Azərbaycan atalar sözləri/A: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 60: | Sətir 60: | ||
*Alət işlər, əl öyünər, Qılınc işlər, qol öyünər. |
*Alət işlər, əl öyünər, Qılınc işlər, qol öyünər. |
||
*Аlın təri ucаldаr əri. |
*Аlın təri ucаldаr əri. |
||
*Allah bi yandan bağlasa, bir yandan açar. |
|||
*Allah verəndə yox yerdən verər. |
|||
*Allah verməyəndə, bəndə neyləsin? |
|||
*Ananın ərköyün oğlu hambal olar. |
*Ananın ərköyün oğlu hambal olar. |
||
*Araq adamı ardan da qoyar, yardan da. |
*Araq adamı ardan da qoyar, yardan da. |
03:52, 9 fevral 2015 versiyası
- Abad məclis aşığından bəllidir.
- Abadan kənd tüstüsündən bəlli olar.
- Abbas Abbasdan, Abbas da kor Abbasdan.
- Abbasını bəyənməyən beş şahı çıxardar.
- Abdaldan paşa olmaz, taxtadan maşa.
- Abdal at mindi, özün bəy sandı.
- Abdal düyündən, uşaq oyundan usanmaz.
- Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
- Abır harda, çörək orda.
- Ac acı dalayar, tox toxu yalayar.
- Ac adam özünü oda vurar.
- Ac adamı qurd yeməz.
- Ac ayı oynamaz.
- Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
- Ac it gəlmiş, tox itin dalın yalayar.
- Ac toyuq yuxusunda darı görər.
- Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.
- Aca nə halal, nə haram?!
- Acı dindirmə, toxu tərpətmə.
- Acın andı and olmaz.
- Acın gözü çörək təknəsində olar.
- Acın imanı olmaz, toxun amanı.
- Acın qarnı doyar, gözü doymaz.
- Acın zəhləsi sudan gedər.
- Acla əcəli gələn söyləşər.
- Aclığında eldən yeyər, toxluğunda eldən deyər.
- Aclıq adama oyun öyrədər.
- Aclıq bir il gedər, minnət min il.
- Aclıqda darı çörəyi halvadan şirin olur.
- Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz.
- Acı danışan şirin söz eşitməz.
- Аcın nəyi vаr gicə vеrə.
- Acını dadmayan şirini bilməz.
- Acıq gələr göz qaralar, acıq gedər üz qaralar.
- Acıqla iş görən zərərin çəkər.
- Acıqlı başda ağıl olmaz.
- Acıqlı dilənçinin torbası boş qalar.
- Acıqlı qalxan ziyanlı oturar.
- Açaram sandığı, tökərəm pambığı.
- Açılmamış süfrənin bir eybi var, açılmışın min.
- Ad adamı bəzəməz, adam adı bəzəyər.
- Adam adamın şeytanıdır.
- Adam aşını-işini bilməlidir.
- Adam hər düşməndən bir ağıl öyrənər.
- Adam min acını udar bir şirinin xatirinə.
- Adam olana bir söz yetər.
- Adam öz-özünə eliyəni el yığıla eliyə bilməz.
- Adam sözdən, uşaq gözdən.
- Adam yanıla-yanıla öyrənir.
- Adam var ki adamların naxşıdı adam varki heyvan ondan yaxşıdı adam varki dindirsən can deyər adam var ki dindirməsən yaxşıdı
- Adamı dindir, sonra qiymətin ver.
- Adamı qılınc öldürməz, tənəli söz öldürər.
- Ağ ağca qara gün üçündü.
- Ağac bar verdikcə başını aşağı əyər.
- Ağıllı fikir edincə, dəli Kürdən keçər.
- Ağzına bax tikə kəs.
- Ağlı olan, qışın qeydinə yayda qalar.
- Axtaran tapar, Yoğuran yapar.
- Alət işlər, əl öyünər, Qılınc işlər, qol öyünər.
- Аlın təri ucаldаr əri.
- Allah bi yandan bağlasa, bir yandan açar.
- Allah verəndə yox yerdən verər.
- Allah verməyəndə, bəndə neyləsin?
- Ananın ərköyün oğlu hambal olar.
- Araq adamı ardan da qoyar, yardan da.
- Arıq hara, qoruq hara.
- Аrpа olsun, büğdа olsun - təhnə dolu olsun.
- Arzu niyyətdən doğar.
- Aslanın nə erkəyi, nə dişisi.
- Asta gedən yorulmaz.
- Аş vеrmişəm аşımı vеr, yаş vеrmişəm yаşımı vеr.
- At oğurlanandan sonra axur nəyə gərək.
- Atası turşu yemiş, balasının dişi qamaşmış.
- Atasını tanımayan Allahını da tanımaz.
- Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu.
- Avara qonaq ev yiyəsini də avara qoyar.
- Ayağı nərdivana bir-bir qoyarlar.
- Aydınlıq olmayınca kişinin mindiyi atmıdır, eşşəkmidir, bilinməz.
- Az bilmək istəmirsənsə, çox oxu.
- Az yeyənin azarı da az olar.
- Az olsun, üz olsun.
- Az olsun saz olsun.
- Aza qane olmayan yoxa çatmaz.
- Azğınla-pozğuna öyüd-nəsihət kar eləməz.