Albert Eynşteyn: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 66: Sətir 66:
* Elm atom bombasını kəşf etdi,lakin əsl pislik insanların beyinlərində və qəlblərindədir.
* Elm atom bombasını kəşf etdi,lakin əsl pislik insanların beyinlərində və qəlblərindədir.
* Etməli olduğunuz iki şey var: Birincisi, oynadığınız oyunun qaydalarını öyrənmək; ikincisi isə oyunu hər kəsdən yaxşı oynamağı istəmək.
* Etməli olduğunuz iki şey var: Birincisi, oynadığınız oyunun qaydalarını öyrənmək; ikincisi isə oyunu hər kəsdən yaxşı oynamağı istəmək.
* Eşq, vəzifədən daha yaxşı bir müəllimdir.
* Eşqə düşməyə görə məsuliyyəti cazibə qüvvəsi daşımır.
* Eşqə düşməyə görə məsuliyyəti cazibə qüvvəsi daşımır.
[[Şəkil:CL0024+17.jpg|144px|thumb|right|Sual verməyə son qoymayın.Hər şeyi bilmək həvəsi insana elə-belə verilməyib.]]
[[Şəkil:CL0024+17.jpg|144px|thumb|right|Sual verməyə son qoymayın.Hər şeyi bilmək həvəsi insana elə-belə verilməyib.]]

18:29, 21 iyul 2014 versiyası

Albert Eynşteyn



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

A

  • Ancaq başqaları üçün yaşanılan həyat,yaşamağa dəyər həyatdır.
  • Arzulamaq bilməkdən daha əhəmiyyətlidir.
  • Axmaqlıq və dahilik arasındakı fərq: dahiliyin sərhədlərinin olmasıdır.

B

  • Bir səhvi iki dəfə təkrar etməyən ən mükəmməl insandır.
  • Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır.
  • Bir qum dənəsinin sirrini bilsəydik, bütün dünyanın sirrini öyrənmiş olardıq.
  • Böyük gücə sahib suveren dövlətlər olduğu müddətcə müharibə qaçınılmazdır.
  • Budağın ucuna kimi getməkdən qorxma, çünki meyvə ordadır.
  • Bu dünyada məni bir neçə adam anladı, onlar da səhv anladı.

D

  • Dahiliyin 10′da 1′i qabiliyyət 10′da 9′u da çalışmaqdır.
  • Dahilik ilə axmaqlıq arasındakı fərq, dahiliyin sərhədlərinin olmasıdır.
  • Dəlilik eyni şeyi təkrar təkrar edib fərqli nəticələr gözləməkdir.
  • Dini inkar edən elm topal, elmi inkar edən din kordur.
  • Dünya yaşamaq üçün təhlükəli bir yerdir; pislik edənlərə görə yox, dayanıb seyr edən və onlara səs çıxartmayanlara görə.
  • Dünyanı təxəyyül çevirər.

E

  • Elm atom bombasını kəşf etdi,lakin əsl pislik insanların beyinlərində və qəlblərindədir.
  • Etməli olduğunuz iki şey var: Birincisi, oynadığınız oyunun qaydalarını öyrənmək; ikincisi isə oyunu hər kəsdən yaxşı oynamağı istəmək.
  • Eşq, vəzifədən daha yaxşı bir müəllimdir.
  • Eşqə düşməyə görə məsuliyyəti cazibə qüvvəsi daşımır.
Sual verməyə son qoymayın.Hər şeyi bilmək həvəsi insana elə-belə verilməyib.

Ə

  • Əgər nə etdiyimizi bilsəydik, buna araşdırma deyilməzdimi?
  • Əgər bir adam marşla uyğunlaşma içində gedə bilirsə, o dəyərsiz bir varlıqdır. Özünə yalnız bir onurğa iliyi bəs edəcəyi halda, bir təhər səhvliklə bir beynə sahib olmuşdur.
  • Əmrlə gələn qəhrəmanlıqdan, şüursuz şiddətdən, axmaqca vətənpərvərlikdən - bütün bunlardan necə də nifrət edirəm.
  • Əslində hər kəs dahidir. Amma siz bir balığı, ağaca dırmaşma qabiliyyətinə görə mühakimə etsəniz, bütün həyatını axmaq olduğuna inanaraq keçirər.
  • Əslində mən gələcəyi heç düşünmədim və düşünmürəm çünki gələcək düşünməsək də gələcək...
  • Əvvəlcə oyunun qaydalarını öyrənmək lazımdır,sonra hamıdan yaxşı oynamağa başlamaq.

