Tur Xander: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 10: Sətir 10:
* Dərdin də öz lirikası, öz ahəngi var; dərddən ancaq onun ahəngini kompensasiya edən başqa ahənglərin təsiri ilə çıxmaq olar.
* Dərdin də öz lirikası, öz ahəngi var; dərddən ancaq onun ahəngini kompensasiya edən başqa ahənglərin təsiri ilə çıxmaq olar.
* Dövlət müəyyən ideologiya əsasında fəaliyyət göstərir. Bu ideologiya milli ruha uyğun gəlirsə, deməli, o, milli dövlətdir, gəlmirsə, millətlə dövlət arasında qarşıdurma labüddür.
* Dövlət müəyyən ideologiya əsasında fəaliyyət göstərir. Bu ideologiya milli ruha uyğun gəlirsə, deməli, o, milli dövlətdir, gəlmirsə, millətlə dövlət arasında qarşıdurma labüddür.
* Dövlətin funksiyası pul qazanmaq yox, pulun ədalətli bölgüsünü təmin etməkdir. Vay o günə ki, dövlət də pul qazanmağa aludə olsun.


== E ==
== E ==

10:23, 30 yanvar 2016 versiyası

B

  • Başqa sahələrdə sevgi vərdişi olmayan adamın məhəbbət dərdinə mübtəla olması, immuniteti olmayanların xəstəliyə yoluxması kimi, ağır nəticələrə gətirə bilər.
  • Bir tam halında fəaliyyət göstərə bilməyən ictimai sistemin ayrı-ayrı daxili qurumları nə qədər cəhd göstərsə də, cəmiyyətin inersiyasından xilas ola bilmir.

C

  • Cəmiyyət məntiqin universallığı sayəsində mümkün olmuşdur.

D

  • Daha yüksək intellektli adamların əqli enerjisi texnika vasitəsilə adi adamların həyatına müdaxilə edir və mənəvi təcavüz baş verir.
  • Dərdin də öz lirikası, öz ahəngi var; dərddən ancaq onun ahəngini kompensasiya edən başqa ahənglərin təsiri ilə çıxmaq olar.
  • Dövlət müəyyən ideologiya əsasında fəaliyyət göstərir. Bu ideologiya milli ruha uyğun gəlirsə, deməli, o, milli dövlətdir, gəlmirsə, millətlə dövlət arasında qarşıdurma labüddür.
  • Dövlətin funksiyası pul qazanmaq yox, pulun ədalətli bölgüsünü təmin etməkdir. Vay o günə ki, dövlət də pul qazanmağa aludə olsun.

E

  • Elm “alın yazısını” qəbul etmədi, amma “genetik proqram” adı altında onu özü kəşf etdi.
  • Eşqin daxili hərəkətverici qüvvəsi tükəndikdən sonra da, məhəbbət qatarı hələ uzun müddət yoluna davam edir. Bu, – məhəbbətdə ətalət prinsipidir.
  • Eyni alətin çoxlu sayda olmasından ən yaxşı halda sinxronluq yarana bilər. Yeni keyfiyyət ancaq simfonikliyin məhsulu ola bilər.

Ə

  • Əgər bütün insanlar eyni məntiqlə düşünməsəydilər, nə cəmiyyət, nə dövlət, nə də sivilizasiya olardı.
  • Əgər geniş kütlə fəlsəfi ideyaları mənimsəyə bilmirsə, filosoflar kütlənin içinə getməyi və publisistik üslubda yazmağı öyrənməlidirlər.
  • Əmək bölgüsü insanın tamlığını əlindən alır və onun özünün də bölünməsinə gətirib çıxarır.

F

  • Fərq olmadıqda inkişaf da olmaz. Kimsə irəli çıxmalı, sürünənlərə şahin zirvəsindən baxmalı, ürəyinin atəşi ilə qaranlıq meşədə azanların yoluna işıq saçmalıdır.

G

  • Güclünün zəifləri əzməsinə qanun da, əxlaq da yol vermir. İntellektual gücün isə başqa əraziyə müdaxiləsinin nə hüquq, nə də əxlaq müstəvisində qarşısı alınmır.

H

  • Həqiqi jurnalist fəlsəfi fikirlə kütləvi şüur arasında vasitəçi kimi çıxış etməyi bacarmalıdır.
  • Hər şeyin sistemə salındığı və normativləşdirildiyi bir dövrdə dahilərə yer nəzərdə tutulmayıb.
  • Həyat – ideyanın realizasiyasıdır.

İ

  • İdeya və iradə müəyyən sosial bazaya yiyələnəndə siyasətə çevrilir.
  • «İndi» geniş planda xatirələrlə arzuların, dar planda isə təəssüratla istəyin vəhdətidir.

K

  • Keçmiş indinin virtual məkanıdır.
  • Keçmiş ya ancaq salnamələrdə, yaddaşlarda qalıb tarixə daxil olur, ya da indinin strukturuna daxil olmaqla yaşamaqda davam edir.
  • Klassik qadınlar klassik poeziyaya, modern qadınlar isə modern poeziyaya bənzəyirlər.
  • Kömürün küldən fərqi canında hələ də yanmaq potensialının qalmasıdır.
  • Kütlənin istəkləri tez bir zamanda həyata keçməyəndə inqilab öz ətaləti ilə yeni hakimiyyətə gələnləri vurub yıxır.

Q

  • Qərb cəmiyyəti ürək çatışmazlığından, Şərq cəmiyyəti ürək ifratından əziyyət çəkir.
  • Qısa yazıda fikrin variasiyaları oxucunun öz öhdəsinə buraxılır.

M

  • Müxtəlif xalqlar eyni prosesləri müxtəlif zamanlarda yaşayırlar.

O

  • Okeanda olduğu kimi, hadisə və mahiyyət (ideya) dünyasında da qabarma və çəkilmələr bir-birini növbə ilə əvəz edir.

Ö

  • Ömür genetik proqramın mühitdə açılışıdır.

T

  • Tarix fənninin tədrisində xronoloji ardıcıllıq keçmişdən indiyə yox, indidən keçmişə doğru olmalıdır.
  • Tarixçilər əvvəlki tarixçilərin yazdıqlarını fakt kimi, onlara istinadla yazdıqlarını isə artıq sübut olunmuş həqiqət kimi qəbul edirlər. Bu isə elmin imitasiyasıdır.
  • Təbiətin öz dünyası var və vaxtilə insan da onun bir hissəsi olmuşdur. Amma indi o, təbiəti özünün bir hissəsi etməyə çalışır.

Y

  • Yaşamaq – ruhani potensialın həyat enerjisinə çevrilməsidir.