Aristotel: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 3: Sətir 3:
Aristotel (e.ə.384-322) - yunan filosofu və alimi.
Aristotel (e.ə.384-322) - yunan filosofu və alimi.
{{ABC}}
== A ==
== A ==
* Ağıl təkcə bilikdə yox, həm də biliyi işə tətbiq etmək bacarığındadır.
* Ağıl təkcə bilikdə yox, həm də biliyi işə tətbiq etmək bacarığındadır.
Sətir 113: Sətir 114:
[[Kateqoriya:Şəxslər]]
[[Kateqoriya:Şəxslər]]
[[Kateqoriya:Yunanlar]]
[[Kateqoriya:Yunanlar]]

__notoc__

19:16, 29 sentyabr 2015 versiyası

Oxuyub yazanla oxumayıb yazmayan arasındakı fərq, ölülərlə dirilər arasındakı fərq qədərdir.

Aristotel (e.ə.384-322) - yunan filosofu və alimi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Ağıl təkcə bilikdə yox, həm də biliyi işə tətbiq etmək bacarığındadır.
  • Ağıl üçün ən təhlükəli xəstəlik qürurdur.
  • Ağıllı başqa bir ağıllının fikri ilə həmişə razılaşar, sarsaq isə nə ağıllı, nə də sarsaq adamın fikri ilə razılaşar.
  • Ağıllı insan düşündüyü hər şeyi söyləməz, lakin söylədiyi hər şeyi düşünər.
  • Alçaq olan kimsə düşməkdən qorxmaz.
  • Arzu; bir şeyi istəmək və ya söyləməkdir.
  • Arzu elə bir şeydirki, heç doymaq bilməz;bir çox insanların həyatı, arzuları doyurma yollarını axtarmaqla keçər.

B

  • Bəzi adamlar pul xərcləməkdə elə xəsislik göstərirlər ki, sanki əbədi yaşamaq niyyətindədirlər.
  • Biganəlik - eqoistin gizləndiyi qındır.
  • Bir çox adamın həyatı, istəklərini doyurma yollarını axtarmaqla keçər.
  • Bir "dost" kimdir? İki bədəndə var olan tək bir ruhdur.
  • Bütün insanların düşünəcəyi bir ağılı vardır və istifadə etməyi bilmək lazımdır.
  • Biz nitqi yox danışan insanı dinləyirik.

C

  • Cəsarət qüvvətlə birləşəndə bir az artar.

Ç

  • Çox bəzənənlərə baxın; hamısı da gizlənmək istəyir.

D

  • Demokratiya despotizmin ən irəli şəklidir.
  • Dinləyici hisslə, danışan natiqlə həmdəm olur.
  • Dost; adamın ikinci mənliyidir.
  • Dost qara gündə müəyyən olur.
  • Dostluq var - məqsədi xeyir üçün,dostluq var – məqsədi xoş vaxt keçirtmək üçün…
  • Dostlar! Dost yoxdur!
  • Dostluq həyat üçün zərurətdir.
  • Dövlətin rifahı vətəndaşların orta mülkiyyətə dəyərincə malik olmasındadır.
  • Döyməklə uşağı yalnız korlamaq olar.
  • Dünya bir hüceyrədir səni təkliyə itələyən, lakin səni düşündürüb yetkinləşdirən mühit də ola bilər.
  • Dünyanın heç bir neməti insanı sevgi qədər doydura bilməz.
  • Düşmən qazanmaq istəyirsənsə, özünü dostlardan yüksək tut, dost qazanmaq istəyirsənsə, onları özündən yüksək tut.
  • Düşmənlərinə çox əhəmiyyət vermə! Üzülərsən.

E

  • Elm, yaxşı zamanlarda sərvət, pis zamanlarda bir sığınaq və yaxşı bir yol göstəricidir.

Ə

  • Ədalət ilkin dövlətdən gəlməlidir. Çünki hüquq, dövlətin ictimai nizamıdır.
  • Əflatunu sevirəm, amma gerçəyi daha çox sevirəm.
  • Əmək nəzəriyyə ilə təcrübənin canlı vəhdətidir.
  • Ən yaxşı mükafat insanın könül rahatlığıdır.

F

  • Fəziləti olmayan insan, heyvanların ən çirklisi,ən vəhşisi və ən doymaq bilməz olanıdır.

H

  • Heç kimsə rastlantı və ya onun vasitəsi ilə doğru və ağıllı ola bilməz.
  • Heç nə bilməyən və bilməyə çalışmayan adam çox bədbəxtdir. Çünki ona iki bədbəxtlik birdən üz vermişdir.
  • Həm idarə etməyi, həm də tabe olmağı bacarmaq alqışa layiqdir.
  • Hər kəs ən çox öz xeyirini, ən az başqalarının xeyirini düşünür.
  • Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.
  • Hüquq hər şeyin üzərində olmalıdır.

X

  • Xoşbəxtlik üçün çoxlu xeyirxahlar və böyük ömür lazımdır.

İ

  • İgidlik qorxu ilə cəsarət arasında tərəddüd edən bir keyfiyyətdir.
  • İnsan bütün canlı varlıqların ən ağıllısıdır.
  • İnsan düşünən bir heyvandır, insanları tanıdıqca heyvanlara hörmət edirəm .
  • İradənə hakim, lakin vicdanına əsir ol.

Q

  • Qanunsuz və ədalətsiz dünyada yaşayan insan yırtıcı heyvanlardan da təhlükəlidir.

M

  • Müdrik adam zövq axtarmaz, qayğı və ağrılardan uzaq dayanar.

O

  • Oxuyub yazanla oxumayıb yazmayan arasındakı fərq, ölülərlə dirilər arasındakı fərq qədərdir.
  • O dövlət quruluşunda ki, qadınların hüququ tapdalanır, həmin dövlətin yarısı qanunsuzdur.

R

  • Ruhun gözəlliyi bədənin gözəlliyi qədər asanlıqla görülməz.

S

  • Saf niyyətlə gələni mərasimlə, bəd niyyətlə gələni isə cinayət qanunları ilə qarşılamaq lazımdır.
  • Sevmək əzab çəkməkdir, sevməmək isə ölmək.
  • Səbr acı olsa da, meyvəsi şirindir.
  • Səhv yoldan getməyin birdən çox yolu vardır. Amma doğru yoldan getməyin tək bir yolu vardır. Səhv etmək buna görə asan,doğrunu tapmaq isə buna görə çətindir.
  • Sözün ən gözəli, söyləyənin doğru olaraq söylədiyi, dinləyənin də yararlandığı sözdür.

Ş

  • Şöhrətpərəst adamlar daha paxıl olurlar.

T

  • Təhsil görmüş ağlın işarəti, hər hansı bir düşüncəyə onu qəbul etmədən əvvəl açıq olmasıdır.
  • Təhsilin kökləri acı, meyvələri şirindir.
  • Təkəbbür savadsızlıqdanvə tamahkarlıqdan irəli gəlir.

Ü

  • Üzə ttərif söyləmək yaltaqlıq əlamətidir.

Y

  • Yaxşılıq etməyə gücün çatmırsa, pislik etmə.
  • Yaxşılıq, sadə; pislik isə çox istiqamətlidir

Z

  • Zəiflər hər zaman ədalət və bərabərlik istəyərlər. Güclülər isə bunların heç birinə fikir verməzlər.

Mənbə

Aforizmlər və hikmətli sözlər. Bakı,2005.

Vikianbarda Aristotel ilə əlaqəli mediafayllar var.

Vikipediyada Aristotel haqqında məqalə var.