qoxulu gübrəyə açıqca ehtiyacı olduğuna inanmaq da istəməzlər.

D

  • Despotlar, havanın əxlaqlı olduğu bölgələri sevərlər.
  • Dünyada heç bir şey insanı kin saxlama duyğusu qədər köhnəltməz.

Ə

  • Ən insani davranış - bir insanın utanılacaq bir vəziyyətə düşməsinin qarşısını almaqdır.

H

  • Harda canlı tapdımsa orda güc iradəsi tapdım, xidmət edənlərin iradəsində belə ağalıq etmək iradəsi gördüm.
  • Heç kim hirsli insan qədər çox yalan söyləyə bilməz.
  • Həmişə şagird qalan insan deməli, öz müəlliminə borcunu pis ödəyir.
  • Hərəkət və vicdan ümumiyyətlə uyğunlaşmazlar. Hərəkət, ağacdan xam meyvələri yığmaq istəyərkən, vicdan onları gərəyindən çox yetişməsini gözləyər, ta ki yerə tökülüb əzilənə qədər.

İ

  • İnsanlar işığın ətrafında toplanarlar- daha yaxşı görmək üçün yox, daha yaxşı parıldamaq üçün.
  • İnsan ruhu etdiyi seçimlərlə müəyyənləşir.
  • İnsan qəhqəhələrlə güldüyü zaman, kobudluğu ilə bütün heyvanları geridə buraxır.
  • İnsan o qədər acı çəkər ki, bütün canlılar arasında tək o, gülməyi icad etmək məcburiyyətində qalmışdır.
  • İnsan səhvini bir başqasına etiraf etdiyində unudar onu; amma çox zaman o biri adam bunu unutmaz.

K

  • Kiminə görə təklik, xəstə adamın qaçışıdır; kiminə görə də, xəstə kəslərdən qaçışdır

M

  • Mənim xəyalımdakı eşq, iki insanın bir-birini sahiblənmə duyğusundan daha çox uzaq bir şeydir.
  • Məni öldürməyən şey məni gücləndirər.
  • Mən- iki insanın daha böyük həqiqəti tapmaq üçün, bir ehtirası paylaşdığı eşq düşünürəm.
  • Mənim arzum başqalarının bir kitabda başa saldıqlarını on cümlədə anlatmaqdır.
  • Musiqi təməldə bizdə müəyyən bir nisbətdə güc qazanan həyat duyğusunun özündə gizli olan ağrını izah edər; musiqinin verdiyi həyəcanın quruluşundada bu ağrıdan uzaqlaşıb onu uzaqdan izləmə düşüncəsi vardır.
  • Müharibə həyatın qaçılmaz qanunudur. Sülh isə iki müharibə arasında qurulan xoşbəxtlik körpüsüdür.

N

  • Nəaliyyətin sonu yalnızlıqdır.

Ö

  • Özünü elmə həsr edən insanın təkcə düşmənini sevməsi yetməz, o dostuna da kin duya bilməlidir.
  • Özün ala biləcəyin haqqı buraxma sənə versinlər.
  • Özündən heç danışmamaq çox soylu bir ikiüzlülükdür.

S

  • Sənin öz yolun var. Mənim isə öz yolum var. Düzgün, doğru və yeganə yola gəldikdə isə, bu mövcud deyil.
  • Siz yüksəlmək istəyincə yuxarı baxarsınız. Mənsə aşağı baxaram.

Ş

  • Şübhə deyil, qətilikdir insanı dəli edən.

T

  • Tanrı öldü, onu biz öldürdük!

Ü

  • Ümid ən sonuncu pislikdir, çünki işgəncəni uzadır.

Y

  • Yüksəlmək üçun ancaq öz gücünüzdən istifadə edin, başqasının sizi yüksəltməyinə icazə verməyin.

Vikianbarda Fridrix Nitsşe ilə əlaqəli mediafayllar var.

Vikipediyada Fridrix Nitsşe haqqında məqalə var.