G

  • Gerçəyi axtarmaq onu əldə etməkdən daha qiymətlidir.
  • Gəncliyimizdə düşüncələrimizi meydana gətirən bütün mövzular sevgiylə əlaqədardır. Sonraları isə bütün sevgilərimiz düşüncələrimiz olar.
  • Gəlir vergisi bəyannaməsi vermək üçün bir filosof olmaq lazım. Bir riyaziyyatçı öhdəsindən gələ bilməz.
  • Gözəl bir qızla eşqbazlıq edərkən bir saat bir saniyə kimi gəlir. Qızğın bir közün üzərində oturarkən bir saniyə bir saat kimi gəlir. Izafilik budur.
  • Gözəl gənclər təbiətin əsəridir, gözəl yaşlılar isə sənətin.

H

  • Həyatda səhv etməmiş insan, demək bu həyatdan həç bir şey öyrənməmişdir.
  • Həqiqətlə müqayisə edildiyində, elmdə çatdığımız səviyyə primitivdir, uşaq oyuncağıdır. Amma sahib olduğumuz ən qiymətli şey odur.
  • Həyat yalnız iki şey üçün gözəldir; riyaziyyatı kəşf etmə və öyrətmə.
  • Həyatı yaşamanın iki yolu var. Biri heç bir şey möcüzə deyilmiş kimi yaşamaq... Digəri hər şey möcüzəymiş kimi yaşamaq.
İki şeyin sonsuz olduğunu bilirəm; kainat və axmaqlıq. Birincisindən çox da əmin deyiləm.

X

  • Xəyal elmdən daha əhəmiyyətlidir, çünki elm məhduddur.
  • Xöşbəxt olmaq istəyirsənsə, bir məqsədə bağlan; insanlara ya da əşyalara deyil.

İ

  • İki şeyin sonsuz olduğunu bilirəm: kainat və insanın axmaqlığı. Birincisindən çox da əmin deyiləm.
  • İnsan eşitdikləri və dedikləri ilə deyil, zəhməti və yaradıcılığı ilə kamilləşər.
  • İnsanın dəyəri verdikləri ilə ölçülür,nail olduqları ilə yox. Çalışın, bəxtəvər insan yox,dəyərli insan olun.
  • İnsanlar çox ağıllı və çox yavaşdırlar, kompüterlər çox sürətli amma çox axmaqdırlar.

Q

  • Qanunların boğazına dolanıb dibə batmaqdansa, oportunist olub suyun üstündə qalmağı seçərəm.
  • Qiymətli olan hər şey ölçülə bilməz, ölçülə bilən hər şey qiymətli deyil.
Gəncliyimizdə düşüncələrimizi meydana gətirən bütün mövzular sevgiylə əlaqədardır. Sonraları isə bütün sevgilərimiz düşüncələrimiz olar.

M

  • "Mən vəzifəmi burada bitirirəm."Son sözləri
  • Mən müharibəni elə diksinti verici və alçaldıcı görürəm ki,belə iyrənc bir hərəkətə qatılmaqdansa özümü parçalayıb yox etmək daha yaxşı.
  • Mənim anlayışıma görə, adi bir cinayət, müharibədə adam öldürməkdən daha pis deyil.
  • Mən atomu insanlığa xidmət etmək üçün kəşf etdim. Onlar bomba edib bir-birlərini yox etdilər.
  • Mən özümü və özümün düşüncə tərzini araşdıranda, mən belə bir qərara gəlirəm:təsəvvür,xəyal və fantaziyalarım mənim üçün daha dəyərlidir, nəinki bütün başqa bildiklərim.
  • Məntiq sizi yalnız A nöqtəsindən B nöqtəsinə aparar. Xayal gücü isə hər yerə.
  • Möhtəşəm beyinlər daim adi beyinlərin şiddətli müxalifətiylə qarşılanmışlar.

Ö

  • Ön mühakimələri yox etmək, atom nüvəsini parçalamaqdan daha çətindir.
  • Öz gözüylə görən və öz ürəkləriylə hiss edənlər çox azdır.
  • Öz həyatının və digər bənzər canlıların həyatının mənasız olduğunu düşünən insan; yalnız talehsiz olmaqla qalmayıb, həyat üçün də haradasa qeyri-kafidir

S

  • Sual verməyə son qoymayın.Hər şeyi bilmək həvəsi insana elə-belə verilməyib.
Dini inkar edən elm topal, elmi inkar edən din kordur.

T

  • Təxəyyül məlumatdan daha əhəmiyyətlidir.

Ü

  • Üçüncü dünya müharibəsində hansı silahlar istifadə ediləcək bilmirəm, amma dördüncüsü daş və çubuq ilə ediləcək.

Y

  • Yaratdıqlarını cəzalandıran və mükafatlandıran, ya da bizim yaşayacağımız bir iradə növünə sahib bir Tanrı düşünə bilmirəm. Cismani ölümdən sonra adamın həyatını davam etdirdiyinə nə inanıram, nə də inanacağam...

Vikipediyada Albert Eynşteyn haqqında məqalə var.