Səmədağa Şıxlarov: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '* Seyid nəslindənəm. Babam Əbdülhüseyn kişi dindar idi. Qardaşımın adı Hökümağadır. İndiyə kimi heç yerdə bu adla rastlaşmamışam. Məhz şıx nəslin...' ilə yarat
(Fərq yoxdur)

21:58, 18 avqust 2015 tarixindəki versiya

  • Seyid nəslindənəm. Babam Əbdülhüseyn kişi dindar idi. Qardaşımın adı Hökümağadır. İndiyə kimi heç yerdə bu adla rastlaşmamışam. Məhz şıx nəslindən olduğumuz üçün mənə Səmədağa adını qoyublar. Amma bacılarımın adları müasirdir – Almaz və Gülnarə..[1]
  • Əgər mən yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım "Neftçi”ni seçərdim.[1]
  • Hər bir uşağın kumiri olur. Körpə olanda Peleyə pərəstiş edirdim. Anatoli Banişevski də öz yerində. 1966-cı ildə dünya çempionatında oynadığı vaxtlar yadımdadır. Nəinki mən, çox uşaq onun kimi futbolçu olmağı arzulayırdı. “Neftçi”də oynayanda isə alman hücumçu Herd Müllerə bənzəmək, cərimə meydandaçasında onun kimi oynamaq, qol vurmaq istəyirdim.[1]
  • “Neftçi” − Mənim üçün həyatdı. Həyatda hər şeyi – dostları, hörməti, tanınmağı, hər şeyi “Neftçi”nin sayəsində qazanmışam.[1]

İstinadlar