Nizami Gəncəvi: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 13: Sətir 13:
* Çalış öz xalqının işinə yara,
Geysin əməlindən dünya zərxara.
* Çalış öz xalqının işinə yara,
Geysin əməlindən dünya zərxara.
== D ==
== D ==
* Dost rahatlıq verən bir bir məlhəmdir.
* Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət
Yer üzünün fatehi ədalətdir, ədalət!
* Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət
Yer üzünün fatehi ədalətdir, ədalət!

== G ==
== G ==
*Gecəni, gündüzü çox vermə bada,
Yaxşı ad uğrunda çalış dünyada.
*Gecəni, gündüzü çox vermə bada,
Yaxşı ad uğrunda çalış dünyada.

18:22, 27 fevral 2015 versiyası

Nizami Gəncəvi

A

• Adam yüksələndə əhdini pozmaz.
• Amandır ağlını unutma ki, sən
Gülünü tikana deyişməyəsən.
• Az sözün incitək mənası solmaz,
Çox sözün kərpictək qiyməti olmaz.

B

• Bağlama qapını dostun üzünə.
• Belə məsəl çəkmiş aqil bir insan:
Qurd girməz sürüyə yatmasa çoban.
• Bir neçə gün hicran dağıyla tək qalsan
ayrılıqdan sonra xoş olar vüsal..

Ç

• Çalış ki, kipriyin olsun almaz tək,
Ayıq ol, ölkənin keşiyini çək!
• Çalış öz xalqının işinə yara,
Geysin əməlindən dünya zərxara.

D

• Dost rahatlıq verən bir bir məlhəmdir.
• Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət
Yer üzünün fatehi ədalətdir, ədalət!

G

• Gecəni, gündüzü çox vermə bada,
Yaxşı ad uğrunda çalış dünyada.
• Günəşi örtsə də qara buludlar,
Yenə günəş adlı bir qüdrəti var.

H

• Hər çətin düyünün bir əlacı var,
Səbirlə, tədriclə açılar onlar.
• Hər uca rütbətən biliniz,fəqət
Alimin rütbəsi ucadır, əlbət!.
• Hər ümidsiz işdə bir çox ümid var,
Qaranlıq gecədən ağ səhər doğar.
• Hünər ardınca qoş, xalqa hünər saç,
Qapılar bağlama, ər ol, qapı aç.

X

• Xəzinə kəşf etmək istəsən əgər,
Hər bir çətinliyə tab et, sinə gər.

İ

• İncitək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
• İnsafla yaşayan mərddir, kişidir,
İnsaflı olmamaq namərd işidir.
• İnsanı sarsıdır göz yaşı, nalə,
Ah çəkib, uf deyən yetməz kəmalə.
• İnsanlardan başqa bütün canlılar,
Qənaət evində tutmuşlar qərar.
• İradəsiz olma, iradəsizlər
Ayaqsız qurd kimi yerdə sürünər.

Q

• Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
• Quyuya salsan da yaxşılığı bil,
Yenə qayıdacaq, o itən deyil.

M

• Misə qızıl vurmaq nəyə gərəkdir,
Mis yenə özünü göstərəcəkdir.

Ö

• Ölüm yatağında olsa da bir şəxs,
Ümidini əsla həyatdan üzməz.
• Ömrünü ah-vayla vermə sən bada,
Acizlər ah-vayla yaşar dünyada.
• Öz qəbiləsinə asi olan şəxs
onunla bir yerdə yaşaya bilməz.

S

• Səadət qapını açmasa bu gün,
Kəsmə ümidini ondan büsbütün.
• Səadət kamalla yetişir başa,
Xalqa hörmət elə, ədəblə yaşa.
• Səbr etməklə kişi zindandan çıxar,
Səbr ilə açılar bağlı qapılar.
• Səbri, hövsələni unudan insan,
Ağıldan, şüurdan açmasın dastan.
• Sənə nə eyləsə övladın, inan,
Onu görəcəkdir öz övladından.
• Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə.

T

• Təmkinli oturmağı etdiyiçin dağ peşə,
Mötəbərdir yerində varlığı ilə həmişə.
• Torpağa mərhəmət xeyirdir inan,
Lütf etsən gül verər, zülm etsən tikan

Y

• Yamanlıq etməkdən uzaq ol, uzaq,
Pisliyin əvəzi pislik olacaq.
• Yaşa ki, dünyaya işıq verəsən,
Torpağa göz dikmə ilan kimi sən.
• Yaxşılıq etməsən əgər insana,,
Böyüklük şərəfi verilməz sana.

Z

• Zülm ilə bu dünyanı almaq deyildir mümkün,
Ancaq ədalət ilə alarsan dünya mülkün.
• Zülmün toxumundan göyərməz nəbat.

Mənbə

• S.Vəhdət, Az.EA nəşriyyatı, Bakı, 1966 il.
• Aforizmlər və hikmətli sözlər. Bakı,2005.

Xarici keçidlər

Vikianbarda Nizami Gəncəvi ilə əlaqəli mediafayllar var.

Vikipediyada Nizami Gəncəvi haqqında məqalə var.

Vikimənbədə Nizami Gəncəvi ilə əlaqəli məlumatlar var.