Aşiq: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 2: Sətir 2:
* Ağıllı kişi həmişə qadını başa düşür, aşiq olan kişi isə həmişə qadını başa düşməyə çalışır. Saqan.
* Ağıllı kişi həmişə qadını başa düşür, aşiq olan kişi isə həmişə qadını başa düşməyə çalışır. Saqan.
* Aşiq odur ki, Allahdan aldığı eşq əmanətini Allaha verər. Eşq məzhəbində hər şey uca Eşqə qurbandır. [[Şəms Təbrizi]]
* Aşiq odur ki, Allahdan aldığı eşq əmanətini Allaha verər. Eşq məzhəbində hər şey uca Eşqə qurbandır. [[Şəms Təbrizi]]
* Aşiq olanda bizə elə gəlir ki, bütün dünya bizimlə həmfikirdi - bu gün qürub zamanı buna əmin oldum, amma nəsə öz yolu ilə getməyəndə, heç nə qalmır - nə vağlar (quş növü), nə uzaqdan eşidilən musiqi, nə onun dodaqlarının dadı. [[Paulo Koelyo]]
* Aşiq olmayan insan meyvəsiz ağaca bənzər. [[Yunus Əmrə]]
* Aşiq olmayan insan meyvəsiz ağaca bənzər. [[Yunus Əmrə]]
* Aşiq olmayanlar, mükəmməl bir kişinin sıravi bir qadın üzündən nə üçün iztirab çəkdiyini anlaya bilməzlər. [[Marcel Proust]]
* Aşiq olmayanlar, mükəmməl bir kişinin sıravi bir qadın üzündən nə üçün iztirab çəkdiyini anlaya bilməzlər. [[Marcel Proust]]

07:08, 18 iyun 2016 tarixindəki versiya

A

  • Ağıllı kişi həmişə qadını başa düşür, aşiq olan kişi isə həmişə qadını başa düşməyə çalışır. Saqan.
  • Aşiq odur ki, Allahdan aldığı eşq əmanətini Allaha verər. Eşq məzhəbində hər şey uca Eşqə qurbandır. Şəms Təbrizi
  • Aşiq olanda bizə elə gəlir ki, bütün dünya bizimlə həmfikirdi - bu gün qürub zamanı buna əmin oldum, amma nəsə öz yolu ilə getməyəndə, heç nə qalmır - nə vağlar (quş növü), nə uzaqdan eşidilən musiqi, nə onun dodaqlarının dadı. Paulo Koelyo
  • Aşiq olmayan insan meyvəsiz ağaca bənzər. Yunus Əmrə
  • Aşiq olmayanlar, mükəmməl bir kişinin sıravi bir qadın üzündən nə üçün iztirab çəkdiyini anlaya bilməzlər. Marcel Proust
  • Aşiq olmuş kişi, aciz bir səhnəyə bənzəyir. Aqata Kristi

B

  • Bir qadın kişinin yanında gözlərini bağlayırsa aşiq Olur, kişi gözlərini bağlayırsa, qadın alver edir. Bob Dilan
  • Birinə gününün necə keçdiyini soruşanda, bunu soruşmağının səbəbi öz gününü danışmaq istəməyindir. Birinə aşiq olmağının səbəbi, onun sənə aşiq olmasını istəməyindi. Çak Palanik
  • Birisi aşiq olarkən, özünü aldatmaqla başlayır, başqalarını aldatmaqla isə bitirir. Buna da bütün dünya romantika deyir. Oskar Uayld

D

  • Doğru insanı axtarır hər kəs aşiq olmaq üçün... Heç kim çalışmır doğru insan olmaq üçün. Ceyhun Yılmaz

E

  • Elmi başqalarına izah etməmək mənə əqlaqsızlıq kimi görünür, çünki kiməsə aşiq olanda bunu aləmə car çəkmək istəyirsiniz. Karl Saqan
  • Eşq aşiqi şir edər, aslanı zəncir edər, bərk daşı şam edər. Yunus Əmrə
  • Eşq bir günəşə, aşiq olmayan isə bir könül də sərt daşa bənzər. Yunus Əmrə
  • Eşq meyindən içən aşiq açılmaz. Veysəl Şatıroğlu
  • "Eşqə inanmam və əsla ağlamam" dediyin halda, başını yastığa qoyduğunda ağılına o gəlib, gözlərin dolursa, aşiqsən deməkdir.Can Dündar

Ə

  • Əsla eşq acısı çəkən birinə aşiq olmayın. O adam yaralıdır və yara bantı kimi sizi istifadə edər. Pablo Neruda

H

  • Heç bir qadın bir adamla pulu üçün evlənməz. Qadınlar bir milyonerlə evlənmədən əvvəl ona aşiq olacaq qədər ağıllıdır. Çezare Paveze
  • Heç toxunmadığın birinə aşiq ola bilirsənsə, sən eşqi yaşamağa layiqsən. Can Dündar
  • Həyat nə qədər gözəl olardı; insan həm "aşiq", həm də "sadiq" olmağı bacara bilsəydi. Can Dündar

İ

  • İnsan aşiq olduğu zaman öz özünü aldatmaqla işə başlar, başqalarını aldatmaqla da işi bitirər. Oskar Uayld

K

  • Kim aşiq olubsa, özünün çatışmayan parçalarını axtarır. Buna görə aşiq məşuqunu düşündükcə əzab çəkir. Eynilə uzun zaman görmədiyin birinin otağına girərkən xatırladığın xatirələr kimidir. Haruki Murakami
  • Kimə gözəl bir söz söyləsəm ona aşiq olduğumu fikirləşir. Halbuki mən onlara yox, o sözü söyləyərkən xəyal etdiyim insana aşiqəm. Ceyhun Yılmaz
  • Kişi gözləri ilə aşiq olur, ancaq qulaqları ilə peşman olur. V. Vasilyeviç.

Q

  • Qaranlıq gecədə bacarıq deyil ulduzları görmək. Unutma, aşiq olmaq əhəmiyyətli deyil, ömür boyu sevə bilməkdir bacarıq. Can Yücəl
  • Qəribədir qadınlar.. Özlərini güldürən kişiləri yalnız sevərlər; onları ağladanlara isə aşiq olarlar. Oskar Uayld

M

  • Mənə görə aşiq elə olmalıdır ki, qalxınca hər tərəfdə atəşlər alovlansın hər tərəfdə qiyamətlər qopsun. Yunus Əmrə

O

  • O yoxkən "xeyr sevmirəm, unutdum" deyib, onu görəndə əlin ayağın bir-birinə dolanırsa aşiqsən deməkdir. Can Dündar

Ö

S

  • Sevgi haqqında ağıllı sözlər deyən kişi aşiq olmayıb. Jorj Sand
  • Sevmək, sevməmək insanın əlində olmadığına görə, nə aşiq sevgilisinin vəfasızlığından, nə də sevimli aşiqinin qeydsizliyindən şikayətdə haqlıdır. Fransua de Laroşfuko
  • Sən istədiyində sənə aşiq olmaması, sənə aşiq olmadığı mənasını verməz. Qabriel Qarsiya Markes