Azərbaycan atalar sözləri/Ç: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
kRedaktənin izahı yoxdur |
||
Sətir 1: | Sətir 1: | ||
<div ><small> '''<''' [[Azərbaycan atalar sözləri]]</small></div> |
<div ><small> '''<''' [[Azərbaycan atalar sözləri]]</small></div> |
||
*Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə. |
*Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə. |
||
*Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar. |
*Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar. |
||
Sətir 39: | Sətir 39: | ||
*Çox gülən çox da ağlar. |
*Çox gülən çox da ağlar. |
||
*Çox hürən it tutmaz. |
*Çox hürən it tutmaz. |
||
* |
*Çox istəyən azdan da olar. |
||
*Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik. |
*Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik. |
||
04:35, 31 iyul 2015 versiyası
- Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə.
- Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar.
- Çağırram – eldən ayıb, çağırmanam – it itdi.
- Çax-çax edən nalçadır, iş bitirən axçadır.
- Çaqqal güləndə toyuq qaqqıldar.
- Çaqqal var gödən çıxarır, qurdun adı bədnamdır.
- Çaqqalın yuxusuna toyuq gələr.
- Çala-çala çalağan olar.
- Çalağan göydə dolanır, cücənin ürəyi bulanır.
- Çalış ki, dostun olsun, düşman ocaq başında.
- Çalışqan əl nəyə dəysə qızıl olar.
- Çamura daş atma, üzünə sıçrar.
- Çanaxda balın olsun, Yəməndən arı gələr.
- Çapqınçı ol, insafı əldən vermə.
- Çarəsiz dərdə Loğman da acizdir.
- Çarığını əsirgəməyən patavasın da qoyar üstünə.
- Çarvadara yol göstərməzlər.
- Çay min olar, çeşmə bir.
- Çaya çatmamış çarığını çıxarma.
- Çayın daşı, çölün quşu.
- Çəkmə namərd minnətin, get qürbətdə dolan gəz.
- Çəkişməsən bərkiməzsən.
- Çıxan can geri dönməz.
- Çıxmayan cana umud çoxdur.
- Çirkin üzün gizlədər, göyçək budaqlar gəzər.
- Çirkinim, gözlə, gedim gözəl axtarım,
- Tapmadım gözəlimsən ki, gözəlim.
- Çirkinliyin Allahdan, üz yumamağın nədən?!
- Çoban köpəyi kimi nə yeyir, nə yedirdər.
- Çox aş ya qarın ağrıdar, ya baş.
- Çox aşna tutan aşnasız qalar.
- Çox bilən çox çəkər.
- Çox bilib az danışmaq igidin ləngəridir.
- Çox danışan çox yanılar.
- Çox danışmaq Qurana yaraşmaz.
- Çox doğru var, yalan ondan yaxşıdı.
- Çox görən çox istər, az görənin yadına da düşməz.
- Çox gülən çox da ağlar.
- Çox hürən it tutmaz.
- Çox istəyən azdan da olar.
- Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik.